KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Gözlər Praqada: Sülh perspektivi istiqamətində razılıqlar əldə oluna bilər

Kənan Novruzov: Gözlər Praqada: Sülh perspektivi istiqamətində razılıqlar əldə oluna bilər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
251 0

Sülh müqaviləsindən əvvəl genişmiqyaslı döyüşlər olacaq

Dünən Ermənistan Silahlı Qüvvələri Kəlbəcər və Tovuz istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlum olduğu kimi, bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olmuşdu. Görüşdən əvvəl İrəvan tərəfinin Azərbaycan hərbçilərinin guya erməni əsgərləri güllələməsinə dair yaydığı saxta kadrlar artıq qarşı tərəfin dekonstriktiv mövqeyinə işarə idi. Görüşdən sonra Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar da göstərdi ki, qarşı tərəf dağıdıcı mövqeyində israrlıdır. Görünür, İrəvanın arxayın olduğu qüvvələr, və ya üçüncü tərəflər Ermənistanı sülh masası arxasına oturmamağa, vaxtı uzatmağa məcbur edirlər. Fikrimcə, ikinci variant daha realdır.
Əslində təxribatların baş verəcəyi gözlənilən idi. Adətən tərəflər arasında görüşlərdən sonra bu cür provokasiyalar olur. Ehtimal etmək olar, baş diplomatların sonuncu görüşü gərgin keçib, tərəflər arasında fundamental razılıq əldə olunmayıb. Bununla belə, gərginliyin davam etməsi, sözsüz ki, ən çox İrəvanın özünə ziyandır.
Ermənistan Azərbaycanla onsuz da sülh müqaviləsi imzalayacaq. Sadəcə geci – tezi var. İrəvanın sabotaj cəhdləri isə əslində Ermənistanın özünü çətin duruma salır. Azərbaycan ordusu həmişə olduğu kimi bu dəfə də düşmənə adekvat cavab verə bilər. Və, əlbəttə, bu cavab tədbirləri İrəvanı sülhə məcbur edəcək.
Fikrimcə, o qədər də uzaq olmayan bir vaxtda sülh sazişi imzalanacaq. Amma ondan əvvəl genişmiqyaslı döyüşlər olacaq- qarşı tərəf sülhə məcbur ediləcək, onu təxribata sövq edənlər reallıqla barışacaq, Azərbaycanın hərbi və diplomatik gücünü anlayacaq .
Gözlər Praqada: Sülh perspektivi istiqamətində razılıqlar əldə oluna bilər

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada görüşəcəkləri gözlənilir. Liderlər Avropa Siyasi Birliyi liderlərinin görüşündə bir araya gələ bilərlər. Müxtəlif KİV-in yazdığına görə tərəflər Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcəklər.
İddiala edilir ki, Ərdoğan Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.
Böyük ehtimalla sabah ehtimal edilən görüş baş tutacaq. Bu, Paşinyana daha çox lazımdır.
Əvvəllər də dediyimiz kimi, Ermənistanın regiondakı durumu getdikcə çətinləşir. Bunun əsas üç səbəbi var. Birincisi, Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş İrəvanın bölgədə “ortalıqda qalması” ilə nəticələnə bilər.
İkincisi, Qərblə Kreml arasında davam edən mübarizə də Paşinyan hakimiyyətinin işini çətinləşdirir.
Üçüncüsü, İrəvan Moskvadan uzaqlaşmağa çalışır. Paşinyanın Ermənistanın KTMT- dən çıxmasına dair səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir.
Belə bir vaxtda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistan üçün çox vacibdir. İndiyədək xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında bir neçə dəfə görüş olub. Diplomatik münasibətlərin bərpası istiqamətində müəyyən yol qət edilib. Ərdoğanla Paşinyan isə yalnız telefonda danışıblar. Bu, liderlərin ilk görüşü olacaq. Düşünürəm ki, görüşdə gələcəyə hesablanmış müəyyən razılıqlar əldə oluna bilər.
İndiyədək Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan dəfələrlə bildiriblər ki, Azərbaycan onların qırmızı xəttidir. Yəni İrəvən Ankara ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə, əvvəlcə rəsmi Bakının ərazi bütövlüyünü tanımalıdır. Şübhəsiz ki, ikitərəfli görüşdə Ermənistanla Azərbaycan arasındakı münasibətlər də müzakirə olunacaq. Dövlət sərhədindəki son durum, üçtərəfli sazişlərin icrası, həmçinin Zəngəzur dəhlizinin açılması barədə fikir mübadiləsi aparıla bilər. Müzakirələrin konstruktiv keçəcəyinə inanıram.
Paşinyan dünən parlamentdəki çıxışında sülh gündəliyə sadiq olduğunu söyləyib. İkitərəfli görüşdən bir gün əvvəl bu cür açıqlamanın verilməsini təsadüfi hesab etmirəm. Bu, İrəvanın Bakı və Ankaranın şərtlərini yerinə yetirəcəyinə dair ehtimalları artırır.
Praqada Prezident İlham Əliyevlə də Paşinyanın görüşü gözlənilir. Düşünürəm ki, sülh perspektivinin formalaşması istiqamətində ciddi razılıqlar əldə oluna bilər. Çünki Ermənistan baş nazirinin şansları da, vaxtı da azalır. Paşinyan vaxtı uzatmağa çalışdıqca əlindəki imkanlarından da məhrum olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir