Əvvəlcə Azərbaycan bəyan etdi ki,Fransanın ölkədə fəaliyyət göstərən cəsus şəbəkəsi ifşa edili,daha sonra isə bu ölkənin Bakıda fəaliyyət göstərən iki diplomatı persona-non-qrata elan edilərək deportasiya edildi.Bu gün isə məlum olub ki,Fransa tərəfi də iki azərbaycanlı diplomatı persona-non qrata elan edib.
Əlbəttə,dünyadakı bütün diplomatik missiyaların tərkibində kəşfiyyatçılar fəaliyyət göstərir və bu,normaldır.Fransanın Azərbaycanda cəsus şəbəkəsinin varlıgına gəlincə,zənnimcə bu,dəlilləriylə bərabər ortaya qoyulmalıdır.Ki Azərbaycan ictimaiyyəti də baş verənlərdən agah olsun.Fransız mediası iddia edir ki,özünü jurnalist kimi təqdim edən iki nəfər azərbaycanlı “cəsus”Yeni Koledoniyada aşkar edilərək Azərbaycana deportasiya ediliblər.Iddiaya görə,məlum iki azərbaycanlı özlərini AzərTac dövlət agentliyinin əməkdaşları kimi təqdim ediblər.
Göründüyü kimi,Bakı-Paris xəttində son 39 ildə bu sayaq diplomatik böhran yaşanmamışdı,Dogrudur,keçmiş prezident Jaj Şirskın vaxtında ATƏT-in Minsk Qrupunun hımsədri olaraq Franda həmişə Ermənistanın mövqeyini müdafiə edib.
Ümumiyyətlə,Fransa-Ermənistan münasibətləri Parisdəki Yelisey sarayında kimin oturmasından asılı olmayaraq,bir dövlət siyasətidir.Azərbaycan iqtidarı ilə normal münasibətləri olan keçmiş fransız prezident Nikolya Sarkozinin vaxtında da Paris bütün platformalarda ermənilərin mövqeyini müdafiə edib.
Nəzərə almalıyıq ki,Fransa BMT TŞ-nin üzvüdür,nüvə arsenalına malik dövlətdir və faktiki olaraq,Avropa İttifaqının əsas siyasi aktorudur.Üstəlik,Azərbaycan Avropanın strateji enerji tərəfdaşıdır və Parislə gərgin münasibətlər qətiyyən Bakının maraqlarına cavab vermir.
Fransanın cari qlobal siyasətdəki çəkisinə gəlincə,bu gün Paris Afrika qitəsində Rusiya və Çin tərəfindən sıxışdırılır.
Paris buna cavab olaraq,Ermənistanın vasitəsi ilə Cənubi Qafqazda söz sahibi olmaq istəyir.
Ümid edirəm ki,Paris-Bakı xəttindəki “qeyri-sabitlik”bir müddət sonra bitəcək.
Kamal Aliyev