KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: ABŞ “çətin komprimislər” deyəndə nəyi nəzərdə tutur: Vaşinqtonun Bakı və İrəvandan istədiyi budur

Kənan Novruzov: ABŞ “çətin komprimislər” deyəndə nəyi nəzərdə tutur: Vaşinqtonun Bakı və İrəvandan istədiyi budur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
181 0

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanır. O, bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir: “Biz sülh sazişi haqqında danışmağa davam edirik”.
M.Millerin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar aparır.
Rəsmi Vaşinqton əvvəllər də dəfələrlə sülhə inamını ifadə edib. Bununla ABŞ özünün prioritetinin məhz sülh olduğuna dair Azərbaycan və Ermənistana, eləcə də vasitəçilik iddiasında olan digər tərəflərə – Rusiya və Avropa İttifaqına mesaj verir. ABŞ demək istəyir ki, bu dövlət sülhdə maraqlıdır və atılan addımlar sayəsində bu ideala nail olmaq mümkündür.
Onun açıqlamasında ən maraqlı məqam Bakı və İrəvanı çətin kompromislərə çağırmasıdır. Maraqlıdır, Miller “çətin kompromislər” deyəndə nəyi nəzərdə tutub? O, bunu bilərəkdən açıqlamayıb. Amma, şübhəsiz ki, ABŞ-ın hər iki tərəfdən konkret tələbləri var. Bu tələblər isə daha çox qarşı tərəfləri razı salmaq üçün ABŞ-a lazımdır. Belə ki, Vaşinqton başa düşür ki, qarşılıqlı kompromislər tərəflərin mövqelərinin yaxınlaşmasına kömək edəcək.
ABŞ-ın Ermənistanın əsassız iddiasına uyğun olaraq Laçın yolundakı durumla bağlı Azərbaycandan nə isə tələb etməsi mümkündür. Bu, konkret olaraq Vaşinqtonun İrəvanın “blokada” iddiasına inanması kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq başa düşmək lazımdır ki, bu, siyasətdir. ABŞ tərəflər arasında vasitəçi olmaqda iddialıdırsa, balanslı davranmalı, hər iki tərəfi qane etməyə çalışmalıdır. Bu isə o deməkdir ki, hər iki tərəfə bərabər münasibət sərgilənməlidir.
Sözsüz ki, Ermənistanla bağlı ABŞ-ın tələbləri daha çoxdur. Bu, belə də olmalıdır. Birincisi ona görə ki, regionda sülh quruculuğu prosesinə mane olan məhz İrəvandır. İkincisi isə bölgənin əsas siyasi aktoru Bakıdır. Vaşinqton bu reallığı anlayır və maraqlarımızla hesablaşır.
Düşünürəm ki, ABŞ-ın Ermənistana təzyiqləri daha çox Qarabağdakı terrorçuların ərazidən çıxarılması və delimitasiya prosesi ilə bağlıdır. Çünki bu iki məqam birbaşa olaraq sülh quruculuğu prosesinə töhfə verəcək. Eyni zamanda Vaşinqton İrəvanı Zəngəzur dəhlizinin açılmasına da razı salmalıdır. Ən azından buna çalışmalıdır.
Məlum olduğu kimi, Ermənistan nə 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına, nə də 2020 və 2021-ci illərdə Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalara əməl edib. Deməli, perspektivdəki sülh müqaviləsi də təhdid oluna bilər. ABŞ bunu bilməmiş deyil. Davamlı sülh üçün əvvəlcə müəyyən nəticələr əldə olunmalı, o cümlədən Qarabağdakı terrorçular ərazidən çıxarılmalıdır. ABŞ bunu edərsə, həm də daimi sülhlə bağlı səmimiliyini göstərmiş olacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir