KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan və Ermənistan Rusiya olmadan problemlərini həll etməlidirlər

Kamal Aliyev: Azərbaycan və Ermənistan Rusiya olmadan problemlərini həll etməlidirlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
372 0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla Gürcüstanın paytaxtı Tbilisidə ikitərəfli görüşü təqdirəlayiqdir.

Ümumilikdə,Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi hər hansı moderatorun iştirak etmədiyi görüşlər keçirməlidir.Tbilisinin görüş məkanı kimi seçilməsi də müsbətdir.
Həmişə dediyim kimi,Bakı və Yerevan vasitəçi olmadan bir masa ətrafında oturmalı,qarşılıqlı müzakirələr aparmalı və müəyyən nəticələri əldə etmək üçün siyasi iradə göstərməlidirlər.İstər Rusiya,istər ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan arasında vasitəçi olacaqsa,birmənalı olaraq öz geopolitik çıxarlarını güdəcəklər.
Xüsusilə,Rusiya Bakı və Yerevan arasında kənar aktorların iştirakı olmadan istənilən təmasa qarşıdır və mövcud status-kvonun saxlanılması rusların geostrateji planıdır.

Digər tərəfdən,yaxşı olardı ki,bundan sonra da xarici işlər nazirləri Bayramov-Mirzoyan,baş nazir müavinləri Şahin Mustafayev-Mher Qriqoryan görüşləri vasitəçi olmadan keçirilsin.Hətta Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da Tbilisidə ardıcıl görüşlər keçirilə bilər.
Bu görüşlər sayəsində iki ölkə arasında dövlət sərhədlərinin delimitasiya və demorkasiyası,Bakının təklif etdiyi 5 maddə kontekstində yekun sülh planı müzakirə edilməlidir.
Hərçənd,Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan hər hansı təmasa mütləq müqavimət göstərəcək,aranı pozmaqdan ötrü hər oyuna əl atacaq.Lakin yuxarıda da vurguladıgım kimi,siyasi iradə olarsa,xeyli problemlərin öhdəsindən gəlmək olar.

Azərbaycanlılar və ermənilər onun fərqinə varmalıdılar ki,onlar əbədi olaraq Cənubi Qafqazda yaşayacaqlar,düşmənçilik daimi olmamalıdır.Ən başlıcası hər iki xalq dost olmagın yolunu tapmalı,üçüncü,dördüncü tərəflərin(xüsusilə,Rusiya)prosesə intervensiyasına imkan verməməlidir.

Gələcəkdə Azərbaycan,Gürcüstan və Ermənistan arasında
Azad Ticarət Zonası(ATZ)yaradıla bilər,hətta “Qafqaz Evi”layihəsi də gündəmə gələ bilər.Bunun üçün Cənubi Qafqazdakı siyasi liderlərin istəyi,şüurlu seçimi və ən başlıcası möhkəm,səmimi siyasi iradəsinə ehtiyac var.
Hətta təklif edərdim ki,gələcəkdə azərbaycanlılar Sevan gölünün kənarında,ermənilər isə Xəzərin sahilində istirahət etsinlər.İki xalq arasında səmimi münasibətlər qurulsun,azərbaycanlılar və ermənilər bir-birinin evində qonaq olsunlar.

Avropada ingilislər və fansızlar 100 il(1337-1453)bir-birini qırıblar,birinci və ikinci dünya müharibəsində avropalı xalqlar arasında kütləvi qırgınlar yaşanıb.Lakin indi avropalılar liberal dəyərləri mənimsəyərək mehribanlaşıblar,dostlaşıblar.Əgər biz qafqazlılar(ələlxüsus,ermənilər və azərbaycanlılar)aramızda etimad,sayqı mühütü yaratmasaq,həmişə Rusiyanın qapazını başımızın üstündə hiss edəcəyik.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir