KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Hasan Oktay: Qəzzada birləşən dünya, uzanan müharibə – Tərəflər nə istəyir?

Hasan Oktay: Qəzzada birləşən dünya, uzanan müharibə – Tərəflər nə istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
154 0

Qəzza boyu İsrail-HƏMAS müharibəsi davam edir. Bir neçə gün əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun cəbhə xəttində müharibənin yeni mərhələsinin başladığını elan etməsi, hər gün dəyişən proseslər, ABŞ dövlət katibi Entoni Blinkenin bölgəyə səfəri, ABŞ-ın müdafiə naziri Lloyd Austin Yaxın Şərqlə bağlı orduya “hazır ol” əmri verməsi, İsrailin Livanda Hizbullahın dəstələrini bombalaması ilə bölgə dünyanın diqqətində qalır. Analitiklər bu savaşın başlaması ilə bağlı fərqli versiyalar irəli sürür, lakin sonu və necə davam edəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər. Müxtəlif fikirlər, mübahisələr var.

Bölgədə vəziyyət necə dəyişəcək? İsrail Qəzzada mövqelərini daha da möhkəmləndirə biləcək?

Qaynarinfo məsələni Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, tanınmış politoloq Həsən Oktay ilə müzakirə edib.

– İsrail-HƏMAS müharibəsi nə qədər davam edəcək? Bu müharibə hazırda İsrailin istədiyi istiqamətdə gedirmi?

– HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə gərginlik xeyli yüksəldi və biz müharibənin astanasında idik. İsrail daxili siyasətdə ciddi böhran yaşayırdı. Bu daxili böhranı nəzarətdə saxlayaraq HƏMAS hücumuna qarşı dünyada legitimlik qazandı. İndi isə bütün dünya ictimai rəyinin dəstəyini qazanaraq, Qəzza əməliyyatının infrastrukturunu möhkəm təməl üzərində qurdu. Proseslər artıq İsrailin nəzarətindədir.

– Netanyahu bütün cəbhələrdə müharibə elan etdi. Əgər əvvəllər yalnız terrorçularla mübarizədən danışırdılarsa, indi İsrailin məqsədi nədir? O, Qəzzanın tam nəzarət altında olmasını istəyir?

– Netanyahu HƏMAS-ın hücumu ilə İsrailin daxili siyasətindəki təlatümlü və narahat dövrü nəzarətə götürə bildi. Daha sonra yetərincə aldığı dəstək bəyanatları qarşısında bunun terrorizmlə mübarizə deyil, hərtərəfli bir müharibə olduğunu bildirdi, ABŞ və İngiltərədən gələn geniş dəstəyi müharibəyə çevirərək, Qəzzaya hücum etdi. Həmas təşkilatının Qəzzadakı bütün qollarını sıradan çıxarmaq üçün hərəkətə keçmə ehtimalı daim gündəmdədir. Bu arada o, tədricən HƏMAS-a dəstək vermə ehtimalı olan dövlətləri dünya siyasətindən kənarlaşdırmağa çalışacaq.

– Bu müharibənin başlamasında ABŞ-ın izi var?

– ABŞ açıq şəkildə İsrailin lehinə mövqe nümayiş etdirir. HƏMAS-ı isə İsrailə hücuma yönləndirən dövlətlərin Rusiya və İran olduğu iddia edilir. İran Türkiyənin yaxın günlərdə edəcəyi razılaşmanı sabotaj etmək və Ankaranın Suriya ilə bağlı iddialarını təsirsiz hala gətirmək üçün bu prosesə qoşula bilər. Rusiyanın isə Ukrayna məsələsində Zelenskinin yəhudi olduğu üçün İsrail tərəfindən yardım edildiyi tezisinə əsaslanaraq, İsraili cəzalandırmaq üçün xüsusi olaraq bundan istifadə etməsi fikri ortaya çıxmağa başladı. Bu nöqtədə İran və Rusiya HƏMAS vasitəsilə qəyyumluq müharibəsinə cəhd etdi.

– İran HƏMAS-ı açıq şəkildə dəstəkləyə bilərmi?

– İranın xarici işlər naziri ilə HƏMAS rəsmiləri arasında keçirilən görüşlər Tehranın HƏMAS-ı açıq şəkildə dəstəklədiyi fikrini gücləndirir. Bundan əlavə, Hizbullahın Livan üzərindən İsrail mövqelərini atəşə tutması İranın istənilən halda HƏMAS-ın tərəfində olması və İranın bu hərəkəti təşviq etdiyi fikrini daha da qabarıq göstərir. Hazırda İsrail Qəzzada əməliyyatını təxirə salır, Livandakı Hizbullahın necə hərəkət edəcəyini nəzərə alaraq, öz fəaliyyətinə nəzarət etmək üçün strategiya hazırlayır. Əgər İsrail Hizbullah və digər Fələstin təşkilatlarının HƏMAS-a, Qəzzaya qarşı reaksiyasını qarşılaya bilsə, əməliyyat keçirəcək.

– Bəzi analitiklər deyir ki, Hindistandan başlayan yeni nəqliyyat marşrutunun elan edilməsindən sonra Qəzza bölgəsində münaqişə baş verdi. İran HƏMAS-ın əli ilə marşrutun qarşısını almağa çalışır. İsrail isə buna icazə verərək, provakasiyaya şərat yaratmaqla, marşrutun keçəcəyi ərazilərdən terrorçu qruplaşmanı təmizləməyə cəhd edir…

– İsrail-Türkiyə razılaşması ilə Hindistan marşrutu və Şərqi Aralıq dənizindəki enerji qaynaqlarının Türkiyə üzərindən Avropaya ötürülməsi Rusiya və İranın yaxından izlədiyi bir hadisədir. Beynəlxalq dəstək olmadan HƏMAS-ın belə bir əməliyyat keçirməsi mümkün deyil, ona görə də bu hərəkətin arxasında yüksək səviyyəli dövlət və ya kəşfiyyat təşkilatı olduğunu və bunların da İran və Rusiya olduğunu demək olr. Hindistan yolu və Türkiyə-İsrail razılaşmasının HƏMAS-ın hücumunun səbəbləri kimi göstərilir. Türkiyənin əvvəlki proseslərdə İsrailin Qəzza və ya Fələstinlilərə qarşı hərəkətlərinə qarşı çıxdığını nəzərə alsaq, üç fərqli istiqamətdə açıqlama verərək qarşı çıxmasını nəzərə alsaq, Türkiyənin İsrailin HƏMAS hərəkətinə reaksiyasına qarşı heç bir səs-küy salmadan prosesi izləməsi buna işıq salmaq baxımından son dərəcə əhəmiyyətlidir.

– Türkiyə və Suriya arasında böyük savaş Mənbic uğrunda getdi. Bura M4 dəhlizində ən önəmli ərazidir. İran və Rusiya Türkiyəni M4-dən sıxışdırıb çıxartmaq istəyirlər, Tehran düşünür ki, əsas dəhlizdən məhrum ola bilməz. Hizbullah da əhəmiyyətini ititrək istəmir. Belə deyə bilərik ki, İsrail 2011-ci ildən arzuladığı plana nail oldu?

– Suriyada müsəlmanlar arasında savaş davam edəcək, məzhəb çatışması şiddətlənəcək, M4- lə bağlı razılıq əldə edilməyək. Bir sözlə, M4 dəhlizi uğrunda savaş uzun müddət gündəmdə olacaq.

– İsrail – HƏMAS savaşını bu müstəvidə necə şərh edərsiniz?

– Türkiyənin İran və Rusiya ilə yaxşı əlaqələri davam edərkən, Suriyada üz-üzə gəliblər. Türkiyə Suriyada Əsədə qarşı döyüşən yerli qüvvələri dəstəkləsə də, son nəticədə Suriyada Rusiya və İranla qarşıdurmadadır. İranın Aralıq dənizinə çıxmaq cəhdi, Rusiyanın Əsəd vasitəsilə bölgədə qalmaq cəhdi və Türkiyənin Əsədi devirərək Suriyada sülh mühiti yaratmaq cəhdi bir-birinə zidd metodlardır. İran və Rusiya Əsədlə birlikdə bölgədəki varlıqlarını davam etdirmək istəyirlər. Türkiyə Əsədi devirməklə bölgədəki varlığını qorumaq istəyir. Suriyada adı açıqlanmayan müharibənin tərəfləri Türkiyə, Rusiya və İrandır. Türkiyənin HƏMAS-ın hücumu qarşısında açıq şəkildə HƏMAS-a dəstək verməməsi, mötədilliyi tövsiyə etməsi və sanki İsrailə yaxın mövqe sərgiləməsi Türkiyənin Rusiya-İran blokuna qarşı mövqeyinin göstəricisidir. Fələstin prezidenti Mahmud Abbasın HƏMAS-ın Fələstini təmsil etməməsi ilə bağlı açıqlaması əslində Türkiyəyə dəstək üçün verilən bəyanatdır.

– Həmin bölgədə ərəblərin sayı yəhudilərin sayından dəfələrlə çoxdur. Niyə bu sayda ərəb balaca İsrailin öhdəsindən gələ bilmir?

– İsrail dünyada böyük naüfuza malikdir. HƏMAS-ın hücumundan sonra Fələstin məsələsində ciddi geriləmə olacağını düşünürəm. Bu geriləmənin həlli yolu ikili dövlət təklifindən əlavə İsrailin nəzarəti altında vahid dövlətə çevrilməsi, qısa və orta perspektivdə ərəblərin lehinə nəticə verməyəcək, lakin uzunmüddətli perspektivdə əhalinin artmasına görə ərəblər üçün daha əlverişli olacaq.

Günay İlqarqızı
https://qaynarinfo.az/az/qezzada-birlesen-dunya-uzanan-muharibe-terefler-ne-isteyir-muesahibe-2

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir