KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: İran İsraili Qəzzadan vurur

Kamal Aliyev: İran İsraili Qəzzadan vurur

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
139 0

Qəzza zolagında fəaliyyət göstərən HƏMAS terror qruplaşmasının silahlı qanadı “İzzəddin Qəssam”İsrailə qarşı hücumlara başlayıb.Israil Müdafiə Nazirliyi(İDF)-nin yaydıgı məlumata görə,20 dəqiqə ərzində Qəzza zolagından İsrail ərazisinə 5 min raket atılıb.
HƏMAS bu hücumun adını “Əqsa Tufanı”qoyub və elan edib ki,əməliyyat sona qədər davam edəcək.Hətta paytaxt Təl-Əvivin şimalına da raket hücumu olub.İsrail Müdafiə Nazirliyinin məlumatına görə,Qəzzadakı dörd nöqtədən İsrail ərail ərazisinə sızma olub,hətta bəzi bölgələrdə küçə döyüşləri davam edir.
İsrail Müdafiə Nazirliyi ehtiyyatda olan hərbçiləri geri çagırıb və mümkündür ki,HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayacaqlar.
Görünən budur ki,İran məhz indiki məqamda İsraili HƏMAS vasitəsi ilə məşgul etmək istəyir.Digər tərəfdən,o da mümkündür ki,İran İsrail-Səudiyyə Ərəbistanı normallaşma prosesinin qarşısını almaq istəyir.Tehran bununla demək istəyir ki,İsrailin ərıb dövlətləri ilə münasibətlərinin normallaşmasına imkan verməyəcək.Təbii ki,İsrailin də sərt cavab verəcəyi mütləqdir,ancaq hadisələrin daha da gərginləşməsi onsuzda “barıt çəlləyi”olan Yaxın Şərqi daha da arzuolunmaz istiqamətə götürəcək.Bu minvalla,islam dünyası və Qərb arasında-xüsusilə,İsrailin əsas strateji müttəfiqi ABŞ arasında ciddi problemlər yarana bilər.Şübhəsiz ki,bütün bu baş verənlər yenicə normallaşan Türkiyə-İsrail münasibətlərinə də təsirsiz ötüşmiyəcək.Bütün bu kataklizimlərdən istifadə edən və faydalanan isə İran olacaq.
Onu da nəzərə alaq ki,Qərbin Ukraynaya başının qarışdıgı bir periodda Yaxın Şərqin də qan gölünə çevrilməsi arzuolunmazdır.Bu,istər-istəməz Qərbi də dilemma qarşısında qoya bilər.Və İsrail-Fələstin gərginliyinin uzanması daha çox İranın maraqları ilə üst-üstə düşür.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir