KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan yaxın həftələr ərzində Zəngəzura hücum edəcək mi

Kamal Aliyev: Azərbaycan yaxın həftələr ərzində Zəngəzura hücum edəcək mi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
104 0

Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi Tiqran Balayan “Brussels Signal”nəşrinə verdiyi müsahibədə vurgulayıb ki,Azərbaycan yaxın həftələr ərzində Zəngəzura hücum edəcək.

Şübhəsiz ki,Balayanın bu qədər absurdizmə yuvarlanmasının,məntiqsiz danışmasının məqsədi aydındır:İravan Rusiyadan birdəfəlik uzaqlaşmaq və Qərblə iç-içə olmaq üçün rutin blefə əl atır.
Halbuki,Zəngəzur dəhlizi mövzusu böyük ölçüdə qapanıb.Türkiyə prezidenti Ərdoganın da dediyi kimi,Ermənistan razı olmazsa,koridor İran ərazisindən keçəcək.Artıq Ayərbaycan və İran İslam Respublikası arasında da ötən həftə bu istiqamətdə konkret razılaşmanın əldə oldugunu öyrəndik.

Bu məntiqlə,nəinki yaxın həftələrdə,hətta qarşıdakı perspektivdə Azərbaycanın Zəngəzurda hərbi əməliyyatlar keçirəcəyi mümkün deyil.Belə olan təqdirdə,ortaya sual çıxır:Ermənistanın Zəngəzur koridoru məsələsini gündəmdə davamlı saxlamasının məqsədi nədir?
Cavab sadədir:Ermənistan ərazi bütövlüyü mövzusunun Qərb üçün kifayət qədər kritik oldugunun fərqindədir və punktdan yararlanmaqla həm Rusiyadan birdəfəlik uzaqlaşmaq,həm də Fransa ilə hərbi sahədə münasibətlərini daha da dərinləşdirmək strategiyasını güdür.
Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir neçə mühüm çagırış var; Ermənistanı Rusiyadan iqtisadi asılılıgdan qurtarmaq,KTMT və Avrasiya İqtisadi İttifaqından çıxarmaq.
Əlbəttə,Paşinyan Ermənistanın potensialını,nəyə qadir oldugunu yaxşı bilir və aşırı harakiri etməyin də fəsadlarını hesablayıb.

Paşinyan populist və harakiri siyasi gedişlər etməyi də sevir.Buna rəgmən,Nikol Mixail Saakaşvili nümunəsini də anlayır.
Digər tərəfdən,Ermənistanın hərbi-siyasi eltasında kök salmış Rusiyanın 5-ci kolonunun da nələrə əl atacagını proqnozlaşdırır.Paşinyana görə,hazırki situasiyada Rusiyadan qurtulmaq üçün Ermənistanın əlinə “tarixi şans”keçib,lakin o,məsələnin olduqca risqli oldugunun da fərqindədir.Nikol Paşinyanın Qranada da Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü,mühacirətdə fəaliyyət göstərən Belorus müxalifəti ilə təmasları boşuna deyildi.Yəni,Paşinyanın Qranadada Putinin düşmənləri ilə flörtləşməsi,Roma Statutunu təsdiqləməsi əslində zuxarıda da vurguladıgım harakirinin bariz nümunələridir.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir