KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qoşulmama Hərəkatının gətirdiklərinə dair

Qoşulmama Hərəkatının gətirdiklərinə dair

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
282 0

Mübaliğəsiz demək olar ki, müstəqillik dövründə Bakı beynəlxalq tədbirlərə tez-tez ev sahibliyi edir. Amma sadəcə özündən əvvəl keçirilənlən tədbiri təkrar et mir. Ona yeni forma verir. Onu elə bir səviyyəyə qaldırır ki, tədbir yeni məzmun və mükəmməl təşkilatdan xəbər verir. Bu dəfə də elə oldu.
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşü işə başlayıb. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub.
Hazırda dünyada Birləşmiş Millətlər Təşkilatında sonra ikinci beynəlxalq təşkilatdır. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə olan statistikaya görə Qoşulmama Hərəkatının 120 tam hüquqlu üzvü var. Qoşulmama hərəkatının nizamnaməsində müşahidəçi statusu da müəyyən edilmişdir. Sammitdə 17 müşahidəçi dövlət iştirak edirdi. Qoşulmama Hərəkatının nizamnaməsi daha bir status da müəyyən etmişdir. Bu, Qoşulmama Hərəkatına beynəlxalq təşkilatların müşahidəlik statusudur. Hal hazırda Qoşulmama Hərəkatında 10 müşahidəçi beynəlxalq təşkilat vardır.
Mətbuatdan məlumdur ki, 25 oktayabr 2019-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı çox mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Tədbirin adı çoxları üçün mahiyyətini və prinsiplərini aça bilmir. Necə yanı qoşulmama hərəkatı? Əgər tədbir dünyada baş verən proseslərə təsir etmirsə belə bir tədbiri keçirməyə ehtiyac varmı?
Burada bir neçə kəlmə ilə dünyada çox böyük nüfuz qazanmış Qoşulmama Hərəkatının məqsəd, vəzifəsi, prinsiplərini və fəaliyyət konsepsiyasını aydınlaşdırmağa ehtiyac vardır. Qoşulmama hərəkatının yaranması tarixinin qeyd edilməsi onun yaranma prinsiplərini , konsepsiyasını açmağa imkan verəcək. Qoşulmama Hərəkatının meydana gəlməsi tarix olaraq çox gərgin bir tarixi dövrü əhatə edir. Tarixi ədəbiyyatda Qoşulmama hərəkatının meydana çıxması Soyuq müharibə dövrünü əhatə edir.
Soyuq müharibənin anatomiyasını aydınlaşdırdıqda məlum olur ki, o zaman dünya ikiqütblü idi. Bəşərin taleyini qütblərarası münasibətlər və onun gərginlik dərəcəsi müəyyən edirdi. İki bloka daxil olan aparıcı dövlətlər mövcud olduqları dövrdə müxtəlif vasitələrlə bloklardan kənarda qalan dövlətləri bloka cəlb etməyə çalışırdılar .
Soyuq müharibə dövründə aparıcı dövlətlər bloka daha artıq dövlətləri cəlb edib, qarşı tərəfə tələblərini qəbul etdirmək istəyirdi. Qrşıdurmada iki blokda qarşı-qarşıya duran dövlətlər, onların daxili, xarici siyasəti və hərbi imkanları dururdu. Lakin bir sıra dövlətlər var idi ki, bloklara daxil olmayıb bloklararası ziddiyyətlərin kəskinləşməsinin və ya sakitləşməsinin müşühidəçisi olurdular. Onlar qarşıdurmaya daxil olmaq istəmirdilər.
Burada iki blok arasında olan qarşıdurmaya cəlb edilməmək, özünü bloklardan kənarda saxlaya bilmək çox böyük siyasət idi. Lakin bloklara qoşulmadan uzun müddət davam etmək mümkün deyildir. Buna görə də iki qütb arasındakı qarşıdurmaya cəlb edilməmək(aparıcı dövlətlərin dövlətləri cəlb etməsi üçün iqtiisadi, siyasi, hərbi xarakterli vasitələri var idi.) o qədər də uzun müddət davam edə bilməzdir. Dövlətlərin qoşulmamasını təminat altına alan beynəlxalq təşkilata ehtiyac yaranırdı. İki blok xaricində olan dövlətlərin çoxsaylı vasitələrin təsiri ilə bloklara cəlb edilmələrini əngəlləmək üçün Qoşulmama hərəkatı(QH) təsis edildi.
Qoşulmama hərəkatını təsis edən dövlətlər bloklara qarşı hərbi cəhətdən olmasa də beynəlxalq təşilat olaraq bloklararası münasibətlə təsir etmək, dünyada mövcud gərginliyin tənzim edilməsində mühüm rol oynayan çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Qoşulmama hərəkatının əsas fəaliyyət prinsiplərindən biri dünyada dövlətlərarası münasibətlərdə Qoşulmama hərəkatı adından fərqli olaraq BMT Baş Assambleyası çərçivəsində bir sıra vasitələrlə beynəlxalq proseslərə təsir göstərə bilir.
Qoşulmama Hərəkatının konkret olaraq fəaliyyət istiqamətinin müəyynə etsək məlum olar ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dövlətləarası münasibətlərin qurulmaasıdır. Yarandığı vaxtdan fəaliyyətini təhlil etdikdə məlum olur ki, qoşulmama hərəkatı zamana görə fəaliyyətini təmin edir. Soyuq müharibə dövründə ki, fəaliyyətindən fərqli olaraq müasir dövrdə də öz fəaliyyət aktuallığını itirmir.
Mütəmadi olaraq Qarışmama Hərəkatı daxilində üzv dövlətlərin beynəlxalq təşkilatlara tövsiyyə ediləcək razılaşdırılmış mövqe hazırlanır. Əslində bu vasitə qoşulmama hərəkatının dolayı yolla qoşulmadığı proseslərin tənzimlənməsində mühüm rol oynamasına imkan verir. Qarışmama hərəkatı beynəlxalq hüquqa hörmət əsasında dünyada sülhün qərarlaşmasına çalışır. Əksər hallarda onun təşkilat fəaliyyətinin əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.
Biz Qoşulmama hərəkatının beynəlxalq təşkilatlara təsir mexanizmasının həyata keçirilməsində təşkilatlara daxil olan dövlətlərin razılaşdırılmış mövqe konsepsiyasını qeyd etmişdim. Razılaçdırılmış mövqe konsepsiyası dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Baş Assambleyası çərçivəsində qərarların qəbul edilməsinə təsir baxımından çox nəticəli rol oynadığını zirvə toplantısında iştirak edən dövlətlərin səlahiyyət sahibləri də bildirirlər.
Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin dünyada qəbul edilən əsas prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rol oynayır. Qoşulmama hərakatı təşkilata daxil olan dövlətlər üçün əlavə münasibətləri ikili platformda davam etdirməyə inkan verən açıq və şəffaf təşkilatdır. Bakı sammitində çıxan nəticələrdən biri də ondan ibarətdir ki, Qoşulmama Hərəkatı daxilində üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün rahat şərait yaranmışdır. Azərbaycan Respublikası Şərq-Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri kimi reğional iqtisadi proqramlarda mühüm rol oynayır.
Bakı zirvəsində dünyanı narahat edən çox mühüm problemlər ilə əlaqədar dünyada baş verən böhranlar, regional məsələlər müzakirə edildi. Burada müasir dünyanı təhdid edən mühüm məsələlərdən birini münaqişələr və onların həlli yollarından danışıldı. Dünyada nə qədər təşkilatlar olsa da ən arzuolunmaz hadisələr müxtəlif regionlarda baş verməkdədir. Dünyada işğallar prosesi gizli deyil dünyanın gözü qabağında baş verir. Qoşulmama Hərəkatı mövcud geosiyasi mənzərədəki yeni reallıqları adekvat olması məqsədi ilə Hərəkatın rolunun aktivləşdirilməsinə nail olması inamı ifadə edildi.
Bu mövzu Azərbaycan Respublikası üçün həyati məsələdir. Ona görə ki, Qoşulmama Hərəkatına daxil olan ölkələr Azərbaycanın ərazi bütölüyünü tanıyır və faktiki olaraq Ermənistan Azərvaycan Respublikasının ərazisinin 20 faizini işğal etmişdir. Sammitdə Ermənistan təcavüzü ilə əlaqədar “işğalçı” ifadəsindən istifadə etdilər. Bazı sammitində çox böyük uğurdur ki, 120 dövlət tərəfindən ermənistan işğalçı dövlət olaraq tanındı. Qəbul edilən qərarda göstərirdi ki, üzv dövlətlərdən kimsə ermənistanın işğalının qanuniliyini qəbul etməyəcəkdir.
Ona görə də işğalçıya qarşı birlikdə mübarizə aparılması və Birləşmiş Millətlər Təşkilatı qarşısında məsələ qaldırılması çox vacib müttəfiqlik şərtidir. Bu kimi sammitlərdə ortaq mövqe razılaşmaları əldə etmək olar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistanda beynəlxalq statuslu cani Qaragin Nijdenin qəhrəmanlaşdırılmasının yolverilməzliyi haqqında fikrini Qoşulmama Hərəkatının iştirakçıları dəstəklədilər. Canilərə heykəllərin ucaldılmasına qarşı Qoşulmama Hərəkatına daxil olan dövlətlərin rəhbərlri vahid mövqelərini ifadə etdilər.
Dünyanın çox vacib problemlərindən biri də yoxsulluğun dünyanın bir sıra coğrafiyasında tüğyan etməsidir. Dünya dini və irqi ayrı-seçkiliyin yaratdığı fəsadlarla qarşı-qarşıya qalmışdır. Bu kimi qarşıdurmaların aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlər müəyyən edilir. Bakı zirvə görüşündə əsas olaraq Azərbaycan Respublikasının ərazi bütölüyü ilə əlaqədar məslələr nümayəndələr tərəfindən dilə gətirildi, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətli olmasını və omnunla əlaqədar mövqe müəyyən etdirlər. İqlim dəyişikliklərinə qarşı mübarizə də planetimizin narahat problemlərindən biridir. Belə bir yekdil fikirdə bu birləşməyə ciddi ehtiyac vardır. Planeti ayrı-ayrı hegemon dövlətlərin şıltağlığı qarşısında sahibsiz buraxmaq olmaz. Bakı zirvə görüşündə iştirak edənlər bu problemlərin həllinin tapılması üçün çoxtərəflilik prinsiplərinin bərqərar olmasının, daha tarazlı yanaşmanın tətbiqinin vacibliyini bildiriblər.
BMT-nin kağız üzərində qalan qərarlarının bir neçəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədardır. Bir sıra dövlətlərə qarşı ildırım sürətli cəzalandırma tədbiri həyata keçirildiyi halda işğalçı Ermənistan hələ də işğal etdiyi torpaqları azad etməmişdir. Bakı zirvə toplantısında kağız üstündə qalan BMT qərarlarında danışılmışdır.
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün dörd yekun sənədinin təsdiq edilərək dövlət və hökumət başçılarına təqdim olunduğunu bildirdi. Sonra Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olundu
XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

1

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir