KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Blinkenin Paşinyana zəngi və Fransa Senatının qətnaməsi

Kamal Aliyev: Blinkenin Paşinyana zəngi və Fransa Senatının qətnaməsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
247 0

Bu gün Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul edəcəyi gözlənilir.Dogrudur,fransız senatorların səs verəcəyi və qəbul edəcəkləri qətnamə daha çox tövsiyyə xarakteri daşıyır,ancaq güman etmək olar ki,bu,Paris-Bakı xəttində münasibətlərin soyumasına gətirib çıxaracaq.Onu da nəzərə alaq ki,Senat qanunverici orqandır və Parisin xarici siyasətini əsasən icra hakimiyyəti-prezident Emanuel Makron həyata keçirir.Üstəlik,hazırda Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində həm Brüsseldə,həm də Praqada önəmli görüşlər keçirilib.Şübhəsiz ki,Avropa İttifaqının lokomativlərindən olan Fransanın prezidenti E.Makron da onun fərqindədir ki,Paris Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində hər iki dövlətlə işləməlidir.Proqnoz etmək mümkündür ki,Fransa Senatının qəbul edəcəyi anti-Azərbaycan qətnaməsində ölkəmizə qarşı iqtisadi sanksiyaların tətbiq olunmasına çagırışlar da səslənəcək.Ancaq bir nüansı vurgulamaq yerinə düşər ki,Fransanın əsas məqsədlərindən biri həm Ermənistan,həm də Yuxarı Qarabagda öz humanitar missiyasının fəaliyyətinə nail olmaqdır.Görünən budur ki,Azərbaycan hökuməti Fransanın bu təklifinə qarşıdır.Lakin istisna olunmamalıdır ki,Fransanın Qarabag probleminin həlli prosesində Rusiya maraqlıdır.Yəni hər ilkki ölkə Qarabag iqtisadi rayonu ərazisində yaşayan ermənilərin statusu və yaxud mədəni muxtariyyəti məsələsində bənzər düşüncələrə sahibdirlər.Hətta onu da ifadə etmək olar ki,Fransa gələcəkdə ən azından BMT-nin verə biləcəyi mandat çərçivəsində Qarabagda məhdud sayda da olsa öz hərbi kontingentini yerləşdirilməsinə cəhd göstərəcək.İstisna etməməliyik ki,Rusiya da Fransanın bu niyyətinə qarşı çıxmayacaq.Lakin Bakının Fransanın Cənubi Qafqazdakı geopolitik hədəflərinə necə cavab verəcəyini də hesaba qatmalıyıq.Belə olan təqdirdə,Azərbaycan bundan sonrakı prosesdə Fransanın vasitəçiliyindən mümkündür ki,imtina etsin.Çünki Bakı dərk edir ki,Fransanın Cənubi Qafqazda mövcudlugu Türkiyənin maraqları ilə üst-üstə düşmür.Beləliklə,Fransa Senatının bu gün qəbul edəcəyi qətnamə Bakı-Paris xəttində münasibətlərin həlı bir müddət də gərgin olacagı deməkdir.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıgı baş tutub.Noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra ABŞ sülh müqaviləsinin imzalanması istiqamətində daha həvəsli görünür.Hələ ki,ABŞ-ın Qarabag problemində sərgilədiyi mövqe Azərbaycanın maraqlarına cavab verir.Vaşinqton Rusiyadan fərqli olaraq konkret “həll paketi”təqdim edir.Təbii ki,ABŞ-ın təklif etdiyi “Vaşinqton sənədi”hələ rəsmi olaraq təsdiq olunmasa da,bütövlükdə sənəd Qarabagın Azərbaycanın t əırkib hissəsi oldugunu təsdiq edir.Buna rəgmən,Rusiya ABŞ-ın təqdim etdiyi həll prosesinin ermənilərin maraqlarına cavab vermədiyini açıq bəyan edir.

Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir