KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Çin Rusiyanın “hava yastığı” olacaq?

Kənan Novruzov: Çin Rusiyanın “hava yastığı” olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
202 0

Rusiyanın Baş naziri Mixail Mişustin mayın 23-də Çinə səfər edəcək. Bu barədə Rusiya Nazirlər Kabinetindən bildirilib. Qeyd olunub ki, o, Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin və ölkənin Baş naziri Li Qianqla görüşəcək.
İkigünlük səfər çərçivəsində bəzi sənədlərin imzalanacağı, həmçinin sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.
Məlum olduğu kimi, Ukraynada müharibə başlayandan sonra dünya ölkələri arasında qütbləşmə sürətlənməyə başlandı. Rusiya, demək olar, təkləndi. Hazırda sadəcə bir neçə dövlət, o cümlədən Çin Rusiya ilə tərəfdaşlıq edir.
Zaman – zaman Çinin Rusiyaya hərbi yardımına dair iddialar yayılıb. Belarus da bu məsələdə öz rolunu oynamağa çalışır.
Çin, bəlkə də, Rusiyaya dəstək məsələsində səmimidir. Çünki Pekin başa düşür ki, Qərb Moskva ilə bağlı hədəflərinə çatdıqdan sonra növbəti hədəf Çin olacaq. Buna baxmayaraq, Çin Rusiyanı açıq dəstəkləməkdən çəkinir. Əgər Çin Rusiyaya açıq-aşkar dəstək verərsə, bu, ABŞ və müttəfiqlərinin təzyiqləri ilə nəticələnə bilər. Belə bir ssenari indiki halda Pekinə sərf etmir.
İkinci bir tərəfdən, həm Rusiya, həm də Çin başa düşür ki, artıq ABŞ-ı dayandırmaq mümkün deyil. Bu mənada tərəflər gizli və ya açıq şəkildə əməkdaşlığı gücləndirməyə və Qərbə qarşı eyni cəbhədən mübarizə aparmağa məcburdurlar.
Yəqin ki, Mişustinin Çinə səfəri çərçivəsində rəsmi şəxslərlə Ukraynadakı durumla yanaşı, həm də Qərbə qarşı ortaq mübarizə müzakirə olunacaq. Çox güman, bu səfərdən sonra tərəflər arasında münasibətlər daha da inkişaf edəcək. Səfər çərçivəsində Moskva ilə Pekin arasında müəyyən razılıqların əldə olunması, o cümlədən müqavilələrin imzalanması mümkündür. Tərəflər bunu həm də çəkindiricilik üçün edəcəklər.
Düşünürəm ki, səfərin əsas mahiyyəti Qərbə tənzimləmək cəhdləri olacaq.
Əvvəl də dediyimiz kimi, dünyada qütbləşmə güclənir. Bu tendensiyanın üçüncü dünya müharibəsi ilə nəticələnməsi istisna deyil.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir