Şimdi yükleniyor

Hasan Oktay: Papa XIV Leo’nun İznik ziyarəti

Rəcəb Tayyib Ərdoğan və Papa Leo mətbuata bəyanatla çıxış ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Papa XIV Leo birgə mətbuat konfransı keçirib. Ərdoğan bildirib ki, səfər sülh və dialoqun güclənməsi üçün önəmlidir, Papa isə Türkiyənin strateji rolunu və qlobal gərginlik fonunda dialoqun vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Hasan Oktay bildirib ki, İznik Konsilinin xristianlar arasındakı ayrılıqları bir kənara qoymaq və ortaq əqidə ətrafında birləşmək baxımından çox önəmli olduğunu qeyd edən Papa XIV Leo’nun İznik ziyarətini yalnızca dini bir rituаl kimi deyil, eyni zamanda Papalığın Qərb mərkəzli siyasətinin tarixi və güncel kodları ilə iç-içə keçmiş bir praktik kimi dəyərləndirmək lazımdır:

“Bu ziyarəti, Xristian dünyasının tarixi hafizəsində mərkəzi bir yerə sahib olan İzniki yenidən qlobal mədəniyyət və din diplomatiyası səhnəsinə çıxarma cəhdi olaraq oxumaq mümkündür. Bu çərçivədə Papa’nın Ankara–İstanbul–İznik səfəri həm dinlərin bir-birini daha yaxşı tanıması, həm də beynəlxalq aləmdə ciddi böhranların həllində birlikdə hərəkət etmə potensialının əsasını yaratmaq baxımından Katolik dünyasının ruhani lideri Papanın Türkiyə ziyarəti son dərəcə önəmlidir. Xüsusilə də Katolik dünyanın qabaqcıl ölkələrindən olan İspaniyanın İsrail–Qəzza məsələsində tutduğu mövqenin Türkiyə ilə paralellik göstərməsi səbəbindən, müəyyən mənada İsrailə qarşı ortaq çarənin tapılması baxımından Papanın Türkiyə səfərinin diplomatik nəticəyə çevrilməsi üçün Prezident Ərdoğanın verdiyi mesajlar nəzərə alındıqda, bu ziyarət olduqca ciddi nəticələr doğura biləcək bir səfərdir. Bunu yalnızca İznik Konsilinin ildönümü kimi qiymətləndirməmək, regional və dünya miqyasında problemlərə ortaq çarə tapmaq üçün atılmış ciddi bir addım kimi görmək lazımdır “.

Reyhan Quliyeva
https://informator.az/news_44095.html

Yorum gönder