KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Fransa ve Rusya Güney Kafkaz’da savaşmı istiyor?

Kamal Aliyev: Fransa ve Rusya Güney Kafkaz’da savaşmı istiyor?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
44 0

Azərbaycan və Ermənistan arasında ehtimal olunan növbəti hərbi konfrantasiya ehtimalının qarşısını ancaq iki dövlət ala bilər:Rusiya və Fransa.Əfsuslar olsun ki,Qarabagdakı 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistandakı siyasi rəhbərlik baş-başa görüşüb problemin yekun siyasi həllini müzakirə edub həll edə bilmədilər.Bəlkə də Bakı və Yerevan arasında danışıqlar prosesinin müsbət nəticələnməsinə imkan vermədilər.
Dəfələrlə yazdıgım kimi,Cənubi Qafqaz dünyanın siyasi xəritəsində kiçik cografiya kimi görünsə də,bu bölgənin taleyi təkcə yerli aktorlardan deyil,eyni zamanda,qlobal güclərdən də asılıdır.Belə demək mümkünsə,post-müharibə dövründə biz bu reallıgı görürük.
Əlbəttə,Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla Almaniyada keçirdiyi müzakirələr pozitiv dəyərləndirilməlidir.Lakin bu müzakirələrin problemin yekun siyasi həllinə gətirib çıxarmayacagı da məlumdur.Yuxarıda da vurguladıgım kimi,Bakı və Yerevan arasında növbəti hərbi toqquşmanın qarşısını Fransa və Rusiya ala bilər.Əgər Paris və Moskva tərəfləri müharibəyə təhrik etməkdə davam etsələr,o zaman hərbi toqquşma ehtimalı yaz aylarında baş verəcək.
Rusiya Afrikadan Fransanı sıxışdırlb çıxarmaqdadır.Və Fransa da rusları Qafqazdan qovmaq istəyir.Biz isə(azərbaycanlılar və ermənilər) bunun bədəlini öz cografiyamızda ödəmək məcburiyyətindəyik.

İlham Əliyev və Nikol Paşinyana bu lazımdırmı?
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir