KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ermənistan 3+3 formatına razılaşır?

Kamal Aliyev: Ermənistan 3+3 formatına razılaşır?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
213 0

Azərbaycan və Türkiyənin təklifi etdiyi,Cənubi Qafqaz respublikaları ilə birlikdə Rusiya,İran kimi ölkələri də əhatə edən 3+3 əməkdaşlıq formatı yenidən gündəmə gəlib.Daha dogrusu,Ermənistan və Gürcüsatanın xarici işlər nazirləri məlum format çərçivəsində İranda keçiriləcək görüşdə iştirak edəcəklərini bəyan ediblər.
Maraqlı məqam həm də ondan ibarətdir ki,Gürcüstan hökuməti də 3+3 formatında indiyə qədər istəksiz olsa da,Tbilisinin mövqeyində yumuşalma sezilir.Halbuki,gürcü iqtidarı bu vaxta qədər Rusiya ilə hər hansı iqtisadi və yaxud siyasi əməkdaşlıq formatında yanaşı təmsil olunmaqdan yayınırdı.Görünür,3+3 formatının iqtisadi dividentləri İrakli Qaribaşvili hökumətini müəyyən korrektələr etməyə sövq edib.Dogrusunu deyim ki,Tbilisinin belə qətiyyətli qərara gəlməsi məni də təəccübləndirdi.Lakin siyasətin dinamik oldugu və gözlənilməz situasiyalarda sürprizlərə açıq oldugu reallıgını da nəzərə almalıyıq.

Lakin Ermənistanın nəhayət,3+3 formatı çərçivəsində keçiriləcək görüşdə iştirak etməyə razılaşması bir qədər gözlənilməz və sürpriz oldu.Hərçənd,Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda Avropa Parlamentində çıxışı zamanı sərgilədiyi ritorika,siyasi üslub və üstəlik,İravan-Rusiya xəttində davam edən gərginlik,sözlü atışmalar kontekstində 3+3 formatında iştiraka razılıq verməsi bir qədər marqlı görünür.Və yaxud ola bilsin ki,bu,Paşinyanın növbəti dəfə eyni anda 2-3 stulda oturmaq bacarıgının növbəti nümunəsidir.
Hal-hazırda Nikol Paşinyanın manevr “bacarıgları” insanı əməlli-başlı heyrıtləndirir.Hətta belə ifadə edə bilərik ki,Nikol Paşinyan bir əldə iki qarpız tutmaqla müstəsna bacarıg sahibidir.
Eyni zamanda,bir versiya da inandırıcı görünür ki,3+3 formatənda görüşün İranda keçiriləcəyi də Ermənistan hökumətinin qərarında həlledici rol oynayıb.Təsəvvür edin ki,Ermənistan üzvü oldugu KTMT-nin təlimlərində iştirak etmir,Bişkekdə keçirilən MDB zirvəsindən yayınır,amma İrana getməyə ərinmir.

Belə qənaətə gəlmək olar ki,Ermənistan hökuməti Cənubi Qafqazda kənar güclərin yerinə(ABŞ,Avropa İttifaqı)məhz regional aktorların təsir qüvvəsinin daha həlledici oldugunun fərqinə varıb.Bu,həm də o deməkdir ki,İravan hələ də yekun geopolitik seçim etməyə tələsmir və Paşinyan siyasi-iqtisadi risqləri hesablayıb.Görünən odur ki,Ermənistanın ümumi potensialini,onun eksternal müdaxilələrə immuniteti təxminən bilir.Həttə bir az da dərinə getsək belə qənaətə gəlmək olar ki,Paşinyan Rusiya ilə açıq qarçıdurmaya getməyə,ona Ukrayna kimi meydan oxumagın faciəvi sonluqla bitməsini də ehtimal edir.
Üstəlik,Qərbdə heç kim Paşinyana söz vermir ki,gələcəkdə Rusiya ilə qarşı-qarşıya gəlsən sona qədər arxanda duracagıq.Belə olan təqdirdə,Paşinyan da o qədər sadəlövh deyil ki,hətta Gürcüstanın hazırda həbsdə olan prezidenti Mixael Saakaşvilinin tövsiyyələrinə qulaq assın.
Şübhəsiz ki,bütün bunlar sadəcə ehtimallardır.
Ümumilikdə,Ermənistanın 3+3 formatına qarşı olmadıgını düşünmək mümkündür.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir