KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ərəb haharı”nın silahı – terror

Ərəb haharı”nın silahı – terror

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
399 0

Terror artıq müsəlman dünyasında əsas təsirli silaha çevrilib

Ötən həftə sonu Yaxın Şərq və Şimali Afrikanın əsas paytaxtları üçün terrorla yadda qalıb. Şənbə və bazar günləri Türkiyənin İstanbul, İraqın Bağdad, Yəmənin Ədən, Misirin Qahirə şəhərlərində baş verən terror partlayışları nəticəsində onlarla insan ölüb, yüzlərlə insan yaralanıb.

Dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş vermiş terrorda ölənlərin sayı 44 nəfərə çatıb. Polisləri hədəfə alan iki partlayış nəticəsində yaralananların sayı 155 nəfərdir. Hadisə ilə əlaqədar 13 nəfər saxlanılıb. Hadisəni kürd separatçı terror təşkilatı (PKK) törədib.
Şənbə günü Yəmənin cənubunda yerləşən Ədən şəhərində hərbi düşərgənin yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 50 nəfər ölüb, 70 nəfər isə yaralanıb. Terror aktını İŞİD öz üzərinə götürüb.

Şənbə günü 3-cü terror aktı İraqın paytaxtı Bağdadda baş verib. Terror aktı nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Bazar günü Misirin paytaxtı Qahirədə qipti xristianların kilsəsində həyata keçirilən terror aktı nəticəsində 25 nəfər ölüb, 50 nəfərdən çox insanın yaralandığı haqda məlumat yayılıb.

Yuxarıdakı məlumatlar Yaxın Şərqin müsəlman ölkələrinin əsas şəhərlərinin “istirahət günü” statistikasıdır. Amma təbii ki, təkcə Bağdadda bir gündə 10 terror aktının baş verdiyi günü də unutmamışıq. İndi Yaxın Şərqdə marionet körfəz ərəb dövlətlərini çıxmaqla digər ölkələrdən heç bir terrordan qoruna bilmir. Təkcə son 18 ay ərzində Türkiyədə əsasən də Ankara və İstanbul şəhərlərində 17 qanlı terror aktı baş verib. Terror müsəlman ölkələrinin başı üzərində kabusa çevrilib. Artıq terror nəticəsində siyasi böhranlar baş verir, terror müharibələri başlayır, iqtisadi tənəzzül yaşanır, fərdlər deyil, bütöv ölkələr zərbə alır. Artıq Yaxın Şərqdə bir terror dövləti belə var.

Əlbəttə, indi kimsə deyə bilər ki, terror okeanın o tayına, Amerikaya gedib çıxır, terrorçular Parisdə qətliam törədir, Brüsseldə – NATO-nun mənzil qərargahının yerləşdiyi şəhərdə hava limanı partladırlar. Ancaq məsələ ondadır ki, terror Avropaya gedib çıxsa da, mərkəzi Yaxın Şərqdir, ən çox zərbəni də müsəlman ölkələri alır. Artıq Bağdadda terror aktları hadisədən çox statistika olaraq xatırlanır. İndi bu sıraya, Yəmən, Suriya, Liviya ilə yanaşı Misir, Türkiyə kimi sabitlik ölkələri də artıq təhlükə

Yeri gəlmişkən, 10 il əvvələ qədər bu bölgədə ən çox müzakirə olunan mövzu sabitlik və ya demokratiya idi. Qərbin müsəlman dünyasında avtoritar rejimlərə sabitlik naminə dəstək verməsi əsas tənqid obyekti idi. O zaman demokratiya sabitliyin alternativi kimi xatırlanırdı. “Ərəb baharı” başlayanda da çoxları düşündü ki, artıq sabitlik erası başa çatır və avtoritar rejimlərin devrilməsindən sonra inqilabçı qüvvələr demokratiyaya keçid edəcəklər. Ancaq bilindiyi kimi, elə olmadı. Silahlı terror qrupları hakimiyyət mübarizəsində əsas qüvvə olaraq ortaya çıxdı. Bunun ən bariz örnəyi Suriyada Əsədə qarşı savaşan islamçıların ələ keçirdikləri bölgədə yol kənarına yazıb vurduqları “Demokratiya haramdır” şüarı idi. Yəni avtoritar rejimlərin getməsi ərəb coğrafiyasına demokratiya deyil, xaos və terror müharibələri gətirdi. Yalnız Tunisdə islamçıların digər siyasi qüvvələrlə kompromisə getməsi nəticəsində (burda Rəşid Qannuşinin böyük xidmətləri oldu – K.R) ölkədə sabit siyasi sistem qurmaq mümkün oldu.

Ancaq digər ölkələrdə bir tərəfdə keçmiş rejim tərəfdarları, bir tərəfdə yeni islamçılar və üçüncü tərəfdə isə aralıq qüvvələr (liberallar, millətçilər, solçular və sair – K.R) arasında savaşlar dərinləşdi. Misir, Suriya kimi ölkələrdə keçmiş rejimlər özlərini qoruyub saxlamağa çalışsalar da, Yəmən və İraq kimi ölkələrdə yeni qüvvələr önə çıxdılar. Amma bütün bu ölkələrdə dəyişməyən yeganə şey terrordur. “Sabitlik oxu”ndan çıxan bütün müsəlman ölkələri terror təhdidi ilə üz-üzədir. Artıq terror münaqişə ölkələrinin sərhədlərini aşaraq Türkiyə kimi ölkələrə də yayılıb.

Terror artıq müsəlman ölkələrində siyasi silaha çevrilib. Yerli qüvvələr, dövlətlər, o cümlədən dünya gücləri müsəlman ölkələrində terror silahından istifadə edir. Çünki yaranmış xaos durumu bunun üçün münbit şərait yaradır. Bundan qaçmaq üçünsə, münaqişələrə, yəni terrora şərait yaradan xaos vəziyyətinə son qoymaq lazımdır. Bu isə hələlik o qədər də real görünmür.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir