KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Yaxın Şərqdə yeni müharibə ocağı

Hasan Oktay: Yaxın Şərqdə yeni müharibə ocağı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
76 0

“Yəmənin üsyankar Husi qruplaşması İranın dəstəyi ilə beynəlxalq səviyyədə bütün ticarət gəmilərinə təhlükələr yaradır”.

Bunu TNS-ə politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, ticarətə əngəl törədən bu təhlükə regional yox, qlobal miqyasda dəyərləndirilir: “Çünki ticarətin azad zona olması ilə bağlı konkret öhdəliklər var, amma husilərin dövlət olmaması, terrorçu qruplaşma olması bu məsələdə çox ciddi problem yaradır. Bu isə ticarət gəmilərinə böyük təhlükələr deməkdir”.

Politoloq əlavə edib ki, husilər həm İsrailə, həm də Amerika Birləşmiş Ştatlarına və onun müttəfiqlərinə məxsus gəmilərə hücum edirlər.

h-2

“Buna görə də husilərə xəbərdarlıqlar olunub, artıq tədbirlər görülməyə başlanıb. Buna baxmayaraq, qarşı tərəfin keçirdiyi əməliyyatda böyük qüsurlar var və bu qüsurlar humanitar qanunları gözardı edir. Məsələn, deyək ki, 5-10 husi terrorçunun həyata keçirdiyi hücumlar fonunda bütövlükdə husilərin nəzarətində olan Səna şəhərinin bombardman edilməsi nə qədər doğrudur? Xüsusən də bu bombalamalar ballistik raketlərlə və qırıcı təyyarələrlə aparılır. Bu zaman isə dinc sakin-terrorçu fərqi qoyulmadan hər kəs atəş altında qalır. Bir nəfər terrorçunu məhv etmək üçün bəzən onlarla günahsız insan öldürülür”, – deyə analitik vurğulayıb.

Müsahibimiz bunun Qərb dünyasına və ABŞ-yə xas bir ənənə olduğu qənaətindədir: “Onlar hər zaman bu cür üsullardan istifadə edir. “Əsas nəticədir” prinsipi ilə məsum insanların ölməsi heç bir müzakirə mövzusu yaratmır. Ən yaxşı halda üzr istəyib, məsələni bağlayırlar. Ona görə də düşünürəm ki, həm husilər tərəfindən, həm də ona adekvat cavab verən ABŞ-nin başçılıq etdiyi koalisiyanın apardığı əməliyyatlar heç də insanlığa sığacaq əməllər deyil. Eyni zamanda, bu həm də regionda yeni bir qarşıdurma təhlükəsi yaradır”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay isə TNS-ə deyib ki, 1979-cu ildə Xomeyni inqilabı ilə İran hökuməti rejimi ixrac etmək üçün dünyanın hər yeri ilə yaxından maraqlanmağa başlayıb: “Türkiyə başda olmaqla, sünni coğrafiyasında belə ciddi fəaliyyətə start verildi. Xüsusən də Qüdsün ideoloji diskursun zirvəsinə qoyulması ilə Fələstin və İsrail məsələsi sünni coğrafiyasında həssas bir məsələyə çevrildi. Fələstin Azadlıq Təşkilatının Fələstinin ehtiyaclarını qarşılamadığı arqumenti ilə Qəzzada HƏMAS strukturu yaradıldı. HƏMAS ideoloji baxımdan sünni olsa da, İranın nəzarətində olan bir təşkilata çevrildi. Eləcə də İran Səudiyyə Ərəbistanının cənubundakı Yəmən torpaqlarında quruluşca şiə camaatı daxilində qəbul edilən, lakin əməl etibarilə sünniliyə daha yaxın olan zeydilər haqqında çox ciddi araşdırmalar aparmış və Yəməndə husilər adlanan terrorçu təşkilatın formalaşmasına dəstək göstərmişdi”.

Politoloq deyib ki, inqilabı yaymaq strategiyasını mühüm xarici siyasət arqumenti kimi istifadə edərkən, əldə etməyə çalışdığı nüvə enerjisi və atom silahı fəaliyyətləri Qərb dövlətləri tərəfindən daima yaxından izlənilir, bu layihələrdə iştirak edən mühəndislər zaman-zaman öldürülürdü.

“Belə demək mümkünsə, gizlində İran-İsrail müharibəsi dünyanın hər yerində yayılırdı. Xüsusilə ticarət gəmilərinə hücumlara cavab olaraq İsrail Suriyada İran qüvvələrinin mərkəzlərinə qarşı əməliyyatlar aparırdı. Ötən il oktyabrın 7-də HƏMAS İsrailə hücum edəndə bu müharibə əslində İran-İsrail müharibəsi olsa da, HƏMAS ilə İsrail arasında müharibə kimi qiymətləndirilməyə başladı. Bu arada faktiki olaraq Türkiyə-İsrail münasibətləri inkişaf həddinə çatmışdı. Bu həmlə ilə İran “bir daşla iki quş vurmuş” oldu. Bir tərəfdən İsraili narahat edəcək HƏMAS-la müharibə, digər tərəfdən Türkiyə-İsrail münasibətlərinin bu dərəcədə korlanması əlbəttə ki, İrana sərf edir. Sonrakı dövrdə isə artıq Livan Hizbullahı meydana daxil oldu. İsrailin HƏMAS-a qarşı üç aylıq əməliyyatı Qəzzada qırğına çevrildi, dünyanın diqqətinin İsrailə çevrilməsini qaçılmaz etdi. Bundan əlavə, belə bir fikir var idi ki, Ərəbistanın cənubunda yerləşdirilən qüvvələr maddi-texniki təminat cəhətdən İran tərəfindən dəstəklənir. Ancaq İran belə bir görüntü yaratmağa nail olub ki, guya bu qruplaşmalarla heç bir əlaqəsi yoxdur. Son bir ayda Qəzza məsələsində bu olayların gündəmə gəlməsi, İran adından apardıqları müharibəni sanki özləri aparırlarmış kimi görüntüsü yaradan husilərin də bu işdə rolu böyükdür. Yəməndə son baş verənləri bu konteksdə dəyərləndirmək lazımdır”, – o bildirib.

Mərahim Nəsib

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir