KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Hasan Oktay: Fransanın planları baş tutmayanda Ermənistanı silahlandırmağı seçd

Hasan Oktay: Fransanın planları baş tutmayanda Ermənistanı silahlandırmağı seçd

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
142 0

Hər dəfə Ermənistanla Azərbaycan arasında sülh sazişi uzadılanda regiona yeni qüvvələr balansı daxil olur”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, bölgəyə daxil olan kənar qüvvələr sülhün bərqərar olmasına mane olmaqla prosesi öz maraqlarına uyğun yönləndirməyə çalışırlar: “Bölgədə İran, Rusiya, ABŞ, İngiltərə və Fransa öz maraqlarına uyğun sülh razılaşmasının olmasını təmin etmək üçün hərbi, siyasi və diplomatik fəaliyyətlər həyata keçirirlər. Fransa bir tərəfdən Rusiyanın İran mərkəzli siyasətinə uyğun davranırsa, digər tərəfdən Türkiyəyə qarşı fəaliyyətini açıq şəkildə ortaya qoya bilmədiyi üçün Ermənistan vasitəsilə hərəkət edir. Şərqi Aralıq dənizinin enerji resurslarının Avropaya ötürülməsi ilə bağlı Türkiyə ilə rəqabətdə olan Fransa əvvəlcə Türkiyə-Yunanıstan böhranı yaratdı. Daha sonra iyulun 12-də Tovuz-a hücumla Qafqazda nəzarətli münaqişə yaradaraq Türkiyənin diqqətini Qafqaza yönəltmək istəyirdi.

H.Oktay bildirib ki, Türkiyə və Azərbaycan Fransanın tələbinə alət kimi çıxış etmədən müharibəyə hazırlıq görərək 27 sentyabr-9 noyabr tarixləri arasında keçirilən böyük əməliyyatla bu gərginliyi aradan qaldırıb. Əvvəlcə 7 rayonu, sonra isə Dağlıq Qarabağ işğaldan azad edib: “ Fransaya görə, Tovuz hücumu Ermənistanla Azərbaycan arasında uzunmüddətli müharibə olacaq və Türkiyə bu müharibədə bütün diqqətini Qafqaza yönəldəcəkdi. Fransa isə fürsətdən istifadə edib Aralıq dənizinin şərqində və Afrikada üstünlük əldə edəcəkdi. Planları baş tutmayanda Azərbaycanla sülh imzalanmaq ərəfəsində yeni addım kimi Ermənistanı silahlandırmaq yolunu seçdi. İndi görüləcək ən təcili iş bütün oyunları pozmaq üçün İstanbulda Azərbaycan və Ermənistan arasında üçtərəfli sülhün əldə edilməsidir”.

Müəllif: Rəşid Qarayev
https://sia.az/az/news/politics/1110828.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir