Kənan Novruzov: Azərbaycan- Çin münasibətlərində yeni mərhələ, yeni regional reallıqlar
Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə məktubunda bildirilib ki, Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət başçısı qeyd edib ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub:
“Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir”.
Azərbaycan- Çin münasibətləri artıq yeni mərhələyə daxil olub. İlham Əliyev bu ilin avqustunda Çində səfərdə idi. Bu səfər ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətli olmaqla həm də rəsmi Bakının balanslı xarici siyasət kursunu bir daha ortaya qoydu.
Belə ki, Azərbaycan dövlət başçısının Çinə səfəri ABŞ-yə səfərindən bir müddət sonraya təsadüf etmişdi. Bu, bir daha açıq şəkildə göstərmişdi ki, rəsmi Bakı hər iki nəhəng güclərlə münasibətlər qura bilən və qoruyan nadir aktorlardandır.
Bakı Pekinlə münasibətlərini bütün sahələrdə inkişaf etdirir. Bu, hər iki tərəfin marağındadır.
Prezidentin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”la ikitərəfli əlaqələr yeni mərhələyə yüksəlib.
Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərdə ticarət- iqtisadi əlaqələri xüsusi yer tutur. İkitərəfli ticarət həcmi getdikcə, ilbəil artır.
Çinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana investisiya qoyuluşu getdikcə artır. Sülh və sabitliyin təmin olunması ilə Pekin bundan sonra bölgəyə daha çox sərmayə qoyacaq.
Şübhəsiz ki, Çin- Azərbaycan ikitərəfli əlaqələri bundan sonra da inkişaf edəcək. Bu isə təkcə ikitərəfli əlaqələrdəki yeni dinamika ilə müşahidə olunamayacaq. Həm də qlobal və regional kontekstdə yeni reallıqlara gətirib çıxaracaq.
Kənan Novruzov
Share this content:
Yorum gönder