Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində ABŞ Dövlət Departamentinin insan hüqularının durumu ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsindən danışıb.
Amerikanın Səsi: ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycanda keçirilən seçkilərdə həqiqi rəqabətə əngəllər olduğundan bəhs edilir. Fikrinizcə, bu yanaşma düzgündürmü, həqiqi durumu necə xarakterizə edərdiniz?
Ən pisi odur ki, seçkidən seçkiyə vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşir.
İsa Qəmbər: Təəssüf ki, bu yanaşma düzgün yanaşmadır. Azərbaycanda Əliyev rejimi dönəmində azad və ədalətli, həqiqi demokratik seçkilər heç bir zaman olmayıb. Ən pisi də odur ki, seçkidən seçkiyə vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşir. Axrıncı parlament seçkilərində, – 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində də iştirakçılar üçün bərabər imkanlar yaradılmamışdı. Bütün göstəricilər üçün hakimiyyət partiyası və hakimiyyətyönümlü namizədlərə üstün vəziyyət yaradılırdı. Gerçək müxalifətə, xüsusən seçkilərdə iştirak edən Müsavat Partiyasına qarşı isə həddindən artıq ayrıseçkiliklə yanaşmalar mövcud idi.

İsa Qəmbər: Əsas səbəb hakimiyyətin həqiqi, azad seçki keçirmək üçün siyasi iradəsinin olmamasıdır
Amerikanın Səsi: Azərbaycanda tam beynəlxalq standartlara uyğun seçki keçirilməsinə nə maneə olur?
İsa Qəmbər: Əsas səbəbi seçiriksə, əsas səbəb hakimiyyətin həqiqi, azad seçki keçirmək iradəsinin olmamasıdır. Siyasi iradənin olmamasıdır. Hakimiyyətin azad seçki keçirmək iradəsi olsa digər arqumentlər, digər amillər o qədər də təsir göstərməyə bilər.
Amerikanın Səsi: Azərbaycanda 2020-ci ildə də seçkilər keçirildi. Bu seçkilər əvvəlki illərdəki seçkilərdən oxşar və fərqli cəhətləri nə idi?
İsa Qəmbər: Oxşar cəhətlər total saxtalaşdırma ilə bağlıdır. Ancaq dediyim kimi hər seçki daha pis keçirilir. Bu seçkidə də namizədlərə pulsuz efir vaxtı yaradılmasının qarşısı alındı. Yəni qanunvericiliyi elə bil vəziyyətə gətirib çıxardıblar ki, yalnız 60-dan çox dairədə namizədi olan partiyalar pulsuz efir vaxtı ala bilirlər. Müsavat Partiyasının namizədlərin sayını da, yaddaşım məni anlatmırsa, 59-a endirdilər ki, Müsavatın da belə bir imkanı olmasın. Faktiki olaraq bizə pulsuz efir vaxtı vermədilər. Pullu efirin isə qiymətləri həddindən artıq baha idi. Gerçək müxalifət üçün real rəqəmlər deyil. Faktiki olaraq televiziyalarda heç bir debatlar da olmadı. Hətta hakim partiyaya kifayət qədər namizəd yeri ayrılsa da, onlar üçün hər cür şərait yaradılsa da onlar könüllü surətdə debatlardan imtina etdilər. Yəni bu absurddu ki, bir partiya seçki vaxtı pulsuz efir vaxtından, debatlardan imtina edir. Hakimiyyətin istəyi bu idi ki, debatlar olmasın, efir vaxtı olmasın, seçicilər partiyaların mövqeyindən mümkün qədər xəbərsiz qalsın. Səbəb də bu oldu və belə bir şəraitdə təbii ki, bərabərliyi təmin eləmək mümkün deyil idi.
Amerikanın Səsi: Sizcə ölkədə seçki islahatlarının aparılması mümkündürmü? Bu islahatlar necə olmalıdır?
İsa Qəmbər: Mən əsas səbəbi yenə də təkrar eləmək istəyirəm. Siyasi iradə olsa, hətta indiki seçki qanunvericiliyi, seçki məcəlləsi nə qədər bərbad hala gətirilsə belə normal seçki keçirmək mümkündür. Amma təbii ki, bu “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsinə, həqiqi demokratik seçkiləri üçün, rəqabətli seçkilər üçün şərait yaradılmasına nail olmaq lazımdır. Bunun yolu da məhz Dövlət Departamentinin hesabatında toxunulan bərabər rəqabət imkanlarından söhbət getməlidir. İlk növbədə, seçki komissiyalarında aparıcı siyasi qüvvələrin təmsilçilərinin iştirakına şərait yaradılmalıdır. Orada, komissiyalarda hakimiyyətin nümayəndələri varsa müxalifətin də nümayəndələri olmalıdır. Gerçək müstəqillərdən söhbət gedir, bu ,Əliyev hakimiyyətinin süni müstəqilliyindən söhbət getmir. Gerçək müstəqil namizədlər üçün də bərabər imkanlar yaradılmalıdır. Bu imkanlar yoxdur. Bu islahatın birinci istiqaməti dediyim kimi bu olmalıdır. Seçki komissiyalarının yenidən qurulması və bərabər rəqabətə imkan yaradan bir şəkildə qurulması. lazımdır. Eyni zamanda başqa məsələlər də var, namizədlərin qeydə alınması məsələsi məncə dəyişilməlidir. Seçkiyə nəzarət sistemində imkanlar artırılmalıdır ki, müşahidəçilər və namizədlərin rəsmi nümayəndələri həqiqətən prosesi izləyə bilsinlər, müşahidə edə bilsinlər. Bir çox dəyişikliklərə ehtiyac var. Bunlar olsa yaxşı olar. Amma dediyim kimi, yenə də əsas məsələ hakimiyyətin həqiqi seçkiyə siyasi iradənin olub- olmaması məsələsidir.
Amerikanın Səsi: Ümumiyyətlə Konstitusiyada nəzərdə tutulan hakimiyyət bölgüsü seçkilərin demokratikliyini təmin etmək üçün hüquqi baza üçün əsaslar yaradırmı?
Bu gün Konsitutsiya təbii ki, seçkinin normal keçirilməsi üçün problemlər yaradır. Amma mən əvvəlki fikrimi bir daha təkrar eləmək istəyirəm ki, əsas məsələ siyasi iradə məsələsidir.
İsa Qəmbər: Təəssüf ki, seçkilər ildən-ilə pisləşdiyi kimi, Konstitusiyanı da hakimiyyət bərbadlaşdırıb. Yəni 1995-ci ildə qəbul edilən Konstitusiyaya bizim Musavat Partiyası olaraq və demokratik düşərgə olaraq br sıra ciddi iradlarımız var idi. Amma sonrakı illərdə, bu yeddi ildən bir keçirilən referendumlarda Konstitusiyanı təkmilləşdirmək əvəzinə daha da pis vəziyyətə salıblar. Hakimiyyətin bölünməsi məsələsi bir tərəfdən məhdudlaşdırılıb. Prezident hakimiyyətinin səlahiyyətləri həddindən artıq artırılıb və digər qolların imkanları məhdudlaşdırılıb. Üstəlik də bu referendumlar vasitəsilə elə bir paralellik yaradıblar ki, elə bil dolaşıqlar yaradıblar ki, hətta əvvəlki imkanlar da məhdudlaşıbdır. Bu gün Konstitusiya təbii ki, seçkinin normal keçirilməsi üçün problemlər yaradır. Amma mən əvvəlki fikrimi bir daha təkrar eləmək istəyirəm ki, əsas məsələ siyasi iradə məsələsidir. Hakimiyyətin siyasi iradəsi olsa, hakimiyyət normal seçkilər keçirmək istəsə ən bərbad seçki məcəlləsi ilə də hamiya bərabər imkanlar yaradılsa, rəqabət üçün imkanlar yaradılsa xalq öz seçimini edə bilər.
Amerikanın Səsi: Siyasi partiyalar və QHT-lər seçkilərin demokratikliyini təmin etmək üçün hansı addımlar atmalıdır?
Hər halda Müsavat Partiyası öz nümunəsi ilə bunu göstərməyə çalışır ki, Azərbaycan xalqı azad və ədalətli seçkiyə qadir və layiq bir xalqdır.
İsa Qəmbər: Vətəndaş cəmiyyəti son illərdə xüsusi ilə son 7-8 ildə dəhşətli zərbələr alıbdır. Xeyli zəiflədilibdir. Vətəndaş cəmiyyətinin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının proseslərə təsir etmə imkanları xeyli məhdudlaşdırılıb. Eyni qaydada siyasi partiyalara da davam elədiyi üçün, repressiyalar olduğu üçün, siyasi məhbus məsələsi və digər məsələlər siyasi partiyaların inkişafına çox ciddi problemlər yaradıb. Bütün bunlara baxmayaraq, hər halda Müsavat kimi bir partiya var ki, öz daxilində azad və ədalətli seçkilər keçirməklə cəmiyyətdə müəyyən tənqidlər olsa da əsasən haqsız bəlkə də ola bilər ki, nə vaxtsa haqlı müəyyən iradlar olsa da hər halda Müsavat Partiyası öz nümunəsi ilə bunu göstərməyə çalışır ki, Azərbaycan xalqı azad və ədalətli seçkiyə qadir və layiq bir xalqdır. Məncə partiyaların əsas missiyalarından biri də budur. Partiyalar sübut etməlidirlər ki, onlar demokratiyaya hazırdılar. Azərbaycan cəmiyyəti buna hazırdı. Əslinə qalsa məhz buna görə hakimiyyət siyasi partiyalara qarşı təzyiqləri artırır. O cümlədən, Müsavat Partiyasının da partiyadaxili seçkilərinə ləkə salmağa çalışırlar. Nüfuzdan salmağa çalışırlar ki, o hakimiyyətin apardığı bir təbliğat var ki, guya cəmiyyət seçkiyə hazır deyil. O yalançı tezisi gücləndirmək üçün hakimiyyətin zərbə istiqamətlərindən biri də siyasi partiyalardır, Müsavat Partiyasıdır.
Amerikanın Səsi: Sizcə Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatı Azərbaycanda insan hüquqlarının durmunu tam əks etdirirmi?
İsa Qəmbər: Əks elətdirir.Təbii ki, mükəmməlliyin sərhəddi yoxdur. Biz istəyirik ki, daha əhatəli olsun. Daha dəqiq olsun. Daha dolğun olsun. Müəyyən iradlarımız da ola bilər o hesabatdakı müəyyən məsələlərin göstərilmə tərzinə, müqayisə tərzinə. O cümlədən Qarabağdakı son 44 günlük müharibə ilə bağlı yanaşmanın daha təkmil, mükəmməl olmasını biz istərdik. Ancaq bütövlükdə Dövlət Departamentinin bu hesabatları vəziyyəti kifayət qədər adekvat şəkildə əks etdirir. Sadəcə başqa sual yaranır ki, bu hesabat birinci dəfə deyil. Səhv eləmirəmsə, 20 ildən çox yeni müstəqil dövlətlər çıxandan bu hesabatlar çıxmağa başlayıb. Davam eləyir. Ancaq bu hesabatlar çıxan müddətdə bu ölkələrdə demokratiya yaxşılaşıbmı? Göstəricilər yüksəlibmi? Yoxsa vəziyyət daha da bərbad vəziyyətə düşübdür? Bu hesabatların ölkələrin hakimiyyətlərinə təsiri nə qədərdi? Bu hesabatlar ABŞ administirasiyası tərəfindən, hakimiyyət tərəfindən yetərli dərəcədə nəzərə alınırmı? ABŞ bu ölkələrlə münasibətini bu hesabatlarda göstərilən məqamlar nəzərə alınmaqla gerçəkləşdirirmi? Bax, bu sualın özünə də çox təəssüf ki, birmənalı cavab vermək çox çətindir.
İsa Qəmbər: Əsas səbəb hakimiyyətin həqiqi, azad seçki keçirmək üçün siyasi iradəsinin olmamasıdır
362 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.