KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Hasan Oktay: Türkiyə üzərindən böyük oyun: 12 şəhidlə Ankaraya hansı mesaj verildi?

Hasan Oktay: Türkiyə üzərindən böyük oyun: 12 şəhidlə Ankaraya hansı mesaj verildi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
117 0

Dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçisi şəhid olub. Daha sonra terrorçuların mövqelərinə endirilən aviazərbələr zamanı azı 26 yaraqlının məhv edildiyi açıqlanıb.

Sonrakı günlərdə isə “Pəncə-kilid” əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçu sayının 56-ya çatdığı bildirilib.

Hazırda bölgədə vəziyyət necədir? Türk ordusuna qarşı ani hücumun arxasında nə dayanır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay Türkiyə əsgərinə hücumun HƏMAS-İsrail münaqişəsi ilə əlaqəli olduğunu deyib:

“HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu dünyanın diqqətini bölgəyə yönəltdi. Hücumun arxasında İran və Rusiya kəşfiyyatının olması ilə bağlı məlumatlar daim gündəmdə saxlanılır. Bu, Rusiya üçün dünyanın diqqətini Ukraynadan yayındırmaq baxımından son dərəcə vacib idi. Çünki bütün dünya Ukraynada gedən müharibədən danışırdı və Rusiya ciddi təzyiqə məruz qalmışdı. Volodimir Zelenskinin yəhudi əsilli olması amili də nəzərə alınmalıdır. Çünki bu səbəblə yəhudi mediası Vladimir Putin haqqında kifayət qədər mənfi yazılar təqdim edirdi. Qəzzadakı əməliyyatların fonunda Rusiya Prezidenti medianın diqqətindən nisbətən kənarda qala bildi”.

H.Oqtay Qəzzada keçirilən əməliyyatlarda müxtəlif güclərin marağının olduğunu, Türkiyənin bu məsələdə sərt bəyanatlarına cavab olaraq hücumun gerçəkləşdirildiyini bildirib:

“Burada İranın da qazancı var. Çünki o, hazırkı əməliyyatlar nəticəsində Türkiyə və Rusiyanın barışıq cəhdlərinin qarşısını almış oldu. Türkiyə ilə İran Qüds, HƏMAS və Fələstin məsələlərində bir-biriləri ilə ciddi rəqabət aparırdılar. Ankara bir tərəfdən HƏMAS və Fələstin məsələsini dəstəklədiyi halda, digər tərəfdən İsraillə barışıq üçün yollar axtarırdı. Hətta Misir, İsrail, Türkiyə və Yunanıstan arasında dördtərəfli sülhün imzalanması məsələsi də müzakirə olunmağa başlamışdı. HƏMAS-ın hücumundan sonra İsrail ordusunun əməliyyatlara start verməsi nəticəsində mövcud vəziyyət Rusiya və İranın nəzarəti altına keçdi. Rəsmi Ankara ilk başlarda nisbətən səssiz qalmağı seçdi, lakin daha sonra İsrail qarşısında səsini ucaldıb beynəlxalq səviyyədə təzyiq çağırışları etməyə başladı. HƏMAS İsrailə hücum planı ilə, Qəzzada aparılan əməliyyatların arasında Türkiyəyə ilişib qalıb. Nəticədə İsrail ordusu bölgədə keçirdiyi əməliyyatlar zamanı heç bir fərq qoymadan qırğınlar törətməyə başladı. Sərt bəyanatlara cavab olaraq İsraili dəstəkləyən qüvvələr PKK və PYD Türkiyəyə qarşı plan hazırlayaraq əsgərlərimizi şəhid etdilər”.

Ekspert qeyd edib ki, Türkiyə ilə birbaşa müharibəyə girməyən ölkələr bunu PKK vasitəsilə edirlər:

“Bu əməliyyat Türkiyəyə dərs vermək üçün müəyyən dairələr arasında razılaşdırılıb. Nəticədə isə PYD və PKK-nın əslində güclü bir xarici əməliyyat vasitəsi olduğu ortaya çıxdı. Türkiyənin PYD ilə mübarizəsini İsrailin Qəzzada apardığı əməliyyatlarla müqayisə edənlər var. Bu, yanlışdır. Türk ordusu əli silahlı terroristlərə qarşı vuruşur. Şimali İraqda formalaşan terror təşkilatları təkcə Türkiyəni deyil, bütün dünya üçün təhlükə yaradırAnkara terrorla mübarizəni sonuna qədər davam etdirəcək”.

Ayşən Mustafa
Globalinfo.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir