KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Ermənistan Azərbaycanla geniş miqyaslı müharibəyə hazırlaşır?

Kamal Aliyev: Ermənistan Azərbaycanla geniş miqyaslı müharibəyə hazırlaşır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
165 0

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlamentəki çıxışında bəzi dedikləri diqqətimi cəlb etdi.Hətta belə demək mümkünsə,Mirzoyanın dedikləri məndə belə bir qənaət formalaşdırdı ki,Ermənistan üzdə sülhdən danışsa da,arxada müharibəyə hazırlaşır.Belə ki,A.Mirzoyan dediyinə görə,son aylarda müzakirələr,fikir mübadilələri,tərəflər arasında kompromis dili olsa da,təəssüflər olsun ki,əsas məsələlərdə razılıga gəlmək mümkün olmayıb.
Yadınızdadırsa,Ermənistan parlamentinin spikeri Alen Simonyan fevralın sonunda demişdi ki,Bakı və Yerevanın üzərində çalışdıqları sülh müqaviləsini 3-4 maddəsi istiqamətində konsensus əldə mümkün olmayıb.Maraqlıdır ki,nə Aszərbaycan,nə də Ermənistan tərəfi razılıga gələ milmədikləri detalları hələ də açıqlamayıblar.Bizə məlum olan budur ki,Azərb asycan tərəfi 2022-ci ilin martında qarşı tərəfə Qarabsg probleminin yekun suyasi həllini nəzərdə tutan 5 maddəlik prinsip təklif.Daha sonra Ermənistan hökuməti məlum 5 prinsipə 6 təkliflə cavab verdi.Azərbaycanın təqdim etdiyi 5 prinsipin mahiyyəti bu,idi ki,tərəflər bir-birinin ərazi bütpvlüyünü tanıyacaq və bundan əlavə,Ermənistan Azərbaycanın Qarabag üzərində suverenliyini qəbul edəcək.Daha sonra Ermənistan ötən ilin dekabrında Praqada tərəflərin BMT Nuzamnaməsi və 1991-ci il Alma-Atı Deklerasiyasına görə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etmişdi.

 

Beləliklə,indiki mərhələdə Ermənistanın Azərbaycandan tələb etdiyi punktlar Qarabag ermənilərinin hüquqları və təhlükəsizliyidir.Güman etmək olar ki,indiki etapda Bakı və Yerevan arasında üzərində iş gedən sülh müqaviləsində əsas mövzular Qarabag ermənilərinin hüquqları və təhlükəsizliyidir.Bakı israrla Qarabag ermənilərinin reinteqrasiyasını tələb etsə də,Xankəndidəki rejim bunu qəbul etmir.Üstəlik,Rusiya və Paşinyan hökumətləri də reinteqrasiyanı rədd edirlər.Paşinyan hökuməti israrla Qarabagda beynəlxalq mexanizmin təşkil olunmasına çalışır.Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyir ki,Qarabag ətrafında silahsızlandırılmış zona(bufer zona)və ya mütləq beynəlxalq mexanizm yaradılmalıdır.
Rusiyaya gəlincə,bu ölkə Laçın dəhlizinə köməkçi yol olan Xankəndi-Xəlfəli-Turşsu istiqamətində ermənilərin silah-sursat daşımasına,hətta yenibyol çəkməsinə dəstək verir.Belə nəticə hasil olur ki,Ermənistan Rusiyanın himayəsi ilə Azərbaycana qarşı müharibəyə hazırlaşır.Bu dəfə 2020-ci ildəki 44 günlük müharibədən fərqli olaraq,Yerevan özünə İran,Hindistan kimi müttəfiqlər də tapıb.Qarşıdan gəlın aprel və may ayları Azərbaycan və Ermənistan arasında növbəti hərbi konfrantasiyanın baş verəcəyi böyük ehtimaldır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir