Artıq qondarma “erməni soyqırımı” iddialarının heç bir anlamı qalmayıb
Türkiyə ABŞ-ı qondarma “erməni soyqırımı”nı tanımamağa çağırıb. Ankara hökuməti diplomatik kanallarla Co Bayden Administrasiyasını “soyqırım”ın tanınmasının Ankara ilə Vaşinqton arasındakı münasibətlərə böyük ziyan vura biləcəyi barədə məlumatlandırıb. Vurğulanıb ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərini ictimailəşdirməyə çağırıb. Amma Ermənistan rəhbərliyi bu təklifi qəbul etməkdən boyun qaçırıb.
Türkiyəli professor, “Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay “Şərq”ə deyib ki, Co Bayden Administrasiyası xarici siyasəti yenidən gözdən keçirir. Professorun sözlərinə görə, Ankara-Vaşinqton əlaqələrində problem ortaya çıxan məqamlarda ABŞ Türkiyəyə təzyiq etmək məqsədi ilə qondarma “erməni soyqırımı” məsələsini təkrar gündəmə gətirir:
“Əslində belə bir hadisənin reallıqda baş verib-verməməsi heç kimi maraqlandırmır. Sadəcə olaraq bu məsələnin Türkiyə üzərində yaratdığı psixoloji təzyiqdən istifadə edilir.
“Erməni soyqırımı” 100 illik bir yalan idi və bu yalan 2015-ci ildə bitdi. Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsindən sonra qondarma “erməni soyqırımı” iddialarının heç bir anlamı qalmayıb.
Hazırda Ermənistan daxilində müzakirə olunan əsas məsələ Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələrinin, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsidir.
Ölkə daxilində “soyqırım” söhbəti unudulub. Xarici ölkələrdə məskunlaşmış və həmin ölkənin “5-ci kolon” funksiyasını yerinə yetirən erməni diasporası qondarma “erməni soyqırımı” məsələsini ortaya atır. Ermənistan 44 günlük müharibədən sonra ciddi seçim qarşısındadır.
Erməni xalqı ya əvvəlki kimi başqa dövlətlərdən asılı vəziyyətdə qalmağı və onların müəyyən etdiyi tərzdə yaşamağı seçməli, yaxud yeni dönəmə uyğun şəkildə normal dövlətə çevrilməlidir. Ermənistanın gələcəyi erməni xalqının seçimindən asılıdır”.
İsmayıl Qocayev
https://sherg.az/x%C9%99b%C9%99r/157725