Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı maraqlı məqamlarla diqqət çəkir. Belə ki, Putin sərhəddəki gərginliklə bağlı Paşinyana xəbərdarlıq edib, onu üçtərəfli razılaşmanın şərtlərinə əməl etməyə çağırıb. Əlbəttə, Rusiya dövlət başçısının bu ritorikası heç də təsadüfi deyil. İlk növbədə o, müstəqil siyasət yeritməyə can atan rəsmi İrəvanın “ipini yığmağa” çalışır. İlham Əliyev və Paşinyan arasındakı Brüssel görüşü ərəfəsində belə bir mövqe gözlənilən idi. İstisna deyil ki, bundan sonra da Moskvanın İrəvana təzyiqləri artacaq. Qarşıdakı bir ayda daha ciddi “pressinq”lərin şahidi ola bilərik. Çünki Putin Paşinyanın Brüsseldə onun iradəsinə, maraqlarına uyğun olmayan açıqlamalar verməsini istəmir.
İkinci bir tərəfdən, Avropanın Qarabağ məsələsində fəallaşdığını görən Kreml buna mane olmaq istəyir. Rusiya heç bir halda moderatoruğu Qərbə vermək niyyətində deyil. Ona görə də yenidən öz vasitəçiliyini gündəmə gətirir. Elə Soçi görüşünün Brüssel görüşündən əvvəl keçirilməsi, şübhəsiz, həm də bununla bağlıdır.
Ehtimallar var ki, təxribatlar birbaşa və ya bilavasitə Rusiyanın əli ilə törədilirdi. Ola bilsin, Putin sözügedən açıqlama ilə eyni zamanda hədəfdən yayınmaq istəyir.
Sözsüz, Moskvanın regiondakı sabitliyi təmin etmək adı ilə buradakı mövcudluğunu gücləndirməyə çalışması onun əsas prioritetlərindəndir. Əgər belə davam etsə, Rusiya deyəcək ki, Ermanistan sabitliyi qoruya bilmirsə, bunu biz edərik. Beləliklə, Qarabağdakı sülhməramlıların sayının artırılması, sərhəddə rus qoşunlarının yerləşdirilməsi üçün zəmin yarana bilər.
Şübhəsiz, Rusiyanın bəyanatlarında səmimilik axtarmağa dəyməz. Bu, sadəcə Ermənistana xəbərdarlıqdır. İrəvan tamamilə Moskvanın “çaldığı havanı oynayacağı” təqdirdə şimal qonşumuzun ritorikasının dəyişməyi olduqca realdır. Biz əvvəllər də bunun dəfələrlə şahidi olmuşuq. Amma hazırkı vəziyyətdən maksimum istifadə edərək diplomatik gedişlər etməkdə, Zəngəzur dəhlizinin açılması məsələsində daha qətiyyətli mövqe sərgiləməkdə fayda var.
Kənan Novruzov Kafkassam
Kənan Novruzov: Rusiyadan Ermənistana “qulaq burması”…
390 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.