Şimdi yükleniyor

Hasan Oktay: Türkmənistan-Azərbaycan əməkdaşlığı

Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək, onun rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi inkişafda və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əldə etdiyi mühüm uğurları xüsusi vurğulayıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Prof. Dr. Hasan Oktay KAFKASSAM başkanı bildirib ki, bu cür açıqlamalar təkcə diplomatik nəzakət deyil, strateji niyyət bəyanatıdır:

“Xüsusilə Xəzər dənizinin statusu, enerji nəqli xətləri (Trans-Xəzər Boru Kəməri kimi) və Lapis Lazuli nəqliyyat dəhlizi kimi layihələrdə liderlər arasındakı şəxsi etimad bürokratik maneələrin aşılmasını təmin edir. Bu yaxınlaşma Orta Asiya və Qafqazın iqtisadi inteqrasiyası üçün kritik bir mühərrik rolunu oynayır. Türkmənistan hazırda TDT-də “müşahidəçi” üzv statusundadır. Azərbaycanla qurulan bu güclü ikitərəfli bağ Türkmənistanın təşkilata tam üzvlük prosesini sürətləndirə bilər. Azərbaycan Türkmənistanın “Qərbə açılan qapısı” kimi görüldüyü üçün bu siyasi yaxınlıq TDT daxilində “Türk Dünyası 2040 Vizyonu” hədəflərinə xidmət edir və təşkilatın Xəzər üzərində geosiyasi çəkisini artırır. Bu cür vurğular Azərbaycanın artıq təkcə enerji təchizatçısı deyil, eyni zamanda regional sabitlik adası və logistika mərkəzi kimi qəbul edildiyini göstərir. Qonşularından gələn bu təqdirlər, Xarici investorların etimadını artırır. Ermənistanla olan sülh prosesində Azərbaycanın əlini diplomatik baxımdan gücləndirir. Cənubi Qafqazdakı layihələrdə Azərbaycanın “vazkeçilməz aktor” statusunu möhkəmləndirir “.

Reyhan Quliyeva
https://informator.az/news_46219.html

Yorum gönder