KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyənin bölgədəki statusu yeni dünya nizamı

Türkiyənin bölgədəki statusu yeni dünya nizamı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
364 0
zuriye

Son dönəm Türkiyənin bölgədəki statusu yeni dünya nizamını müəyyənləşdirməyə istiqamətlənib. Bu vəziyyət təbii ki, qısqanclıq yaradır və buna görə birbaşa və dolayı hücumlar Türkiyənin yolunu kəsməyə başlayıb. Türkiyə artıq atəş dairəsidir, bu vəziyyət daha da ağırlaşır. Bu atəş halqası nəinki Türkiyə, həmçinin Yaxın Şərq və Qafqazı əhatəyə alır. Arxasında olan imperialistlərin təşəbbüsü və rəhbərliyi ilə Ermənistan Azərbaycana qarşı vəhşiliklərini davam etdirir. Bölgədəki digər ölkələr də rahat və təhlükəsiz deyil. Bu ağır və sarsılmaz prosesdən maksimum zərərsiz çıxmaq və minimum ziyan vurmaq istəyən tək ölkə Türkiyədir. Türkiyə yalnız özü üçün deyil, bütün qurbanlar üçün yeganə və son ümiddir. Buna görə də, “bizə veriləndən imtina etmək, geri çəkilmək hüququmuz yoxdur” deyir.
Fransa boş yerə çabalayır. Makron, ölkəsindəki xaos və etirazları sakitləşdirmək əvəzinə, tarixdəki müstəmləkəçi təfəkkürü izləyir və çata biləcəyi hər yerə qarışmağa çalışır. Türkiyəyə qarşı düşmənçilikdə kim varsa, orada aydın şəkildə idarə olunur. Livanın paytaxtı Beyrutda baş vermiş fəlakətli partlayışın təxribat və ya səhlənkarlıq olub-olmaması hələ məlum deyil, ancaq Makron dərhal oraya öz emissarlarını yerləşdirib. Əslində, Livandakı bu qarışıqlıqda küçələrə çıxan və hökumətin istefasını tələb edən insanlar, yeni bir daxili qarışıqlığın başlaması, oyunun nə qədər böyük və detallı olduğunu göstərir.
Heç bir şey təsadüf deyil. Aralıq dənizinin şərqində Türkiyənin, hələ Şimali Kiprin hüquqlarını nəyin bahasına olursa-olsun qoruyacaqlarını bütün dünyaya açıq şəkildə göstərməsi, istismarçıları narahat etdi. Makronun dərdi də, Merkelin haqlı görünməklə Türkləri inandırmağa çalışmasının səbəbi də budur. AB hər dəfə bir səlib yürüşü ittifaqı olduğunu nümayiş etdirir. Rusiya adi hiyləgərliyini qoruyarkən, ABŞ uzaqdan idarə olunan əməkdaşları ilə sahəyə nəzarət etməyə çalışır. Türkiyə hüquqlarını qorumalı və bölgədə oynanan oyunları pozmalıdır. Nə Livana biganə ola bilər, nə də Suriyaya göz yuma bilməz. Türkiyə Şimali İraqın terror təşkilatlarına açılmasına imkan verməyəcək. Nə Kiprdə güzəştə getməyəcək, nə Liviyanı boş buraxmayacaq, nə də Aralıq dənizindən çəkinəcək.
Türkiyə Livana çatmaqla kifayətlənməyərək yeni və inkişaf etmiş əməkdaşlıq üçün kanallar açdı. Liviya ilə əldə olunan razılaşmalar bütün şərtlərdə yerinə yetirilir. Kiprdə daha möhkəm addımlar atılır və Varoşa’nın məskunlaşma üçün açılması ilə yeni bir dövr başlayacaq. Əslində, PKK terror təşkilatı sərhəd daxilində və xaricində edilən əməliyyatlarla nəfəs ala bilmədi və ətrafdakılar bir-bir məhv edildi.Türkiyənin Liviyadakı mövcudluğu bütün tarazlıqları dəyişdirdi, amma son söz hələ deyilmədi. Hər şeyə hazır olmalıyıq.
Görünən odur ki, inkişafın real nəticələri və Türkiyənin göstərəcəyi güc sonradan ortaya çıxacaq. Bilək yarışının sonunda yeni bir dünya qurulacaq, bu yeniliyin təkanverici gücü və təsirli söz sahibi isə Türkiyə olacaq. Yaşananların ortaya çıxardığı qaçılmaz gerçək budur.
Züriye Garayeva Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir