آزربایجان ” دوستان و دشمنان دائمی ” ندارد ـ کریم اصغری

Ortadoğu’da Güç Oyunları

По «Северному потоку-2» — химическим оружием

Гонка вооружений XXI века: Москва догоняет Вашингтон

Rusiyanın orta şərqdəki siyasətinin təməlləri və stratteji gözləntiləri

Rusya 7 Aralık 2016
714

Rusiyanın Orta Şərq üzrə siyasəti bir neçə aspektlərdən formalaşır. Rusiya regionda olan digər Avropa və dünyanın aparıcı dövlətləri kimi Orta Şərqin sərvətlərindən bəhrələnmək istəyir və bu proselərdə iştirak etmək istəyir.Keçmiş SSR-nin nüfuz alanında, ənənəvi strateji partnyorları ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır . Avropa və dünya siyasətində söz sahibi olmaq üçün Orta Şərqdə onun orda varlığı xüsusi əhəmiyyət daşıyır.Qoca Avropanın daxili siyasətinə təsir göstərmək üçün onun iqtisadiyyatını formalaşdıran enerji kolidorlorına nəzarət etmək çabasındadır.Rusiyanın, xüsusilə, Suriyadakı mövcudluğu onun Orta Şərqdə və Aralıq dənizində söz sahiblərindən birinə çevirərək avropaya uzanacağ alterrnativ kolidorlara nəzarət etmək imkanını yarada bilər.Faktiki olaraq Rusiya, İraq,Katar,Səudiyyə Ərəbistan və Küveyt neft və qaz ixracatının Avropaya daha yaxın olan Suriya üzərində ixracatının qarşısını alaraq qoca Avropanı bir çox hallarda daha ucuz başa gələn Rusiya enerji resurslarına bağlı edir.Burada Rusiyanın bu strateji məqsədləri konteksində onun ciddi şəkildə Türkiyə ilə tandemini, yaxınlaşmasını müşahidə edirik. Türkiyədə heç də maraqlı deyil ki, Orta Şərqin enerji resursları Suriya üzərindən Avropaya çatdırılsın. Ona görə də yarana biləcək Suriya tranzit xətti boyunca Avropa vəABŞ-ın yaratmağa çox çalışdığı Kürt zolağının çox ciddi cəhdlə qarşısını alamağa çalışır.Əslində Ankaranın bu siyaseti strateji məqsədlər baxımından həm Rusiyanı, həm Türkiyəni, həm də İranı birləşdirir.,yəni bu 3 ölkə Orta Şərqin enerji resurslarının Suriya üzərindən və ya formalaşdırıla biləcək Kürt zolağı üzərindən ixracatında maraqlı deyillər. Hətta Rusiya- Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxtda belə türklərə təzyiq göstərmək üçün Moskvanın kürtlərlə oynaması stiuativ bir xarakter daşıyırdı.Moskvanın mövcud şəraitdə kürtlərlə portnyorluğu Rusiyanın strateji məqsədlərinə ziddir.Ona görə də regionda söz sahibi olmaq üçün Rusiya, Türkiyə və İranın yaxınlaşması mövcud strateji məqsədlər baxımından vacibdir. Bu vacibiyyəti siyasi liderlər deyil, mövcud geopolitik durum ölkələri bu addıma məcbur edir.Əslində Moskvanın Şərq siyasəti üzərindən Avropanı enerji kolidorları baxımından izolyasiya etmək siyasəti Rusiya üçün müəyyən dövr üçün hesablanmış bir taktikasıdır. Bu keçmişdən gələn coğrafiyamızdakı böyük oyunlarının bir elementidir.Əsl strateji xətt isə Rusiya siyasi elitasının dünyada yeni formalaşan islami dirçəlişi alqılamasıdır.Avropa svilizasiyası çox sürətlə və mütləqiyyətlə öz sonuna yaxınlaşır.Artıq dünyada bəşəri dəyərlər sistemini formalaşdıran yeni svilizasiyalar Avropa svilizasiyasını əvəzləyəcəkdir.Bu yeni formalaşa biləcək svilizasiyalar Çin, Hind və Rusiya svilizasiyaları ola bilər.Ancaq Rusiya svilizasiyası yuxarıdakı svilizasiyalardan fəırqli olaraq Slavyan,Türk, Ari və bu konteksdə simbioz İslam svilizasiyasının da öz sərhədləri çərçivəsində inkişafa səbəb olacaqdır.Məhz bununla bağlı olaraq son illər Rusiyada müsəlman məbədlərinin tikintisinə göstərilən diqqət və İslam alimlərinə və dini mərkəzlərə xüsusi yaxınlaşmanın şahidi oluruq.Rusiya şurəvi dönəmindəki “kommunist cihadından” imtina etdikdən sonra Kreml keçmiş post sovet məkanında aşırı radikal islami xətlərlə qarşı-qarşıya gəldi.Bunlarında başında sələfilik və ona yaxın xətlər gəlirdi.Bu da Rusiya və onun regiondakı maraqlarında böyük zərər vururdu, yəni keçmiş Sovet məkanındakı İslam dininə etiqad edənlərin bir hissəsi kommunist ideologiyasından imtina edildikdən sonra yaranan boşluqdan , yuxarıda qeyd etdiyim aşırı zərərli və dini xətlərin təsiri altına düşürdü. Rusiya bu zərərli xətlərlə həm Şimali Qafqazda, həm də Orta Asiyada qarşı-qarşıya gəldi . Və bu zərərli xətlərin əksəriyyəti Orta Şərqdən gəlirdi.Bu vəziyyət Rusiyanı Orta Şərqdə aparıcı bir oyunçu olmaq məcburiyyətini yaradırdı.Bu gün Orta Şərqdə aktiv olan Rusiya Səudiyyə Ərəbistanını,Fars körfəzi ölkələrini, Məqrib dövlətlərini onunla hesablaşmağa məcbur etdi. Dünənə qədər ideoloji düşmən saydığı Rusiya ilə Səudiyyə məlikləri Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikilməyi barədə razılığa gəlirlər. Fars körfəzi ölkələri ilə isə neftin ixracatının azaldılması barədə birgə bəyanətlərlə çıxış edirdilər. Bu gün Rusiya Orta Şərqdə o qədər aktivdirki bir-birinə zidd olan ölkələrin hamısı ilə çox mükəmməl işləyir və əlaqələri var.Məsələn, Ərəb ölkələri ilə münasibətləri gərgin olan İsraildə Rusiyanın siyasiləşmiş böyük bir rus dilli diasporası var. Bu siyasiləşmiş rus dilli diaspora Rusiyanın maraqları baxımından İsrailin həm daxili, həm də xarici siyasətinə təsir göstərir.Yaxud da ABŞ və Avropa dövlətləri ilə münasibəti gərginləşmiş Misirin yeni siyasi hakimiyyəti ilə çox milyardlılıq hərbi kontrakt bağlayır.Eyni zamanda da Səudiyyə Ərəbistanla gərgin münasibəti olan İranla strateji əməkdaşlıq konteksində bölgənin həm hərbi , həm də siyasi mühitinə təsir edən bərabər siyasət həyata keçirilir, yəni Rusiya Orta Şərqin hər yanında, hər tərəfində, hər bucağında var.Bu da Moskvaya imkan verir ki, yeni svilizasiya quruculuğunda Rusiya xalqlarının mənəvi dəyərləri ilə simbioz təşkil edə biləcək yeni islami svilizasiyasının Moskva üçün edilən modelini formalaşdırsın, yəni Orta Şərqdə olmaqla zərərli radikal xətlərin post sovet və Avrasiya coğrafiyasına girişinin qarşısını alaraq özünə məxsus ənənəvi svilizasiyasını formalaşdıra bilsin. Bu müdafiə və özünü qoruma instintiqindən irəli gələn yeni strategiya xalqlarin retrospektiv yaddaşini müasir dövrümüzə induksiyasi kimi özünü biruzə verməyə başladi. Bu 21-ci əsrdə yeni avrasiyaciliq hərəkatinin adini aldi. Özülü hələ19-cu əsrdə qoyulmuş istər rus düsüncəli insanlarin, istərsə də Türk-Fars düşüncə insanlarinin fikirləri əsasinda yeni bir ideoloji geopolitik konstruksiya formalaşmağa başladi. Xüsusən bu istiqamətdə Rus mütəfəkkirlərinin elmi yaradiciliğina üstünlük verildi. Bunlardan xüsusən məhşur diplomat Konstantin Leontiv, Nikolay Trubetskoy, Lev Qmulyova,O. Savitski, tatar düsüncə insanı İsmayil Qasprali, Əhməd Bəy Ağa oğlu.(Azərbaycanli),İran mütəfəkkirlərindən olan M.Səncavi, məşhur İran siyasi xadimi Əbilqasim Kaşani(1885-1960). Bütün bu xadimlərin və fikir sahiblərinin mənəvi irsinin daşiyicilari olan yeni avrasiyaçiliq tərəftarlari kimi çixiş etməyə başladilar. Bu tərəftarlardan biri də bu sətirlərin müəllifi olaraq mən və həmfikirlərim idi. Bu an Napolyonun bir sözü tarixin sücgəcindən keşərək gözümüzün önündə özünü təsdiq edir; ‘Xalqlarin taleyini coğrafiya həll edir”. Adgezal Mamedov

Yorumlar