KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putin vətəndaşlaırmızın gəlirlərini artıra bilmirik

Putin vətəndaşlaırmızın gəlirlərini artıra bilmirik

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
300 0

Rusiya prezidenti Vladimir Putin 20 ildir hakimiyyətdədir. Onun bu illərdə Rusiya iqtisadiyyatında dönüş yarada bilməməsini son etirafı da sübut edir: “Təəssüf ki, vətəndaşlaırmızın gəlirlərini artıra bilmirik. Vətəndaşlarımız illərlə gözləyə bilməzlər. Rusiyanın enerji satışından asılılığı azalsa da, tam ortadan qaldırılmayıb. Biz nəsə etməliyik ki, vənətdaşlarımızın gəlirlərini artıraq”.

Acı etirafdır. Bəs niyə Putin indi bunu deyir? Putin bugünlərdə doğulub boya başa çatdığı Sankt-Peterburqda olanda küçədə ona xanım yanaşaraq bu sözləri demişdi: “Sadə vətəndaşın maaşlarından xəbəriniz var? Bu maaşa Siz dolana bilərsiniz? Aylıq maaş bizə çatmır. Biz nə etməliyik?”

Görünür, bu dialoq Putin üçün nəticəsiz ötüşməyib. Rusiya prezidentinin xarici siyasətdə böyük ambisiyaları var, Gürcüstanı, Ukraynanı parçaladı, Qərblə kəllə-kəllə gəlir, uzaq Suriyada müharibə aparır, buna görə hətta Türkiyə ilə münasibətləri gərginləşib. Putin Rusiyanın imperiya hədəflərindən çıxış edir, ancaq ölkə iqtisadiyyatını düzəldə bilmir, bu illərdə lazerlə idarə olunan raketlər istehsal edən ölkənin vətəndaşı dolana bilmir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir