Rus uzman: DTÖ neden ABD’nin Türkiye’ye yönelik yaptırımlarına sesini çıkarmıyor?

Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

Gündem, İran 23 Mayıs 2018
38

Nəzakət Məmmədova: “ABŞ İranın qarşısına qoyduğu tələblərlə İranın bütün xarici siyasət ideologiyasını alt-üst etmək istəyir”

Zaur Məmmədov: “ABŞ və İsrailin əsas məqsədi İranı bir dövlət kimi zəiflətmək, onun qonşu ölkələrə təsirinin azaldılmasıdır”.

Xəbər verdiyimiz kimi ABŞ dövlət katibi Mayk Pompeo vəzifəyə təyin olunduğu vaxtdan bəri ilk böyük siyasi nitqini söyləyib. Onun çıxışı nüvə sazişindən çıxan Amerikanın İrana münasibətdə yeni siyasi kursuna – “B planı”na həsr edilib. Pompeo İranı daha sərt sanksiyalarla da təhdid edib. Bildirib ki, nüvə sazişi ilə aradan qaldırılan sanksiyalar artıq bərpa olunmaq üzrədir və İranın onsuz da kövrək iqtisadiyyatına əsaslı təzyiq olacaq. ABŞ dövlət katibi qeyd edib ki, əgər İran güzəşt istəyirsə, ABŞ-ın tələblərini yerinə yetirməlidir. Bu tələblər isə – ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan Amerikalıları azadlığa buraxmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır. Tehranın Hizbullah kimi silahlı birləşmələrə dəstəyini dilə gətirən Pompeo iranlılara müraciətində “ölkənizin bununla tanınmasını istəyirsiniz? ABŞ inanır ki, siz daha yaxşısına layiqsiniz.” sözlərini işlədib.

Pompeonun bu çıxışından sonra artıq demək olar ki, İranla ABŞ arasında diplomatik razılaşmadan söhbət gedə bilməz. İran ABŞ-ın tələblərin yerinə yetirməyəcəyi təqdirdə regionda daha bir Suriyanın yaranma ehtimalı varmı? Əgər İran ABŞ-ın tələblərindən imtima etsə, bu zaman regionda geosiyasi vəziyyət necə dəyişəcək?

Mövzu ilə bağlı Pİ.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya və siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Nəzakət Məmmədova: “İran ABŞ-ın ultimatumunun qarşısından geri çəkilməyəcək”.

İranın öz xarici siyasət prioritetlərindən əl çəkməyəcəyini vurğulayan politoloq Nəzakət Məmmədova görə,İran çalışacaq ki, tərəfdaş ölkələrlə hərbi, siyasi, diplomatik əlaqələrini daha da genişləndirsin:

“ABŞ dövlət katibi Mayk Pompeo 12 maddədən ibarət ultimatum xarakterli tələblərlə çıxış edərək İranı təhdid edib. Əslində bu nüvə sazişinin yenilənmiş variantını, yəni ABŞ-a sərfəli olan və İranı daha çox güzəştlərə məcbur etməyə çağıran bəyanatdır. Amma İran və İranın diplomatiyasının min illik təcrübəsi var. Bu təcrübə burada da özünü göstərir. İran bir dövlət kimi onlar bu ultimatum xarakterli bəyanata səsiz qala bilməz. İran ABŞ-ın ultimatuma cavab olaraq bildirib ki, bu ultimatum müstəqil olan İrana qarşı başqa bir dövlət tərəfindən təhdiddir və biz beynəlxalq məhkəməyə müraciət edəcəyik.Yəni İran başa düşür ki, əgər onlar ABŞ-ın sərt xarakterli ultimatum bəyanatlarına o cür cavab versə, bu ABŞ-ın əlində fürsət olacaq ki, İrana qarşı hərbi əməliyyatlar həyata keçirsin və təzyiqləri gücləndirsin. İran bu məsələdə sivil görünməyə çalışır.

Onu da qeyd edim ki, İran bu yolu seçməkdə həm məsələnin ədalətli həll olunmasını, həm də vaxt udmaq istəyir.Çünki beynəlxalq məhkəmələr illərlə uzanan prosesdir. Həm də ABŞ-İran münasibətlərində beynəlxalq məhkəmənin olmağı birinci dəfə deyil. Ümumiyyətlə İran həmişə özündən güclü rəqiblə rastlaşanda və görəndəki artıq güc yolu ilə məsələni həll edə bilmir, bu zaman beynəlxalq məhkəməyə müraciət edir. Məsələn 50-ci illərdə İranın təcrübəsində belə olmuşdu ki, Britaniya ilə neft müqavilələri üzündən böyük gərginlik yaranmışdı və İran betnəlxalq məhkəməyə müraciət etmişdi.

Nəzakət Məmmədova: “İran qazanmağa çalışdığı zamanda ola bilər ki, öz siyasətində müəyyən düzəlişlər edəcək”.

Görürük ki, ABŞ İranın üstünə getdikcə İran münaqişədən yayınmaq istəyir. İran qazanmağa çalışdığı zamanda ola bilər ki, öz siyasətində müəyyən düzəlişlər edəcək. Qeyd edim ki, ABŞ İranın qarşısına qoyduğu tələblərlə İranın bütün xarici siyasət ideologiyasını alt-üst etmək istəyir. Amma İran öz xarici siyasət prioritetlərindən əl çəkməyəcək. İran çalışacaq ki, tərəfdaş ölkələrlə hərbi, siyasi, diplomatik əlaqələrini daha da genişləndirsin. Bu ölkələrə də əsas olaraq Çin, Rusiya daxildir. Həmçinin Böyük Britaniya da hal-hazırda İrana qarşı sərt mövqeədən çıxış etmir. Əksinə Böyük Britaniya ilə İranın münasibətləri yaxşıdır və Avropa Birliyi ölkələri də bu məsələdə ABŞ-a qarşı çıxırlar.

Pompeonun bəyanatında bildirilir ki, İran Suriyadakı silahlı birləşmələrini oradan çıxarmalıdır. Ümumiyyətlə bu o deməkdir ki, İran Suriya məsələsinə qarışmasın və Əsədi dəstəkləməkdən imtina etsin. Amma İran bunu edə bilməz. Çünki İran bu məsələyə milyardlarla vəsait qoyub. Hətta bir neçə il bundan əvvəl İran xalqında narazılıqlar başlamışdır ki, niyə İran bu qədər vəsaitlər xərcləyir. İran Susiyadan çəkilsəydi xalqın narazılığı zamanı çəkilərdi. Buna görə də demək olar ki, İran ABŞ-ın ultimatumunun qarşısından geri çəkilməyəcək. Pompeonun bəyanatının İran tərəfindən yerinə yetirilməsi inandırıcı görünmür.

Nəzakət Məmmədova: “ABŞ görür ki, İran Yaxın Şərqdə siyasi baxımdan möhkəmlənir və öz mövqelərini qoruyub saxlayır”.

Bildiyimiz kimi may ayı ərzində İranın xeyrinə olan iki siyasi proses baş verib. Yəni Livandakı seçkilərdə Hizbullah tərəfdarları çoxlu səs topladı və İraqdakı seçkilərdə də şiə koalisiyaları üstünlük qazandı. Biz sözlə şiə yönümlü və İranın da dəstəklədiyi siyasi qüvvələr Yaxın Şərqin iki mühüm ölkəsində – Livanda və Suriyada seçkilərdə qalib gəldi. Bu məsələ də ABŞ-ı çox narahat edir. Hətta Pompeonun da sərt çıxışı bununla bağlı ola bilər. Çünki artıq ABŞ görür ki, İran Yaxın Şərqdə siyasi baxımdan möhkəmlənir və öz mövqelərini qoruyub saxlayır.

Son olaraq qeyd edim ki, əgər İran beynəlxalq məhkəməyə müraciət etsə, qalib gəlmək şansı çoxdur. Çünki ABŞ-ın İrandan əsas istəyi İranın Suriyadan çıxması və Yaxın Şərqdəki ölkələrin daxili işlərinə müdaxilənin azaltmasıdır. Amma İran Suriyada qeyri-qanuni şəkildə qalmayıb. İran Suriya hakimiyyətinin dəvəti ilə o ölkədədir. Amma ABŞ-la Suriya arasında müqavilə yoxdur. ABŞ terror qruplaşmalarına qarşı mübarizə adı altında BMT-dən sanksiya alaraq koalisiya qüvvələrinin rəhbəri kimi oradadır. Fərq də bundadır. Aydındır ki, İran həmin ölkələrin daxili işlərinə qarışır. Çünki İranın orada böyük geosiyasi maraqları var və qeyri-qanuni yollarla maraqlarını həyata keçirdir edir. Amma beynəlxalq hüquq çərçivəsindən baxanda görürük ki, İranın bu məsələdə qalib gəlmək şansı daha çoxdur. İran da məhz buna güvənir”.

Zaur Məmmədov: “Görünən odur ki, indi sanksiyalarla İranı Şimali Koreya kimi ABŞ-a kompromis etməyə vadar etmək istəyirlər”.

İrana qarşı hərbi hücumun ancaq Suriya və qeyri İran ərazilərində ola biləcəyin qeyd edən politoloq Zaur Məmmədov əlavə edib ki, İranın vurulması gündəmdə deyil:

“ABŞ və İsrailin əsas məqsədi İranı bir dövlət kimi zəiflətmək, onun qonşu ölkələrə təsirinin azaldılmasıdır. İran son zamanlar regional gücə donmuşdur. İsrail sərhədlərinə qədər, Yəmən, Livan və digər ölkələrdə İran tərəfindən dəstəklənən hərbi birləşmələr var. Yadınızdadırsa, yeni il ərəfəsində İranda Tehranın Suriyada hərbi birləşmələrinin saxlanılmasına qarşı xalq ayağa qalxmışdı. Daha doğrusu tələblərdən biri də o idi ki, İran böhran vaxtı xaricdə hərbi birləşmələrə sərf etdiyi xərclərini sosial lahiyələrə versə, daha yaxşı olar.

Görünən odur ki, indi sanksiyalarla İranı Şimali Koreya kimi ABŞ-a kompromis etməyə vadar etmək istəyirlər. İrana qarşı hərbi hücum ancaq Suriya və qeyri İran ərazilərində ola bilər. İranın vurulması gündəmdə deyil. Tehranın nə edəcəyi Tehrana dəstək verəcək həm də xarici qüvvələrdən asılıdır. Lakin İranın demək olar ki, təkləndiyinin şahidiyik”.

Nərminə UMUDLU
pia.az

Yorumlar