KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev : Stoltenberqin Bakıya səfəri niyə ugursuz oldu?

Kamal Aliyev : Stoltenberqin Bakıya səfəri niyə ugursuz oldu?

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
122 0

NATO-nun baş katibi Jens Stoltenberqin Bakıya səfərini ugursuz hesab etmək olar.Əslində,bu səfərin baş tutmasından öncə cənab Stoltenberqin Azərbaycandan istədikləri müəyyən ölçüdə mediaya da sızmışdı.

O zaman ortaya sual çıxır:NATO baş katibinin məlum səfərini niyə ugursuz saymaq olar?

1-NATO Ukrayna məsələsində Azərbaycanın anti-Rusiya cəbhəsində olmasını çoxdandır istəyirdi.Bakı isə konkret olaraq,Ukraynaya humanitar yardımlar etdiyini deyir və bundan artıgına getməyəcəyini bəyan edirdi.Stoltenberq də protokol xatirinə buna görə Azərbaycana təşəkkür etdi.

2-NATO bir müddətdir ki,Bakıdan şimal-cənub dəhlizi üzərindən İrandan Rusiyaya daşınan silah-sürsatı buraxmamagı və buna nəzarət etmək üçün Azərbaycan ərazisində Monitorinq Mərkəzi(MM)qurmaq istəyirdi.(Gürcüstanda artıq belə bir mərkız fəaliyyətdədir)
Bakı bunu da rədd etdi.

Beləliklə,bütün bunları nəzərə alaraq ümumi bir qənaətə gələ bilərik ki,Azərbaycan ehtimal olunan(bu,sadəcə bir prezumsiyadır) NATO-Rusiya qarşıdurmasında tərəf olmayacaq.
Üstəlik,Əliyev hökuməti xeyli müddətdir ki,Moskvaya reveranslar edir.

Bu,mənim başından bəri müdafiə etdiyim kursdur.Yəni,Azərbaycan xalqı imperialist əclafların geosiyasi oyunlarının təsirinə düşməməlidir.Necə deyərlər,fillər təpişərkən,otlar əzilir.Biz azərbaycanlıların OT olmaq missiyası olmamalıdır.

Canları cəhənnəmə!

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir