KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rusiyanın Polşaya hücumu və Harmageddon

Kamal Aliyev: Rusiyanın Polşaya hücumu və Harmageddon

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
242 0

Aylar öncə yazmışdım ki,Rusiyanın Ukraynada başlatdıgı işgal hərəkatı növbəti etaplarda Avropa İttifaqı ölkələrinin ərazisinə də sıçraya bilər.Və yaxud Ukraynadakı qanlı müharibə bir müddət sonra Rusiya və NATO arasında “isti”qarşıdurmaya qədəm qoya bilər.Nəhayət,dünən Polşanın Lublin bölgəsindəki bir kəndə düşın iki rus raketi 3 nəfərin ölümü ilə nəticələndi.Ümumiyyətlə,Polşa Ukraynaya Qərb silah-sürsatının daşınmasında logistika xətti rolu oynayır.Bundan əlavə,Ukrayna tərəfindən döyüşən əcnəbi döyüşçülər də Polşa marşurutundan istifadə edərək Ukraynada döyüşlərə qatılırlar.Ruslar uzun müddətdir Ukraynada döyüşən əcnəbi döyüşçülərin daha çox polşalılar olduqlarını deyirdilər.
Maraqlı detal budur ki,Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinə düşən rus raketlərinin “planlı tıxribat”oldugunu bəyan edir.Lakin insan tələfatına yol açan raketlərin Rusiya istehsalı oldugu müəyyən edilib.Polşaya hücumla Rusiya demək istəyir ki,hələ müharibənin qanlı dövrü qarşıdadır və hazır olun.Polşa hökuməti də bu arada Təhlükəsizlik Şurasının iclaslasını çagırıb və NATO qərərgahı ilə koordinasiyalı fəaliyyət göstərməkdədirlır.Göründüyü kimi,müharibə yavaş-yavaş Avropanın içərilərinə dogru yayılmaqdadır.Yadınıza salım ki,ikinci dünya müharibəsi də Polşadan start götürmüşdü.
Yeri gəlmişkən,Kremlə yaxın media üzlərindən olan Marqarita Simonyan belə yazıb ki,”Axşamınız xeyir,1962-ci il”Təbii ki,Simonyan bu yazı ilə 1962-ci ildəki SSRİ və ABŞ arasında “Karib böhranı”na təmas edib.
Bundan əlavə,M.Simonyan belə yazıb:”Əgır bu,qəsdlə edilən bir provakasiya deyilsə,o zaman yaxşı bir xəbər var.NATO ölk əəsi elə pis qorunur ki,kimsə onu qəza nəticəsində hər hansı bir şeylə əzilə bilər və aliyans onun kimlə vı nə ilə döyüldüyünü bilməyəcək”.Simonyanın yazdıqları açıq-aşkar təhdiddir.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden də belə demişdi ki,əgər Ukraynadakı priseslər belə davam edərsə,Kuba Raket Böhranlndan bu yana ilk dəfə nüvə silahından istifadə edilməsi təhlükəsi var.C.Bayden demişdi ki,1962-ci il Karib böhranından sonra “Harmageddon”təhlükəsi ilə qarşı-qarşıya qala bilərik.Belə demək mümkünsə,Ukraynadakı müharibə Avropaya sıçraya bilər.Bu,həmişə ciddi təhdiddir və qoca qitə üçün agır nəticələrə gətirib çıxara bilər.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir