KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: ABŞ Rusiyanın “əlinə oynayır”?- Ukraynaya silah tədarükü azalır

Kənan Novruzov: ABŞ Rusiyanın “əlinə oynayır”?- Ukraynaya silah tədarükü azalır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
111 0

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında deyib ki, bir neçə həftəyə ABŞ-nin Ukraynaya yardımı tükənəcək.
O, buna səbəb kimi Konqresin mövqeyini göstərib: “Birləşmiş Ştatlar Konqresin mövqeyinə görə Ukraynaya əlavə yardımla bağlı hər hansı təminat verə bilmir”.
Qeyd edək ki, C.Kirbi daha əvvəl söyləmişdi ki, ABŞ Konqresinin respublikaçı üzvləri Ukraynaya yardıma razılıq vermir, prosesi “girov saxlayır”.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Müharibənin ilk aylarında Qərb kollektiv formada Kiyevi dəstəkləyirdi. Sonra isə vəziyyət dəyişdi. Artıq Qərbdə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaranıb.
ABŞ-la Avropa İttifaqı (Aİ) arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyət yaranıb. Tərəflərin məqsədləri, hədəfləri var. Hətta Ağ Evin özündə də Ukraynaya dəstəklə bağlı yekdil fikir yoxdur.
Mediada yayılan məlumatlardan da belə məlum olur ki, Qərbin Ukraynaya dəstəyində azalma müşahidə olunur. Bu, birbaşa olaraq Şərqi Avropadakı müharibənin uzanmasına hesablanıb. Ukraynanın taleyi heç bir halda nə ABŞ-ı, nə də digər Qərb dövlətlərini maraqlandırır. Onları düşündürən yalnız öz ambisiyalarıdır.
Ukraynanın bu ilin iyunundan bəri keçirdiyi əks-hücum əməliyyatlarının ciddi nəticəsi olmadı. Bunu rəsmi Kiyev özü də etiraf edir. Ukrayna hərbi-siyasi elitasında yaranan fikir ayrılığı da əks-hücum əməliyyatının uğursuzluğunun nəticəsidir.
Ümumiyyətlə, bir çox rəsmi şəxsin və ekspertin iddia etdiyi kimi, Ukraynada müharibə dalana dirənib. Hazırda ölkədə faktiki olaraq mövqe döyüşləri gedir. Tərəflərdən heç biri ciddi uğur əldə edə bilmir.
Əks-hücumun uğursuzluğu ABŞ – ı narahat etməmiş deyil. Çünki bu, ayrılan vəsaitin faktiki olaraq göyə sovrulması deməkdir. Düşünmək olar ki, Vaşinqtonun hesablamaları doğru olmadığı.
Müharibənin birinci ilindən sonra bir çox ekspert iddia etdi ki, ABŞ – la Rusiya arasında gizli razılaşma var. Məqsəd Ukraynanın yarıya bölünməsidir. Bu ehtimalın nə qədər doğru olduğunu demək çətindir. Amma istisna deyil.
ABŞ hazırda istəyərəkdən və ya istəməyərəkdən “Rusiyanın əlinə oynayır”. Səbəbin nə olmağından asılı olmayaraq silah tədarükü lazımi səviyyədə deyil. Əgər silah tədarükü daha çox olsa idi, Ukrayna indiyə kimi daha çox uğur qazana bilərdi.
Bir neçə ehtimal var. Birincisi, ola bilsin, ABŞ Rusiyanın nüvə silahını tətbiq edəcəyindən narahatdır. Ona görə də onu çox qıcıqlandırmaq istəmir. İkincisi, mümkündür ki, Ukraynanın uğursuzluğu ABŞ – ı daha ehtiyatlı davranmağa sövq edir. Üçüncüsü isə məhz Rusiya ilə ehtimal edilən gizli razılaşmadır.
Yəqin ki, ABŞ – ın Ukraynaya dəstəyi azalan templə davam edəcək. Kiyev zaman- zaman Qərbdən daha çox silah istəyəcək, amma minnətdarlıq etməyi də unutmayacaq. Çünki açıq – aydın, sərt tənqidlər Ağ Evdə xoş qarşılanmaya bilər. Bu isə perspektivdə dəstəyin daha da azaldılması, hətta tamamilə dayandırılması üçün səbəb və ya bəhanə ola bilər.
Müharibə hələ davam edəcək. Döyüşlər yaxın vaxtda başa çatmayacaq. Bunun bir neçə səbəbi olsa da, əsas məqam ABŞ – ın sürüşkən siyasətidir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir