KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azerbaycan-Ermenistan sınırındakı provakasyonu Rusya’mı yaptı?

Kamal Aliyev: Azerbaycan-Ermenistan sınırındakı provakasyonu Rusya’mı yaptı?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
45 0

Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan-Ermənistan şərti dövlət sərhədində yerləşən post dagıdılıb və iki erməni əsgəri öldürülüb.Təbii ki,bu,ötən gün erməni tərəfinin törətdiyi provokasiyaya cavab idi.
Ortaya sual çıxır:kifayət qədər həssas olan bir məqamda erməni tərəfi niyə bu sayaq təxribatlara əl atır?
Şübhəsiz ki,mən indiki mərhələdə “həssas məqam”deyərkən onu nəzərdə tuturam ki,Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyevlə son telefon danışıgında Brüsseldə növbəti görüşün keçiriləcəyi haqqında şifahi razılaşma əldə olunmuşdu.Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-nin himayəsi altında keçirilən,keçiriləcək görüşlərə müsbət yanaşdıgını nəzərə alsaq belə nəticə hasil olur ki,erməni tərəfinə bu sayaq provokasiyaya əl atmaq qətiyyən sərf etmir.
Üstəlik,Azərbaycan prezidenti İlham Əliyev də Şarl Mişelle etdiyi telefon söhbətində Brüsseldə yenidən müzakirələrə başlamagın tərəfdarı oldugunu demişdi.
Belə olan təqdirdə,Azərbaycan-Ermənistan şərti dövlət sərhədində son təxribatın kimin tərəfindən törədildiyinə fokuslanmalıyıq.
Əlbəttə,biz bilirik ki,Ermənistan ordusunun daxilində Rusiyaya göbəkdən baglı hərbçi elitası var.Hərçənd,baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan bir müddətdir ki,ordudakı “rus yanlılarını”təmizləsələr də,görünür vəziyyət daha da kritikdir.
Bundan əlavə,erməni mediasi iddia edir ki,Qafan rayonu ətrafında rus hərbçiləri var və onlar son hadisəyə kənardan tamaşa ediblər.Və bu iddia məhz Paşinyana yaxın media tərəfindən tirajlanır.Ermənilər birbaşa olmasa da,dolayı yolla deyir ki,bizim bundan xəbərimiz yoxdur.
Şarl Mişelin İlham Əliyevə zəngi və Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş verən bu provokasiya arasında paralellik aparsaq görərik ki,işin içində Rusiya amili var.Şübhəsiz ki,Azərbaycan hərbçisinin ötən gün snayperlə vurularaq yaralanması birbaşa Ermənistanın üzərinə düşür.Paşinyan və komandası ordusunu Rusiya agentlərindən təmizləməlidir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir