Sovyet devrinde Karabağ’a giden Türkiye Türk’ü iki yazar…

TÜRKİYE’NİN EL BAB’TA ARTAN KAYIPLARI VE JOHN KERRY’NİN KONUŞMASI

RUSYA İLE ABD ARASINDA KALAN ANKARA: SU-35 Mİ F-35 Mİ?

Balkanlar Yunanistan’dan, Yunanistan Makedonya’dan geçer

Putin Türkiyəyə dost xəbərdarlığı etdi

Gündem 2 Mart 2020
86

Rusiyanın İdlib hava məkanının bağlanılması ilə bağlı verdiyi mesaj mümkün qarşıdurmalarda Türkiyə tərəfinin itki verməməsi üçün edilən bir dost xəbərdarlığıdır.

Bu sözləri Axar.az-a açıqlamasında türk ekspert Həsən Oqtay Suriyanın İdlib əyaləti üzərindəki hava məkanını bağladıqdan sonra Rusiyanın türk təyyarələrinin təhlükəsizliyinə daha zəmanət vermədiyini elan etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə “Bahar qalxanı” hərəkatında bütün ehtimalları hesablayaraq mübarizəsini davam etdirəcək:

“Hava məkanının bağlanması Türkiyə ordusunun əməliyyatına mane ola bilməz və türk ordusu hədəflədiyi kimi “Bahar qalxanı” əməliyyatını başa çatdırana qədər yolundan dönməyəcək.

İdlibdə şəhid edilən 33 əsgər üzərində mübahisə davam edir. Bu hadisə üzərindən Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək istəyənlər çox olsa da, hadisələrin cərəyanı o istiqamətdədir ki, nə Türkiyə, nə də Rusiya bu təhriklərə qapıldı”.

Ekspertin fikrincə, Vladimir Putin əslində Rusiyanın heç kimlə müharibəyə getmək niyyətində olmadığını dilə gətirərək gərginliyi azaltmaq üçün bir addım atdı:

“Türkiyə öz növbəsində başlatmış olduğu “Bahar qalxanı” hərəkatı ilə əsgərlərini şəhid edən Suriya rejim gücləri daxilindəki terrorçu qruplara və Mahir Əsədə tabe olan legionerlərin toplandığı nöqtələrə hücumlar həyata keçirir. Suriya Prezidenti Bəşər Əsəd türk odusunun iradəsini görməli idi və görür.

Bütün bu baş verənlərin fonunda Rusiyanın hava məkanı ilə bağlı verdiyi şərh son dərəcə əhəmiyyətlidir və Suriyada Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymaq istəyən güclərə verilən dəqiq və açıq bir cavabdır.

5 martda İstanbulda Almaniya, Fransa, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə toplantı keçiriləcəkdi. Bu görüşdə Almaniya və Fransa Suriya məsələsində təşəbbüs göstərəcəkdilər. Putin daha öncə çox məşğul olduğu üçün bu görüşdə iştirak edə bilməyəcəyini bildirdi.

İndi Türkiyənin İdlib mövzusundakı dayanıqlılığı nəticəsində 5 martda Ərdoğan və Putin təkbətək görüşəcəklər. Bu görüşlə tərəflər Suriyadakı sülhün açarının öz əllərində olduğunu bütün dünyaya göstərəcəklər”.

Qeyd edək ki, türk dron və qırıcılarının İdlibdə rejim ordusuna inanılmaz zərbələr endirməsi nəticəsində çoxsaylı itkilərin qarşısını nisbətən almaq üçün Suriya hava məkanını uçuşlara bağladığını açıqlayıb. Bunun ardınca Rusiya türk təyyarələrinin təhlükəsizliyinə artıq zəmanət verə bilməyəcəyini elan edib.

Müəllif: Rəfiqə Əlisəfa

https://axar.az/news/siyaset/449447.html?fbclid=IwAR2iJ9Pmwlmi24Gm8zSVc7UU0gY5lmaswghDoZZaVkQKL1AubdcWexbtEYE

Yorumlar