Ermənistan konstitusiyasına həm də buna görə dəyişir: Rusiya ilə münasibətlərdə yeni səhifə açılır
Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, ölkənin baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir. Bildirilib ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi gündəmdən düşməyib: “Çünki yalnız yeni konstitusiyada müvafiq müddəaları təsbit etməklə Ermənistan rusları ölkə ərazisindən çıxara bilər. Söhbət 1995-ci il dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdə yerləşən 102-ci hərbi bazadan gedir. 2010-cu ildə sənədə dəyişikliklər edildi və bazanın yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadıldı. Odur ki, yalnız yeni konstitusiya ilə Ermənistan Rusiya qoşunlarını ölkə ərazisindən çıxara bilər”.
Məlum olduğu kimi, Ermənistanda konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.
Rəsmi İrəvanla Moskva arasında münasibətlər uzun müddətdir ki, pisləşən templə davam edir. Bunun əsas səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın Qərbpərəst siyasətidir.
Ümumiyyətlə, Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanda Qərbmeyilli ideologiya fəallaşıb. Vaxtı ilə Paşinyanı iqtidara gətirən Qərb ondan bölgədəki təsir imkanlarının güclənməsi üçün istifadə edir. Bu isə öz – özlüyündə ənənəvi İrəvan – Moskva münasibətlərinə zərbə vurur.
Qərb xüsusilə mövcud geosiyasi vəziyyətdən istifadə edərək Ermənistan vasitəsilə Rusiyanın “damarına basmağa” davam edir. Və rəsmi İrəvanın taleyi hər gün ABŞ və Aİ- dən daha çox asılı olur.
Əlbəttə, Ermənistan Qərb üçün sadəcə alətdir. İstifadə edəndən sonra kənara qoyacaq. Biz oxşar ssenarini Yaxın Şərqdə, Şərqi Avropada da görmüşük.
Əslində ABŞ institutunun iddiasında həqiqət var. Belə ki, Ermənistan Aİ ilə yaxınlaşmaqla Rusiyanı qıcıqlandırır. Bu isə bir müddətdən sonra Kremlin Paşinyan hakimiyyətinə qarşı radikal addımları ilə nəticələnə bilər. Etiraf etmək lazımdır ki, Ermənistanda hakimiyyəti dəyişmək, həmçinin Paşinyanı fiziki şəkildə aradan qaldırmaq rəsmi Moskva üçün o qədər də çətin deyil. Bunu Paşinyan da bilir. Amma, görünür, Qərbdən ciddi təhlükəsizlik təminatı alıb.
Üstəgəl, Qərbin təhriki ilə tədricən Rusiyaya meydan oxumağa çalışan Ermənistanın indi ABŞ və Aİ- nin “çətiri altına girməkdən” başqa yolu yoxdur. İrəvan Qərbin direktivlərindən imtina edərsə, bu zaman “şimal ayısı” ilə üz- üzə qalacaq. Ermənistan isə buna hazır deyil. Ona görə də Qərbin “qucağına oturmağa” razıdır, başqa yolunun olmadığını bilir.
Ermənistanla Rusiya arasında davam edən gərginliyin nəticəsi kimi nəzərdən keçirilən əsas ssenarilərdən biri ikincinin birincinin ərazisinə hərbi müdaxiləsidir. Amma bu, rəsmi Moskva üçün arzuolunan effekti verməz. Əksinə, bu halda Ermənistanın poliqona çevrilməsi və Rusiya qarşı ikinci cəbhənin açılması real təhlükəyə çevriləcək. Moskva bunu bilir. Ona görə də təmkinli davranır. Əgər Kreml Paşinyanı cəzalandırmaqda israrlı olsa, yəqin ki, bunu daha sakit formada etməyə çalışacaq.
Dediyimiz kimi, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi uzun müddətdir müzakirə olunur. Həm Paşinyan, həm də digər rəsmilər dəfələrlə bu məsələni gündəmə gətiriblər. Bunun əsas səbəblərindən biri kimi, Ermənistanın Azərbaycan və Türkiyəyə ərazi iddiasının aradan qaldırılmasının zəruriliyi göstərilir. Əlbəttə, əsas məqamlardan biri budur. Ermənistan konstitusiyasına dəyişiklik həm də Bakı və Ankaranın tələbidir. Çünki ərazi iddiaları tamamilə aradan qalxmadıqca ehtimal olunan və gözlənilən sülh sazişinin dayanıqlılığı sual altına düşür.
Ermənistan ictimaiyyəti bu məsələni narazılıqla qarşılayır. Bu mənada mümkündür ki, “Hraparak”ın yazdıqları həm də ictimai rəyə təsir üçündür. Ola bilsin, mətbuat məhz hakimiyyətin tələbi ilə bu cür məlumatları tirajlayır və daxili auditoriyaya göstərir ki, qorxmağa dəyməz.
Amma iddianın həqiqətə uyğun olması da mümkündür. Çünki Ermənistan getdikcə Rusiyadan canını qurtarmağa çalışır.
Əslində rus qoşunlarının Ermənistan ərazisindən çıxması Azərbaycanın da maraqlarına uyğundur. Çünki bu halda Moskvanın Cənubi Qafqazdakı təsiri istər- istəməz azalacaq.
Bütün hallarda Ermənistan konstitusiyasına dəyişiklik qaçılmazdır. Və əgər KİV-in iddia etdiyi kimi olarsa, onda Rusiya ilə Ermənistan arasında mövcud gərginliyin növbəti, daha kəskin mərhələsi başlayacaq.

Kənan Novruzov
“Report” İA- nin əməkdaşı, siyasi şərhçi