KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Cemaleddin H Quliyev: ABDnin yeni Kafkasya planında neler var

Cemaleddin H Quliyev: ABDnin yeni Kafkasya planında neler var

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
204 0

ABŞ-ın yeni Qafqaz planında nələr var?

Vaşinqton Yaxın Şərq Tədqiqatları İnstitutunun analitikləri hesab edirlər ki, Amerikanın Cənubi Qafqazda fəallaşması üçün vəziyyət yetişib. Belə ki, baş nazir Paşinyan son onilliklərdə Ermənistanın ən qərbyönlü lideridir, Azərbaycan isə artıq hərbi uçuşlar kimi məsələlərdə ABŞ-la tərəfdaşlıq edib. Dövlət katibinin Avropa və Avrasiya üzrə keçmiş köməkçisi Karen Donfridin noyabr ayında Konqresdə dediyi kimi , ABŞ-ın Bakıya sərhəd təhlükəsizliyini gücləndirmək üçün yardımı İrandan gələn transsərhəd təhdidlərin qarşısını almağa kömək edib, Rusiya və Avropaya qaçaqmalçılıq marşrutlarını kəsib. Daha geniş mənada, Cənubi Qafqaz Qərb, Yaxın Şərq və Mərkəzi Asiya arasında əsas logistik körpü olaraq qalır. ABŞ-ın Cənubi Qafqazda əlavə yüksək səviyyəli iştirakı təkcə Bakı və İrəvan arasında sülh səylərini dəstəkləməyəcək, həm də Rusiya və İranın bölgədəki fəaliyyətlərinə qarşı duracaq, ABŞ-ın regiona daha geniş çıxışını təmin edəcək . Lakin Vaşinqton hələ də Cənubi Qafqazla bağlı hərtərəfli strategiya hazırlamayıb .

Müəlliflər aşağıdakı addımları təklif edirlər:
•Qarabağda Rusiya qüvvələrinin yerinə BMT sülhməramlılarının yerləşdirilməsinə dəstək.

•Aİ-nin sərhədin Ermənistan tərəfində məhdud müşahidə missiyasını dəstəkləmək.

• Ermənistanın Türkiyə ilə normallaşmasını dəstəkləmək, xüsusən də ona gör ki, İrəvan Rusiyadan nisbi uzaqlaşmasını qismən kompensasiya etmək üçün İranla daha sıx əlaqələr qura bilər.

•Cənubi Qafqazda son zamanlar İrana qarşı dayanan Türkiyə və İsraillə regional əməkdaşlıq imkanlarının araşdırılması.

•Artan ticarət və xarici yardımdan tutmuş Rusiyanı istisna edən yeni diplomatik forumların yaradılması imkanlarına qədər Cənubi Qafqazı Qərbə yaxınlaşdırmaq yollarının tapılması.

Təkliflər, ilk növbədə ABŞ-ın öz Yaxın Şərq və Mərkəzi Asiya siyasətini Aİ ilə uzlaşdırmaq, bu iki region arasında əsas logistik körpü kimi nəzərdən keçirilən Qafqazlarda Rusiyanın boşalan yerinin İran tərəfindən doldurulmasının qarşısını almağı nəzərdə tutur. Analtiklərin fikrincə, regionda sülhə nail olmaq Amerikanın maraqlarını bir çox cəbhələrdə irəli aparan güclü geosiyasi nailiyyət olardı.

Təqdim olunmuş geniş analizə Cənubi Qafqazdan Rusiyanı uzaqlaşadırmaq və İranın artan təzyiqlərinin qarşısını almaq üçün ilkin “yol xəritəsi “kimi də baxmaq olar. Lehimizə olan məqamlar, İsrail və Türkiyənin, eləcə də Azərbaycanın təşəbbüslərinin dəsklənməsi üçün verilən təkliflər xüsusən maraq doğurur. Ancaq burda Aərbaycanı qane etməyəcək kifayət qədər müddəalar, hətta terminolji xətalar da var. Azərbaycan tərəfi “Dağlıq Qarabağ”, “mübahisəli ərazi” kimi terminləri, bölgədki erməni vətandaşları ilə problemlərin həlinin yenidən beynəlmiləlləşdirlməsi kimi təşəbbüsləri qəbul etmir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir