KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Ganimat Zayidov: Saakaşvili blef eləyir

Ganimat Zayidov: Saakaşvili blef eləyir

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
298 0

Gürcüstana gəldiyi rəsmən təsdiq edilməyib, partiyasından bir nəfər belə onun Gürcüstanda olduğunu təsdiq edə bilmir, amma nə təhərsə bir video düzəldib özünün Gürcüstanda, Batumidə olduğunu iddia edir.
Xristianlarda «İsa Məsih » təəssüratları dərindir, onlar Saakaşvilinin qeybdən zühur etməsinə inana da bilərlər, inanmaya da bilərlər, bu onların öz işləridir.
Amma azərbaycanlıların Saakaşvilinin son videolarına bayılmalarını anlamaqda çətinlik çəkirəm. Hətta Saakaşvili Gürcüstana gəlibsə də, Herakl kimi yox, adi siyasi lider kimi gəlib. Yəni, onu qoruya biləcək, onun elan etdiyi missiyanı tamamlaya biləcək bir gücə güvənərək Gürcüstana gələ bilər.
Lideri qorumaq qələbə üçün şərtdirsə bunu edən cəmiyyətlərdən, xalqlardan örnək almaq lazımdır. Azərbaycan cəmiyyəti özünü başqa ölkələrin liderləri ilə yox, başqa ölkələrin azadlıq uğrunda mübarizədə qalib gələn xalqları ilə müqayisə etməlidir.
Saakaşvili isə prezidentlik dönəmi başa çatandan sonra korrupsioner- diktatorlarla davam edən dostluqla özünün siyasi missiyasını başa vurub.
Ganimat Zayidov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir