KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Laçın dəhlizində Azərbaycanın gömrük postu ideyası yaxşıdır,lakin…

Kamal Aliyev: Laçın dəhlizində Azərbaycanın gömrük postu ideyası yaxşıdır,lakin…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
472 0

Azərbaycan prezidenti İlham Əliyev bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdə dedi ki,Zəngəzur və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır.
Əliyevə görə,Ermənistanda eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir.

Keçən dəfə də yazmışdım ki,10 noyabr üçtərəfli razılaşmasının 9-cu bəndini Ermənistan tərəfi icra etməkdən yayınır və güman edirəm ki,bundan sonra da maksimum yayınacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan da bayaq öz feysbuk səhifəsində belə bir paylaşım etdi ki,bu axşam o,Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçiriləcək üçtərəfli görüşdə Laçın və Zəngəzur dəhlizlərinin istifadə rejiminin eyni olmasına etiraz edəcək.

İndi ən vacib olan budur ki,Laçın dəhlizində Azərbaycanın sərhəd postu,nəzarət-buraxılış məntəqəsi olsun.Ancaq bir həqiqət də var ki,10 noyabr razılaşmasında Laçın dəhlizində Azərbaycana aid postun olması ilə baglı məqam yoxdur.Gərək Azərbaycan tərəfi bununla baglı vaxtında 10 noyabrdakı bəyanat mətninə bu detalı sala biləydi.O qədər zəfər sərxoşu olmuşduq ki,şüursuz şəkildə Rusiyanın bayraqlarını Bakının küçələrində dalgalandırırdıq.Əfsuslar osun ki,o vaxt reallıgın fərqinə varmamışdıq.

Hətta bu məsələ də israrcı olmalı idik.
Halbuki,2020-ci il 10 noyabr tarixində imzalanan triliteral sənəddə Daglıq Qarabag ərazisində qeyri-qanuni erməni hərbi birləşmələrinin tərsilah edilməsi,Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi də vardı.
Düşünürəm ki,indi əsas məqsəd Laçın dəhlizində Azərbaycanın nəzarət imkanlarını bərpa etməkdir.O ki,qaldı Zəngəzur koridoruna,bu,dövlətlərarası məsələdir.
Həm də Azərbaycan və Naxçıvan arasında dəmiryolu layihəsinin inşasına başlanılıb.
Ermənistan həmişə Zəngəzur dəhlizi yerinə,Zəngəzur “yolu”termininə üstünlük verir.Şübhəsiz ki,beynəlxalq hüquqa görə,”dəhliz”və “yol”terminləri arasında fərqlər var.

Yeri gəlmişkən,Zəngəzur koridoru məsələsində Rusiya da ikibaşlı oynayır.Məsələn,Rusiya baş nazirinin müavini Aleksey Overçuk İravanda N.Paşinyanla görüşündə koridor sözünün əvəzinə “yol”ifadəsini,Bakıda İlham Əliyevlə görüşərkən isə,ümumiyyətlə bu mövzuya səthi təmas edir.

V.Putin Azərbaycan və Ermənistan arasında elə bir münasibətlər konfiquraiyası qurub ki,hər iki tərəf kreml şefinin kaprizləri ilə oynamaq məcburiyyətində qalıb.
Mən inanmıram ki,Rusiya və onun Daglıq Qarabagdakı “sülhməramlı”kontingenti Laçın dəhçizində Azərbaycanın post-patrul xidmətinin yaradılmasına razı olsun.
Rusiyanın hədəfi çox sadədir:həm Zəngəzur,həm də Laçın koridoru üzərində nəzarətini heç kimlə bölüşməyərək,bu üstünlüyü sona qədər əlində saxlasın.
Çünki,Rusiyanın adını çəkdiyim hər iki kommunikasiya xəttinə hüdudsuz və müddətsiz nəzarəti Azərbaycan və Ermənistanın kremlin radiusunda qalmasına məhkum edir.
Bilirik ki,”3+3″kimi geostrateji layihə də Moskvanın “Şimal-Cənub”proyektinin tərkib hissəsidir.
Çox qəribə situasiya yaranıb:valı hara çevirirsən,qarşına Rusiya çıxır…
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir