KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kamal Aliyev: Azərbaycan müxalifəti prezident seçkilərinə vahid namizədlə gedə bilərmi?

Kamal Aliyev: Azərbaycan müxalifəti prezident seçkilərinə vahid namizədlə gedə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
119 0

Gələn ilin 7 fevralında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət məlumdur;İlham Əliyev iqtidarı Qarabag zəfərindən sonra hesab edir ki,indi daha güclüdür,müxalifət kifayət qədər zəifləyib və belə olan təqdirdə,ələ düşən fürsətdən maksimum yararlanmaq lazımdır.
Baxmayaraq ki,iqtidarın qarşısında bu gün faktiki ən böyük problem ölkədəki iqtisadi göstəricilərin kifayət qədər pis olmasıdır.
Hal-hazırda,Azərbaycanda ÜDM artımı vur-tut cəmi 5% civarındadır və bu indikator ölkədəki iqtisadi vəziyyətin bərbad oldugunu göstərir.Hətta Azərbaycanda orta aylıq əmək haqqı müharibədə məglub etdiyimiz Ermənistandan belə aşagı səviyyədədir.
Buna paralel olaraq,ölkədən ciddi “beyin köçü”müşahidə olunur.Şübhəsiz ki,Azərbaycan hökuməti bütün bu naqislikləri görür,lakin problemlərlə baş etməkdə də bacarıqsızdır.Hərçənd,məhz bu iqtidarın dövründə Qarabag zəfəri qazanılıb və ölkənin ərazi bütövlüyü tam təmin olunub.Bütün bunlara rəgmən,YAP iqtidarı dərk edir ki(və yaxud dərk etməlidir)qələbə eyforiyası əbədi deyil və bir müddət sonra insanlar öz sosial-rifah hallarının yaxşılaşdırılmasını tələb edəcəklər.

Digər yandan,gələn il ABŞ və Rusiyada prezident seçkiləri,Türkiyədə bələdiyyə,İranda isə parlament seçkiləri keçiriləcək.Nəzərə alsaq ki,adı çəkilən ölkələrin Cənubi Qafqazda ciddi geosiyasi maraqları var.Görünən odur ki,Əliyev iqtidarı bu gəlişmələri izləyir və ən önəmlisi də Azərbaycan müxalifətinin zəiflədiyinə,marginallaşdıgına əmin olaraq tələm-tələsik növbədənkənar prezident seçkilərinin keçirilməsi istiqamətində qərar aldı.Halbuki,Azərbaycanda post-müharibə dövründə referendum və yeni parlament seçkilərinin keçiriləcəyi gözlənilirdi.Açıq deyim ki,İlham Əliyevin bu qərarı mənim üçün də gözlənilməz oldu,lakin siyasət elə bir peşədir ki,burada sürprizlərə,gözlənilməz hadisələrə hamişə hazırlıqlı olmalısan.

Beləliklə,Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə 2 ay vaxt qalıb və Mərkəzi seçki Komissiyasının açıqlamış oldugu məlumata görə,seçkidə iştirak etmək istəyənlər öz namizədliklərini irəli sürə bilərlər.Ötən dəfə də yazdıgım kimi,Azərbaycan müxalifəti Əliyevin həmləsini gözləmirdi və belə demək mümkünsə,şok yaşadılar.İndi ortaya maraqlı sual çıxır:Müxalifət növbədənkənar prezident seçkilərində iştirak edəcəkmi və ya əgər boykot qərarı verməyəcəklərsə,hansı namizədlə seçkiyə gedəcəklər?
Son bir neçə gündə apardıgım müşahidələrə görə,ənənəvi Azərbaycan müxalifəti yekun qərar verməsə də,sanki boykot taktikasına üstünlük verəcəyini siqnallarını öz elektoratına ötürür.Təbii ki,müxalifəti anlamaq lazımdır.Çünki Azərbaycanda indiyəcən keçirilən bütün seçkilərdə ciddi qanun pozuntuları müşahidə olunub,seçki komissiyaları paritet əsaslarla formalaşdırılmayıb və ən nəhayət,xalqın seçki insitutuna inamı demək olar ki,yox səviyyəsindədir.Orta statistik azərbaycanlı düşünür ki,onun seçkidə iştirakı nəticələrə təsir etmir və seçki qutusundan adətən iqtidar çıxır.
Əlbəttə,Azərbaycanda seçki prosesinə inamsızlıgın bir mühüm səbəbi də insanların siyasi şüurunun yetərincə inkişaf etməməsidir.Heç şübhəsiz ki,bunun da ən böyük səbəbkarı mövcud Azərbaycan iqtidarıdır.
Buna rəgmən,müxalifətin bir qismi də hesab edir ki,seçkidə təbligat və təşviqat imkanları var və bu fürsətdən agitasiya naminə istifadə olunmalıdır.Ancaq konkret situasiya bundan ibarətdir ki,müxalifətin media və maliyyə imkanları güclü deyil və seçkidə ugur qazanmaq üçün heç bir inam yoxdur.Bu nöqteyi-nəzərdən,seçkilərin yenə də saxtalaşdırılacagını iddia edən müxalifətin vahid namizəd ətrafında müzakirələr aparacagı da qeyri-mümkün görünür.Lakin ölkədə narazı kütlənin sayını da nəzərə almalıyıq.Əgər müxalifətin öndə gedən partiyaları-Müsavat,AXCP və REAL rəhbərliyi növbədənkənar seçkilərdə iştirak etməyəcəksə,o zaman narazı seqment də seçkiyə getməyəcək.İqtidar isə Qarabag zəfərinin eyforiyasından istifadə edərək,əhalinin maksimum seçkidə iştirakı üçün bütün inzibatı vasitələri həyata keçirəcək.Görünən budur ki,dövlət başçısı İlham Əliyevə növbəti illər üçün “legitimlik”lazımdır.Dünya dəyişir,yeni reallıqlara ayaq uydurmaq lazımdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir