Son zamanlar Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin rolunu aktiv şəkildə gündəmə gətirməyə başlayıblar. Sonuncu dəfə bu cür açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin aktivliyini şərh edərək bildirib ki, Minsk qrupu ölkələrinin əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir: “Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllində aktiv rol oynaması da yalnız alqışlana bilər”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay bildirdi ki, Qarabağ problemi gündəmə gəldiyində Avropa və ABŞ işin ciddiliyini anlayıb ona uyğun bir siyasət həyata keçirsə idi, indi bəlkə bu mövzunu müzakirə etməyəcəkdik: “Həm Avropa, həm də Rusiya problemin bu şəkildə qalmasını istədi. Amma sonunda gördülər ki, Qarabağ problemi həll edilməsə, bölgədə meydana çıxacaq döyüş regional təsirindən çox dünya tarazlığını dəyişdirəcək bir nəticə doğuracaq.
Qərb ilə Rusiya arasındakı Ukrayna böhranı, Qarabağın probleminin həll edilməməsi Rusiyanın bir müdaxilə metodu olaraq Qarabağ modelini Ukraynada tətbiq etməsi ciddi mənada problem meydana gətirib. İndi gəlinən nöqtə Qarabağ münqişəsinin həll edilməsi və bu həllə Türkiyədən yardımın istəyidir. Bu yardım Minsk qrupuna Türkiyənin alınması və ya Türkiyənin həll haqqındakı görüşlərinin önə çıxması ilə mümkün olacaq. Rusiya yeni ittifaqlar axtarışındadır. Buna görə Türkiyəni yanında görmək isteyidiyindən belə bir metoddan istifadə edə bilər. Nəticədə Qafqazdakı sülhün “açarı” Rusiya və Türkiyənin əlindədir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutu, politoloq Məhəmməd Əsədullzadə bildirdi ki, son bir aydı Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik hərəkətlilik yenidən artıb: “Bu aspektdə xüsusən Türkiyə və Rusiya rəsmlərinin mövqeyi tez-tez eşidilir. Rusiya prezidenti Vladimir Putinin İstanbul səfərində iki ölkə arasında münasibətlərin inkişafı üçün danışıqların getdiyi məlumdur. Türkiyə də bundan istifadə edərək, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması üçün istəklərini bildirib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun beş rayounun boşaldılması ilə bağlı açıqlaması Rusiya ilə aparılan müzakirələrin nəticəsidir. Amma o, beş rayonun hansı şərtlərlə geri qaytarıldığının detallarını şərh etmədi. Ardınca İrəvanda Putin də münaqişənin tənzimlənməsində kompromisi qeyd etdi. Türkiyə aktiv şəkildə Rusiya ilə danışıqları aparır.
Türkiyə bilir ki, “açar” Kremldədir. Rusiya da Türkiyə ilə münasibətlərin inkişafı üçün Türkiyənin bu mövqeyinə isti yanaşır. Rusiyanın XİN rəhbəri Sergey Lavrov da Türkiyənin danışıqlarda rolunu müsbət qiymətləndirib. Nəzərə alaq ki, son üç aydı Qarabağla bağlı danışıqlar prosesi dayanmışdı. Türkiyənin fəal müdaxiləsi ilə yenidən diplomatik danışıqlar aparılır. Rusiyanın XİN rəsmisi Mariya Zaxarovanın Türkiyənin fəaliyyətini alqışlaması, sadəcə Putinin və Lavrovun açıqlamalarının davamıdır. Türkiyə Minsk qrupunun üzvü olaraq prosesi sürətləndirə bilər.
Rusiyanın Türkiyə ilə Qarabağla bağlı diplomatik danışıqları tərəflərin Suriya ilə ortaq mövqeyə gəlməsi ilə bağlıdır. Suriyada iki ölkənin maraqları kəsişsə, Rusiya Türkiyənin fəaliyyətinə isti yanaşacaq. Zaxarova Türkiyənin rolunu qiymətləndirməklə, Rusiyanın rəsmi mövqeyini bildirmiş oldu. Bu da var ki, Rusiya Türkiyənin vasitəsilə Azərbaycanı nəsə kompromisə məcbur edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev isə “Sputnik”ə verdiyi müsahibədə kompromisin nədən ibarət olacağıın açıqlamaqla məsələyə nöqtə qoymuş oldu. Ən böyük kompromisin Qarabağa muxtar respublika statusunun verilməsi olduğunu bildirdi. Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir və aparılan danışıqlar bu istiqamətdə olacaq. Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyi yalnız Azərbaycanın mövqeyini gücləndirmiş olacaq. Bu danışıqlar prosesi müsbət nəticələnməsə, növbəti aylarda cəbhə bölgəsində yenidən toqquşmalar qaçılmaz olacaq. Artıq danışıqların pik nöqtəsidir. Bundan sonra aparılacaq danışıqlar səmərəli olmaz. Amma Minsk qrupunun həmsədri olan ABŞ Türkiyə-Rusiya yaxınlaşması və birgə Qarabağ münaqişəsinin həlli istiqamətində çalışmalarına seyrçi qalmayacaq. Ermənilərə ciddi dəstək verməklə danışıqları poza bilər. Bu, çox həssas və mürəkkəb məsələdir”.
Mübariz BAYRAMOV
- Anasayfa
- »
- Azerbaycan
- »
- Türkiyənin Qarabağ münaqişəsinin həllində aktiv iştirakına yaşıl işıq
Türkiyənin Qarabağ münaqişəsinin həllində aktiv iştirakına yaşıl işıq
518 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.