KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Asif Nerimanlı:Putin-Paşinyan görüşü informasiya qıtlığı ilə keçdi

Asif Nerimanlı:Putin-Paşinyan görüşü informasiya qıtlığı ilə keçdi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
346 0

Görüşlə bağlı diqqətçəkən cəmi üç məqama toxunmaq olar.
Birincisi, tərəflərin əsas müzakirəni nahar süfrəsi ətrafında aparmasıdır:
– Putin bununla Ermənistan-Rusiya münasibətlərində “hər şey qaydasındadır” mesajını verirdi;
– Və yemək masası arxasında lazımı məsələlərin razılaşdırılması daha asan olur;
Nikolun səfərinin Ərdoğan-Putin görüşündən sonra olması da əsas müzakirə mövzusunun kommunikasiyanın açılması (Zəngəzur dəhlizi də daxil olmaqla), əməkdaşlıq platformasının yaradılmasıdır. Putinin Paşinyan üçün açdığı süfrədə bu məsələlərin müzakirə edildiyi şübhəsizdir, lakin nəticələrlə bağlı hələi heç bir ip ucu yoxdur.
İkincisi, Putinin görüşdən öncə açıqlaması idi.
Rusiya prezidenti bildirdi ki, “Telefonla davamlı əlaqə saxlayırlar, lakin şəxsi görüş istənilən nəticəni əldə etmək üçün həmişə məhsuldar olur, ümid edirəm, bu dəfə belə olcaq”.
Bu, Putinin Paşinyanı istənidiyi nəticəni əldə etmək üçün dəvət etdiyini təsdiqləyir və nahar süfrəsində buna nail olduğu da istisna eyil. Paşinyanın görüşdən sonra “əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik” tviti də bu fikri gücləndirir. Və təmasların təkcə Moskva ilə yox, Bakı-Moskva-İrəvan xəttində olacağı da gözləniləndir.
Üçüncüsü, Paşinyanın görüşdən öncə media qarşısında qısa söhbətdə “Qarabağ münaqişəsinin bitmədiyini” elan etməsidir. Putinin bu məsələnin üzərindən keçdiyi də diqqətdən yayınmadı.
Nikolun bu açıqlaması gözləniləndir və bundan sonra da eyni tipli bəyanatlar verəcək. Lakin bunun Azərbaycan-Ermənistan sülh müqaviləsinə təsiri yoxdur, çünki müqavilədə Qarabağ məsələsi ümumiyyətlə olmayacaq və Nikolun indi siyasi ritorika naminə belə deməsi başadüşüləndir.
Asif Nerimanlı kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir