Bakü’nün kurtuluşu

Osmanlının son zəfəri hansıdır – Kutul Amara, yoxsa Bakı?

İran Suriye ve Irak’tan çıkacak mı?

Hazar’ın Dubai’si / Paris’i ‘BAKÜ’

Vaşinqtonun riskli Cənubi Qafqaz ssenarisi

Gündem 1 Aralık 2018
84

Hasan Oktay: “Amerikanın 2019-cu il strategiyasında İrana qarşı sanksiyalarından başqa hər hansı bir addım gözlənilmir” Məhəmməd Əsədullazadə: “Azərbaycana gəldikdə isə, ölkəmizin manevr siyasəti, stabil iqtisadiyyatı fonunda sanksiyalar ciddi şəkildə təsir etmir”
ABŞ-ın “Stratfor” analitik mərkəzi gələn il üçün apardığı təhlillər və verdiyi proqnozlarla narahatlıq yaradıb. “Stratfor”un qənaətinə görə, 2019-cu ildə Cənubi Qafqazda Amerika, İran və Rusiya arasında qarşıdurma daha gərgin səviyyəyə yüksələ, regionda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan isə bundan müəyyən təsirlər görə bilər. Lakin bu dövlətlərin hər biri ilə bağlı ABŞ-ın fərqli yanaşması var. “Stratfor” hesab edir ki, Vaşinqton Ermənistan və Gürcüstandan Rusiyaya qarşı, Azərbaycandan isə İrana qarşı istifadə etməyə çalışacaq. Lakin “Stratfor”un bu proqnozunda siyasilərin mövqeləri birmənalı deyil. Məsələn, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay hesab edir ki, 2019-cu ildə Cənubi Qafqazda qeyri-adi hadisələrin yaşanması mövzu ola bilməz: “Çünki Amerikanın 2019-cu il strategiyasında İrana qarşı sanksiyalarından başqa hər hansı bir addım gözlənilmir. Əgər ABŞ Çinin istədiyi istiqamətdə, dünyanın müxtəlif yerlərində meydana gələbiləcək hadisələr ilə maraqlanıb, Asiya strategiyasından imtina edərsə, o zaman bəlkə Cənubi Qafqaz ciddi şəkildə gündəmə gələr. Çin, ABŞ-ın Asiya strategiyasını əngəlləmək üçün sanki “Çin səddi” strategiyasını həyata keçirir. Bu strategiyanın ən mühüm sütunu İrandır. Əgər Çin Amerikanı İraq və Suriyada olduğu kimi İrana çəkib orada daxili savaş yaradarsa, Cənubi Qafqaz döyüş meydanına çevrilə bilər. ABŞ 2019-cu ili tamamilə Asiya strategiyasına həsr edəcək. Belə vəziyyətdə ABŞ Çinin “Çin səddi” strategiyasına ciddi reaksiya verməyəcək. Lakin hər şeyə baxmayaraq, Amerika Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı bir cəbhə açmaq istəyirsə, bunun indi məqamda bütün imkanları mövcuddur. Gürcüstanda reallaşan prezident seçimi, Ermənistandakı Serj Sarkisyana qarşı Nikol Paşinyan əməliyyatı bölgədə bəzi dəyişikləri əsaslandırır. Rusiya isə regiondakı hərəkətləri ciddi şəkildə təqib edir. Ermənistanda yaşanan qarışıqlıq Rusiyanın soyuq siyasəti ilə idarə olunur. N. Paşinyan inqilabçı kimi yox, ciddi bir dövlət adamı olmaq yolunu tapmağa çalışır. Amerika və Qərbin 2015-ci ildən etibarən Ermənistan üzərində olduqca sıx fəaliyyət göstərmələrinə baxmayaraq, gözlədikləri nəticəni ala bilmirlər. 2014-cü ildə Ukrayna böhranı müddətində Qərb Rusiyaya qarşı yeni bir cəbhə açmaq üçün Ermənistan problemini ciddi şəkildə hazırladı. Hal-hazırda Qarabağ münaqişəsi Qafqazda ciddi bir problem olaraq partlamağa hazırdır. Qərb dünyası Qarabağ problemi üzərində ortaya qoyduğu mövqenin cəzasını Ukraynada ödəyir. Əgər Qərb Qarabağ probleminə beynəlxalq hüquq çərçivəsində yanaşsaydı, bu gün Ukrayna böhranı yaranmayacaqdı”.

Politoloq əlavə etdi ki, bölgənin ən sabit dövləti Azərbaycan Amerikanın 2019-cu ildə Rusiyaya qarşı cəbhə açmaq işinə dəstək olmayacaq: “Azərbaycan İran ilə də olan tarixi problemlərini bir kənara buraxaraq, sülhün hakimliyi üçün üzərinə düşəni edəcək. Azərbaycan Amerikanın İrana qarşı əməliyyatlarında rol almayacaq. Yəni, Azərbaycan İrana və Rusiyaya qarşı cəbhə yaratmaq mövzusunda gözləntilərə cavab verməyəcək. Lakin Çin yeni “Çin səddi” strategiyası ilə ABŞ-ın Asiya bölgəsinə gəlməməsi üçün İranı döyüş meydanına çevirə bilər. Bu problemdən başqa, Cənubi Qafqazda 2019-cu ildə çəkişmə gözlənilmir”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, ABŞ-da mənzillənən “Stratfor” analitik mərkəzi əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsidir və kəşfiyyat məlumatları əsasında hesabat hazırlayır: “ABŞ hazırda Rusiya və İrana qarşı sanksiyaları genişləndirib. Növbəti ildə bu sanksiyaları inkişaf etdirməklə, yeni mərhələyə qaldırır. Bundan əlavə, biz Vaşinqtonun Cənubi Qafqaza da diqqətinin artdığını görürük. Çünki, Rusiya və İranla sərhəd olduğu üçün Cənubi Qafqazın Vaşinqton üçün strateji önəmi var. Odur ki, “Stratfor”un 2019-ci ildə Qafqazla bağlı hesabatında müəyyən həqiqətlər öz əksini tapıb və proseslər bu ssenari üzrə inkişaf edə bilər”.
Məhəmməd Əsədullazadə əlavə etdi ki, ABŞ-ın Rusiya və İrana qarşı sanksiyaları genişləndirməsi region ölkələrinə də təsir edəcək: “ABŞ Ermənistandan İrana qarşı sanksiyalara qoşulmağı tələb edir. Gürcüstanın isə Rusiya ilə münaqişəsi yeni fazaya daxil ola bilər. Azərbaycana gəldikdə isə, ölkəmizin manevr siyasəti, stabil iqtisadiyyatı fonunda sanksiyalar ciddi şəkildə təsir etmir. Amma regionda təhlükəsizliklə bağlı risklər artır. Bu da təbii ki, Qarabağ münaqişəsnin həllində Azərbaycanı qayğılandırır. Ölkəmiz ABŞ-ın Rusiya və İranla yaşanan konfontrasiyasından maksimum istifadə edib, münaqişənin həllini öz lehiyinə yönəltmək imkanlarını artırır. Əgər regionda proseslər Rusiya və İranın zəifləməsi istiqamətində gedərsə, Azərbaycan Ermənistan üzərində tam üstünlüyünü ələ alıb, ərazilərimizin işğaldan azad olunması istiqamətində fəaliyyətə keçə bilər. Həmçinin ABŞ-ın birbaşa dəstəyini də almaq mümkündür. Çünki, ABŞ-ın mövqeyi müəyyən qədər Azərbaycanın xeyrinədir”.
Mübariz BAYRAMOV

Yorumlar