Hasan Oktay: Cənubi Qafqaz bütövlükdə çox önəmli bir nöqtədir
Azərbaycan – Türkiyə Regional İqtisadi Forumunda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov qeyd edib ki, Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Türk dünyasının gələcəyi baxımından yalnız Zəngəzur dəhlizi deyil, Cənubi Qafqaz bütövlükdə çox önəmli bir nöqtədir:
“Rusların 1801–1828-ci illər arasında Cənubi Qafqazda yaratdıqları siyasət hələ də varlığını davam etdirir. Bu siyasətin nəticəsində türklər iki imperiyasını itirdilər. İranın Qacar türk xanədanı və Türkiyədəki Osmanlı xanədanı rusların bu siyasətinin nə anlama gəldiyini anlayana qədər iki imperiyanı itirdik. Türkiyədə Mustafa Kamal və silah yoldaşları böyük bir mübarizə verərək müstəqil bir türk dövləti yaratdı, lakin İranda hakimiyyət farsların əlinə keçmiş oldu. Türkiyə ilə Türküstan coğrafiyası arasında rusların Gürcüstan–Ermənistan siyasəti, ingilislərin İran siyasəti çox böyük bir maneə xətti yaratdı. Sovetlər 1991-ci ildə dağıldıqdan sonra Cənubi Qafqazda hakimiyyəti əlindən buraxmamaq üçün ruslar ermənilər vasitəsilə Azərbaycan torpaqlarının beşdə birini işğal etdilər. 44 günlük müharibədən sonra Azərbaycan yeddi rayonunu azad etmiş olmasına baxmayaraq, Dağlıq Qarabağ problemi davam etdiyi kimi, 10 noyabr anlaşmasının dördüncü maddəsində Laçın dəhlizi anlaşma maddəsində açıq şəkildə yer aldı. Ruslar bu dəhliz vasitəsilə Dağlıq Qarabağı təchiz edib əllərində saxlamaq istərkən, buna böyük bir reaksiyanın qarşısını almaq üçün doqquzuncu maddəyə sovet dövrünün “ileti” və “iletişim hatları” maddəsini qoydular. Həm Türkiyə, həm də Azərbaycan bu doqquzuncu maddədən hərəkətlə Zəngəzur dəhlizi gözləntisini önə çıxardılar. Bu, əslində rusların axtarıb da tapmadığı yaxşı bir çaşdırmaca idi. Lakin daha sonra baş verən Ukrayna böhranı Rusiyanın Cənubi Qafqazda siyasətini dəyişməsinə səbəb oldu. Bu arada Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Laçın dəhlizini nəzarətə götürərək Dağlıq Qarabağ təchizat yollarını kəsmiş oldu. Əslində Rusiya bölgədə toqquşmaların davam etməsi ilə varlığını qorumaq istəyirdi. Bu nöqtədə meydana gələn bir toqquşma üzərindən Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda problemin Ermənistan ilə Azərbaycan arasında deyil, Rusiya ilə Azərbaycan arasında bir problem olduğunu ifadə edərək böyük bir strateji dəyişikliyin də önünü açmış oldu. Bu açıqlama üzərindən Putin “Dağlıq Qarabağda strategiya dəyişmişdir” ifadəsini işlətdiyi kimi Azərbaycan Dağlıq Qarabağda hakimiyyəti təsis etdi. 10 Noyabr atəşkəs anlaşmasından bu yana beş il keçməsinə baxmayaraq, qalıcı sülh mövzusunda gözlənilən inkişaf olmadı və bu da bölgəyə yeni aktorların gəlməsinə səbəb oldu. Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir addım atılmadı, amma davamlı olaraq gözlənti yüksək tutuldu. Atəşkəs anlaşmasının sülh anlaşmasına çevrilməsi ilə bağlı aparılan işlər çox yavaş irəlilədiyi kimi, zaman-zaman psixoloji gərginliklər də ön plana çıxdı. Türkiyə xüsusilə ön şərtsiz üçtərəfli sülh anlaşmasının imzalanmasını davamlı olaraq dilə gətirsə də, bunun sahədə qarşılığı olmadı. Zəngəzur dəhlizi kimi bir dəhlizin açıla bilməsi üçün əvvəlcə Ermənistanla Azərbaycanın bir-birini tanıması və sərhədlərini müəyyənləşdirmələri lazımdır. Bir sülh anlaşması imzalandıqdan sonra bu dəhlizlə bağlı proses başlaya bilər. Keçən avqust ayında Trampın təşəbbüsü ilə Əliyev və Paşinyan imzaladıqları “yaxşı niyyət” mutabakat mətnində Zəngəzur dəhlizi deyil, TRIPP yolu kimi ifadə olunan yeni bir mövzu gündəmə gəldi. Yenə bu mövzunun nəticəyə varması üçün Azərbaycan–Ermənistan–Türkiyə üçlü sülhünün imzalanması lazımdır. Ermənistan baş naziri Paşinyan Zəngəzur və ya TRIPP yolundan deyil, “Sülh Qovşağı”ndan danışaraq, əslində prosesə fərqli bir pəncərədən baxdığını açıq şəkildə ortaya qoyur. Türkiyənin də “güclü sülh”ü önə sürməsinin əsas səbəbi, Ermənistan–Azərbaycan–Türkiyə arasında sürətli keçidlərin təmin edilməsinin prioritet olaraq göstərilməsidir. Bu olduğu zaman türk dünyası arasında ticarət hərəkətliliyi daha çox artacaq, Ermənistan normallaşacaq, ruslar həm Cənubi Qafqazda, həm də Türküstan coğrafiyası üzərindəki təzyiqlərini azaldacaq, həm ruslar rahatlayacaq, həm Türküstan coğrafiyası ölkələri rahatlayacaq, həm də Cənubi Qafqaza sabit və qalıcı bir sülh gəlmiş olacaq.Zəngəzur dəhlizi və ya TRIPP keçid yolunun açılma ehtimalı hər keçən gün zəiflədiyi üçün daha real siyasət və strategiyaya əsaslanan üçlü sülh üzərində Türkiyə, Azərbaycan və Ermənistan birlikdə çalışaraq bir nəticəyə varmaq məcburiyyətindədirlər. Cənubi Qafqazda qalıcı sülh təsis edilmədən hər hansı bir addım atılmayacağı artıq hər tərəfdən görülməlidir “.
Reyhan Quliyeva
https://informator.az/news_44432.html



Yorum gönder