KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Aİ- nin səmimiliyinə inanmaq olar?

Kənan Novruzov: Aİ- nin səmimiliyinə inanmaq olar?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
181 0

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Aİ regionda sülh naminə fəaliyyətində tam səmimidir.
O bildirib ki, Aİ bu məsələdə həmişə şəffaflıq nümayiş etdirib.
T.Klaar Aİ-nin bundan sonra da xalqların rifahı üçün çalışacağını söyləyib
Aİ əvvəllər də oxşar bəyanatlar verib.
Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında vasitəçilikdə iddialı olan bütün tərəflər özlərinin səmimi olduğunu göstərməyə çalışırlar. Bu, başa düşüləndir. Çünki onlar təşəbbüsü ələ almaq istəyirlər.
Bəs Aİ nə qədər səmimidir? Bu quruma inanmaq olarmı?
Əvvəl də dediyimiz kimi, Aİ Rusiyaya nisbətən sülh prosesində daha maraqlıdır. Çünki Aİ-nin prioriteti iqtisadi perspektivlə bağlıdır. Bunun təmin olunması üçün regionda təhlükəsizlik təmin edilməli, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır.
Rusiya isə, əksinə, gərginliyin davam etməsində maraqlıdır. Çünki Rusiyanın bölgədəki mövcudluğu ancaq “suların bulanması” ilə təmin oluna bilər.
Rusiya ilə Aİ-nin perspektivdəki sülhə yanaşmasındakı fundamental fərq budur.
Bu mənada Toivo Klaarın səmimi olduğunu düşünmək olar. İnana bilərik ki, Aİ regionda “daşların yerinə oturması” üçün bundan sonra da səylərini davam etdirəcək. Bu, bizim maraqlarımıza cavab verir. Həm də ona görə ki, məhz Aİ-nin atdığı çoxsaylı addımlar nəticəsində Rusiyanın regiondakı təsir gücü azalır.

Amma onu da unutmamalıyıq ki, Aİ-ni maraqlandıran yalnız öz maraqlarıdır. Yəni bu qurum heç də “süddən çıxmış ağ qaşıq” deyil. Bu isə o deməkdir ki, biz Brüsselin addımları ilə bağlı diqqətli olmalı və vasitəçiliyə iddialı digər tərəflər kimi Ai-nin də proseslərə təsir imkanının minimum olmasına çalışmalıyıq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir