KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Həsənbala Sadıqov: Kapitülyasiyadan sonra ermənilərin Qarabağda xəyali “münaqişə” reallığına dair

Həsənbala Sadıqov: Kapitülyasiyadan sonra ermənilərin Qarabağda xəyali “münaqişə” reallığına dair

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
307 0

Dünyanın harasında yaşamasından asılı olmayaraq ermənilərin bir mühüm xüsusiyyəti onların fasiləsiz olaraq yaşadıqları bölgələrdə “münaqişə” və ya münaqişə görüntüləri yaratmaları ilə əlaqədardır. Ermənilərin yaratdıqları münaqişələrin əksəriyyəti məqsədli olaraq yerli münaqişə olaraq qalmayıb, əksər halda görünməmiş şəkildə beynəlmiləlləşdirilir. Çox maraqlıdır ki, “inqilab ruhlu” Avropa ölkələri əksər hallarda onların-“əzabkeş irqin”-ermənilərin yaratdıqları münaqişələri həll etməkdə çox maraqlı olurlar.
Əslində onların marağı erməniyə olan məhəbbətindən daha çox öz dövlət marağı ilə əlaqədar idi. Axı, klassik dövlətşünaslıq kiablarında qeyd edilirdi ki, dövlətin dostu yox, marağı olur. Avropa dövlətləri də ermənilərin dünyanın müxtəlif yerlərində yaratdıqları “münaqişə” ilə qeyd olunan bölgəyə müxtəlif beynəlxalq təşkilatların ezamiyyəsi ilə(ATƏT Minsk qrupu və başqaları kimi-HS) “hakim” olaraq girmək səlahiyyəti qazanırdılar. Dünyanın nizamına cavabdeh olacaq ölkələrin hakimliyi də əslində işğalın-qansız sakit forması idi. Son zamanlarda hakimlik funksiyasını daha da təkmilləşdiriblər və beynəlxalq miqyasda ATƏT Minsk qrupu kimi adı var işi yox təşkilatlar əvəz etmişdir.
Bu gün artıq dünya dünən-100 il bundan əvvəlki deyildir. O zaman ermənilər “əzabgörmüş” “sadiq təbə” libasında təqdim olunurdular. Tarix onların Osmanlı sultanına nə qədər “sadiq təbə” olduğunu bir dəfə deyil dəfələrlərlə göstərdi və təsdiq etdi. Azərbaycan da ermənilərin xəyanətini dəfələrlə “daddı.” Əslində ermənilərin yaşadığı bölgələrdə mütəmadi olaraq dünyanın ən üzüq nöqtəsinə çatan münaqişələr və ya münaqişə xəbərləri meydana çıxırdı. Haylar özlərinin xüsusiyyətini atalar sözlərində çox lakonik ifadə etmişlər:”harada hay varsa, orada vay vardır.”. Ermənilərlə biz də, Qafqaz da XIX əsrin 20-ci illərinin sonlarında tanış olduq. Onlar Osmanlı imperiyasından və İrandan köçürülərək Azərbaycan torpaqlarında- ilk olaraq 1828-ci ildə Mərgüşavanda (1978-ci ildə ermənilərin Azərbaycan torpaqlarənda məskunlaşmasının 150-illiyinə abidə də qoyulmuşdur-HS) məskunlaşdırılmağa başladılar.
Rusiya Osmanlıya qalib gələrək imperatorluq daxilində olan xristiyan təəbəyə hamisi oldğunu qəbul etdirərək onları üsyanlara təşviq etmək məqsədi ilə imperatorluğu içəridən fəth etmək və ya dağıtmaq siyasəti izləyirdilər.
XIX əsrin 20-ci illərinin sonlarında Rysiya –İran və Rusiya-Osmanlı müharibələri Qafqazda yeni siyasi tarazlığın meydana çıxmasına səbəb oldu. Rusiya Qərbi Azərbaycanı işğal etməklə Osmanlı dövləti ilə qonşu dövlət halına gəlmişdir. Bu, Rusiyanın Şərq siyasətində yeni bir səhifənin meydana çıxmasına imkan vermişdir.
Həqiqətən də Osmanlı sultanlarının ermənilər haqqında “sadiq təbə” fərmanı var. Bu fərman adi bir dövlət sənədi deyildir. Bu fərman ermənlərə Osmanlı dövlətində heç bir ölkədə olmayan müstəsna şərait yaratmışdır. Hərbi xidmətdən o cümlədən müharibələrdə iştirak etməkdən azad edildilər. Bu onlara nə verdi?
Müharibələrdə qurban vermədiklərinə görə sayları sürətlə artdı.Yaşamaq üçün Ösmanlı imperiyasının hər yerində ermənilərə müstəsna şərait yaradıldı. Ticarət sahəsi ermənilərin inhisarına keçdi. Osmanlı dövlətində çox mənalı bir deyim var idi:”ölkənin torpaqlarını qoruyan da əkən də türklərdir. Satanlar(ticarət-HS) ermənlər idi.” Bu inhisarçılıq ermənilərə Osmanlı imperiyasında ağlagəlməz əhali sayı və sərvət qazandırdı.
Son zamanlarda olan araşırmalardan görünür ki, Osmanlı dövlətində ermənilər “təbəi sadiq” yox, “xain təbə” missiyasını çox yüksək səviyyədə yerinə yetirirdilər. Hətta Osmanlı dövlətinin əleyhinə bir sıra dövlətlərlə xüsusi ilə də Rusiya ilə erməni mərkəzləri və kilsəsi gizli anlaşmar da imzalamışdılar. Silahlanaraq I dünya müharibəsində Rusiyanın cəhələrində Osmanlı dövlətinə qarşı vuruşmuşlar. Hətta mənbələrdə qeyd olunur ki, erməni mərkəzləri I Dünya müharibəsinə qoşulan dövlətlərin əksəriyyətinə az və ya çox erməni könüllüləri göndərmişdilər.
2020-ci il 10 noyabr tarixində Ermənistanla imzalanan kapitülyasiya aktı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT Minsk qrupu tərəfindən Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində həll edilməli idi .Azərbaycan höküməti və xalqı 30 il gözlədi beynəlxalq təşkilatlar BMT-nin “Azrbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi haqqında” 4 qətnaməni yerinə yetirə bilmədi. Ermənistanda kapitülyasiyaya imza atmış siyasilərin qisasçılıq çağırışlarına cavab olaraq Azərbaycan respublikasının prezidenti İlham Əliyev gecikmədən: “biz müharibəyə hər an hazırıq” –cavabını vermişdir.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev bir çox görüşlərdə və müsahibələrdə “bu münaqişə həll olunub.”açıqlamasını verir. Bu, ermənilərin iddia etdikləri 30 il işğalda saxladıqları Qarabağla əlaqədardır. “Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik.”
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm. İndi yeni dövr-quruculuq dövrü, postmünaqişə dövrü başlayıb.”deməklə vəziyyət haqqında lakonik məlumat verir. Burada açıq şəkildə təkrar edilən ondan ibarətdir ki, indi “münaqişə” dövrü aradan qaldırılmış və “yeni dövr”-postmünaqişə dövrü başlamışdır. Azərbaycan respublikasının prezidenti münaqişəni tamamılanmasını-aradan qaldırılmasını “yeni dövrün başlanması “ kimi ifadə edir. Bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında söyləyib.
Azərbaycan tərəfi yeni dövr dedikdə 30 il Ermənistan işğalında qalmış tarixi Azərbaycan torpaqlarında quruculuq dövrünün yol xəritəsini-Böyük Qayıdış planını Ermənistana və dünyaya təqdim edir. Eyni zamanda Böyük Qayıdışın əsas konsepsiyasını da beynəlxalq standartlara uyğun olaraq təqdim edir. İnanmaq olardı ki, kar, kor və lal dünya Azərbaycan həqiqətlərini qəbul edəcəkdir.
Lakin dünyanın aparıcı dövlətlərinin dünyada meydana çıxan məsələləri qəbul prinsipləri ədalətsiz olduğu üçün onların siyasət tərəzisinin düz çəkəcəyini düşünmək siyasəti bilməmək olar. Azərbaycan Ermənistana “postmünaqişə dövrü” başlandığını bəyan edir. Ermənilər isə bütün zamanlarda olduğu kimi “münaqişə cənnətindən”-əslində cəhənnəmindən uzaqlaşmaq fikirinin olmadığını bəyan etməkdən də çəkinmirlər.
Lakin ermənilər və onların dünyanın harasında olmasından asılı olmayaraq havadarları Azərbaycan-Ermənistan münasibətlərində yaranmış siyasi reallığı-postmünaqişə dövrünün başlandığını qəbul etmək istəmirlər. Onlar hətta Ermənistanın kapitülyasiya aktına imza atmasından sonra da münaqişə olmayan yerdə Qarabağda əsassız olaraq münaqişə axtarırlar. Buna görə də Azərbaycan respublikasının prezidenti, Qarabağ Fatehi İlham Əliyev qeyd edir ki, “əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb.” deyənlər vardır.
Həll olunmuş münaqşəni yenidən permanent- fasiləsiz olaraq həll etmək istəyənlər hansı məntiqlə siyasətdə yola çıxırlar. Siyasətdə yanlışlar çəkməçinin və ya dərzinin səhvi deyildir ki, bir çəkmənin və ya bir köynəyin xarab olması ilə nəticələnsin. Siyasətçinin səhvi yeni qan axmasına, çox sayda insanın ölməsinə, şəhər və kəndlərin dağıdılmasına, mədəniyyət abidələrinin dağıdlmasına səbəb olur. Ona görə də psevdomünaqişəçiləri nəzərdə tutaraq Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev qeyd edir:” çox yanlış və təhlükəli yoldadırlar.” Yenə də onlar faciəli tarixə çevrilmiş 30 ilə qayıtmaq istəyirlər ki, çox yanlış, hətta təhlükəli yol olduğunu da opponentlərə xatırladır.
Çox maraqlıdır ki, ermənilərin və onların havadarları Qarabağda Azərbaycan Respublikası tərəfindən həll olunmuş “münaqişəni görürlər.” “Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır.” “Necə həll olunmalıdır?” sualı da erməniləri və onların xrisiyan klubundan olan havadarlarını yuxudan ayılda bilmir. Onlar yalnız bir tezisləri var:”Olsa da olmasa da “münaqişə” var və həll olunmalıdır.” Əslində ermənilər heçdən “münaqişələr” hesabına tarixi Azərbaycan torpaqlarında ərazisi 29,743 km² olan Ermənistan respublikasının yaranmasına nail olmuşlar.
Azərbaycan 2020-ci il Vətən müharibəsi ilə ərazi bütövlüyünü təmin etdikdən sonra beynəlxalq öhdəliklərinə sadiq qalaraq “biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb.” deyir. Münaqişənin həll olunduğunu və müharibə dövrünün arxada qaldığını da dünyaya bəyan edir. Lakin Qarabağda real həqiqətləri görməyib hələ də münaqişə ovçularına müraciət edərək bildirir “Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycan Respublikasının prezidentinin mövqeyi belədir ki, biz artıq 30 il davam edən münaqişəni çox ədalətlə və BMT-nin tanıdığı sərhədlər daxilində həll etmişik. Bizim mübarizəmizin əsasında uzun illərdən pozulmuş ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Biz Vətən müharibəsində qələbə çalmaqla dondurulmuş münaqişəni həll etdik. Ərazi bütövlüyümüzü bərpa etmişik. Bizim bu gün Qarabağla əlaqədar gündəlikdə duran hər hansı bir məsələ yoxdur. “Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur.”
Biz qalibiyyətli Vətən müharibəsi ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq.
Azərbaycan resğublikası bəyan edir ki, 30 il Ermənistan işğalı altında qalan Qarabağda “biz artıq quruculuq işlərinə başlamışıq.“ Azərbaycan respublikasının quruculuq işlərinə Ermənistan mütəmadi olaraq əngəllər yaradır. Xüsusi ilə minalanmış coğrafiya erməni vandalizminin dünyaya təqdim etdiyi yeni reallıqdır. Müqavilədə minalanma xəritəsinin verilməsi ilə əlaqədar razılıq olduğu halda saxta minalanma xəritələri təqdim etmişdir. Bu da erməninin bütün müqavilələrə və onlardan gələn öhdəliklərə əməl etməməsinin bariz nümunəsidir.
Lakin münaqişə dövrünün xatirələrindən ayrılmayan bir qrup insanlar var ki, Vətən müharibəsindən sonra yaranmış reallığı qəbul etmirlər. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qeyd etduiyi kimi: “əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?” Lakin münaqişəşünaslar və kölgəşünaslar nə münaqişənin olduğunu nə də həlli yollarını göstərə bilmirlər.
Azərbaycanın qalibiyyətli Vətən müharibəsi bütün mövcud olan münaqişəni aradan qaldırmışdır. Azərbaycan Respublikasının prezidenti dünyaya bəyan edir ki, “artıq bütün münaqişələr həll edilmişdir. Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.” Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

1

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir