İranda vəziyyət durmadan ağırlaşır.39 il davamm edən molla rejimi çürük bir quruluş olduğu üçün iflas durumuna düşüb.Molla hakimiyyətinin qurulmasından 39 il keçməsinə baxmayaraq İranın iqtisadiyyatı şah rejiminə nisbətdə çox geridə qalmış durumdadır.Bunlar artıq olub keçənlərdir.Bundan sonra İranı nə gözlədiyini təsəvvür edərkən heç də optimist gələcək görünmür.Dini cəhalət və səfalətdən əziyyət çəkən İran xalqı dünyəvi və demokratik dövlət qurmaq haqqına malikdir.Etirazçıların şüarlarına diqqət edərkən onların diktatura rejiminə qarşı olduqlarını və eyni zamanda qadınların baş örtüyünü açaraq dini cəhalətdən qurtulmaq istədiklərini görürük.Nümayişçilərin arasında qadınların da çox fəal olması bunu deməyə əsas verir.Əslində bu xalq ayaqlanmasının əsas səbəbi dini idarəçilikdən qurtulmaq cəhdələridir.Molllalar iranın bütün sərvətlərinə sahibləniblər.Xalq həm də çox kasıb vəziyyətdə yaşayır.Mən İranda olarkən onların həyat səviyyəsinin necə də aşağı olmasının şahidi oldum.
Hazırda xalq ayaqlanması davam edir və artan templə daha da radikallaşır.Vəziyyət hakimiyyətin nəzarətindən çıxmaq üzrədir.Tehranda bir neçə rayon bütünlüklə üsyançıların nəzarətindədir.Məlumatlara görə üsyançılar Xameneyinin rezidensiyasını ələ keçirmək üçün hərəkərtə keçməyi planlayırlar.Artıq insan ölümü barədə məlumatlar var.Bu isə vəziyyəti daha da ağırlaşdılra bilər.Hərbiçilərin xalqa atəş açmaqdan imtina etməsi səbəbindən nümayişlər davam edir.iran prezidenti Rohaninin “xalqın etiraz emək konstitusiyon hüququdur”bəyanatı çarəsilikdən atılmış addımdır və həm xalqın dolmuş qəzəbibi yatırılmasına hesablanıb.Xaalq ayaqlanmalarının yatırılmasının tək yolu hərbi müdaxilə və xlaqa qarşı silah tətbiq etməkdir.İran hakmiyyəti bu qərarı verəcəkmi ? Əgər bu baş verərsə etirazları durudurmaq mümkün olacaqmı ? Bu suallara cavabı yaxın günlırdı görəcəyik. Iranda yaşayan soydaşlarımızla bağlı çox ciddi narahatçılıqlarım var.Son 100 ildə baş verən siyasi çalxalanmalarda hər dəfə soydaşlarımız uduzmuş vəziyyətə düşmüşlər.Bu dəfə İran ürkləri daha tədbirli və ağıllı tərpənməlidirlər.Heç bir halda enik mövzuda qarşıdurmaya gedilməməlidir.İlk növbədə təşkilatlanaraq və öz dövlətlərini qurmaq barədə düşünməlıədirlər.
Vasif Efendi