KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Ermənistana təzyiq artmalıdır

Kənan Novruzov: Ermənistana təzyiq artmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
109 0

Ya minalı ərazilərin xəritəsi, ya da Zəngəzur
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib ki, Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir. Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir.
Statistik məlumatlara görə, Vətən müharibəsindən sonra 350-yə yaxın adam mina terrorunun qurbanı olub. Onların xeyli hissəsi mülki şəxsdir. Bu rəqəmin gələcəkdə də artacağı istisna deyil.
Bütün səylərimizə baxmayaraq, Ermənistan hələ minalı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Bu isə mina probleminin tamamilə həllinə mane olur.
Düşünürəm ki, S. Əliyevanın qaldırdığı bu məsələ ətrafında fikirləşmək lazımdır. Məsələ ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət minalı ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana lazımi təzyiqi göstərmir. Deməli, çox zaman olduğu kimi yenə də öz işimizi özümüz görməliyik. Əks halda rəsmi İrəvan həmin xəritəni Bakıya verməyəcək. Bu isə öz-özlüyündə bütün gələcək proseslərə mane olacaq.
Təzminat məsələsi bu təzyiqi təmin edə bilər.
Ümumiyyətlə, Ermənistandan təzminat tələb etməyimiz üçün başqa əsaslar da var. Bunlardan biri də torpaqlarımızın işğal altında olduğu 30 il ərzində bizə dəymiş ziyanla bağlıdır.
Bundan sonra təzminat məsələsi daim gündəmdə olmalı, İrəvana təzyiqlər artırılmalıdır. Sistemli səylərin nəticə verəcəyinə dair ehtimal böyükdür. Ya Ermənistan, nəhayət, geri çəkilib minalı ərazilərin xəritəsini verəcək, ya da təzminat ödəyəcək. Aydın məsələdir ki, rəsmi İrəvanın bu təzminatı ödəmək üçün iqtisadi gücü yoxdur. Odur ki, tarixi torpaqlarımızı, o cümlədən Zəngəzuru maddi təzminat kimi Azərbaycana qaytara bilər. Tarixdə belə təcrübə var.
Beləliklə, rəsmi Bakı böhranı fürsətə çevirə bilər. Maddi təzminat məsələsi Ermənistanın başı üzərindəki “Domokl qılıncı”na çevrilməlidir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir