China’s Strategy in the Caucasus

Kafkassam yazarı Zaza Tsurtsumia’nın kitabı: Osmanlı-Rusya İlişkilerinde Abhazya

Fetullah Gülen’in Tibetli yüzü Dalay Lama!

Erməni separatçıları Putin və Makronun Bakıya səfərinə necə “hazırlaşıblar”?

Makron Türkiyədən nə istəyir?

Gündem 27 Ekim 2020
247

Fransa prezidenti Emmanuel Makron ötən ay Livana və İraqa bir səfər turuna getdi.O bu turun məqsədini belə açıqlamışdı: “Fransanı özünün bir zamanlar güclü olan Ərəb siyasətinə yenidən döndərmək” istəyirik.
Makronun bu ifadəsi,1959-cu ildə iqtidara gələrkən Yaxın Şərq siyasətini kökündən dəyişdirən Şarl De Qolun, İsrailin 6 günlük Ərəb Savaşını qınamasına bənzədi.De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı, Ərəb Ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Ərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük.
Körfəzdə Qətərdən savayı digər Ərəb rejimlərini Türkiyəyə qarşı ABŞ və İsrail də təşkilatlandırmaqdadır. Livan və İraq İranın təsir dairəsində olduğu üçün, bu iki ölkəni Türkiyəyə qarşı təşkilatlandırmaq işi Makrona tapşırılmışdır.
O, əvvəl Livanda Hizbullah təşkilatının yetkililəri ilə görüşüb İranın könlünü aldıqdan sonra İraqa getdi.Burada Türkiyənin PKK-ya qaşı əməliyyatlarını qınamaqla, Makron səfərinin əsil məqsədinin nə olduğunu büruzə verdi.
Makron əslində Fransa xalqına deyil, qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində,Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək, digər yandan ABŞ-dakı seçki sonrasına hazırlıq etmək məqsədini güdür.
Türk-Fransız münasibətləri tarixən həmişə enişli yoxuşlu olmuşdur. Bu münasibətlərin indiki durumunun təməli, Makronun 2019-cu ildə Putinə:-“bölgəni birlikdə dizayn edək” təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviya da istədiyini vermədi, İraqda heç cürə varlığı yoxdur, Tunisdə çevriliş planı boşa çıxdı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu.
Yekunlaşdırsaq, Makron Türkiyəyə deyir ki, -içində olduğun 200 illik komadan çıxmağa çalışma,tarixini və mədəniyyətini aşağılamağa davam et,coğrafiyana üzünü döndərmə,könlünü açma,özün olmağa çalışma.Lakin Türkiyə qürurla bunları rədd edərək,sülhü və ədaləti daim müdafiə edəcəyini bəyan etdikdən sonra,peyğəmbərimizin təhqiri,türk mallarının boykot edilməsi və Türkiyəyə qarşı təşkilatlanmanın genişləndirilməsi kimi alçaq yollara əl atdılar.
Lakin Türkiyə dövləti və türk milləti,tarixin bütün sınaqlarından başı dik çıxdığı kimi, indiki durumdan da qürurla, üzüağ və başı dik çıxacaq.Türk dünyasının və bütövlükdə müsəlman dünyasının, qərbin bu çirkin həmlələrinin əslində İslama qarşı yönəldiyini anlaması çox vacibdir.
Züriye Garayeva Kafkassam Bakü

Yorumlar