Şimdi yükleniyor

Gülnara İnanc: UEFA Çempionlar liqası 3-cü seçmə Fenerbahçe-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili

(Təhlil “Fənərbaxça” FK-nın oyunu üzərində qurulub)

“Fənərbaxça”nın Feyenoord ilə Rotterdamdakı 2:1 hesablı məğlubiyyəti Kadıköydəki çavab oyununun qələbə üçün motivasiyası idi. Türkiyə komandasının baş məqçisi Jose Maurinho oyun sonrası bunu belə ifadə etmişdi: “Mən bu stadionda heç vaxt udmamışam, amma cavab oyunlarında həmişə qalib gəlmişəm. İstambula xoş gəldiz. Kadıköyə xoş gəldiz. Cəhənnəmə xoş gəldiz.

Baş məşqçi qalibiyyət şanslarını 50/50 % olaraq dəyərləndirsə də, şüuraltında qalibiyyətə əmin idi. 50%-i 51% ( 1 qol) qaldırandan sonra proseslər tərəflərdən birinin xeyrinə dəyişir.

Mourinhonun dediyi kimi komandasındakı birlik -emosional birlik hiss olunurdu, lakin komanda meydanda xaotik bir energetik traektoriya ilə hərəkət edirdi. Bu hal oyunun sonuna kimi davam etdi. Nəticədə, “ Fənərbaxça” oyunçuları meydanda dağınıq görünürdü, konsentrasiya zəif idi , sanki hər bir oyunçu öz oyununu oynayır. Xaosun içində ən ideal bir rəsm yaratmaq mümükündür və “Fənərbaxça”nın konkret oyunu  nümunəsində bunu gördük. Qeyd edək ki, bu şəkildə oyun böyük enerji hesabına başa gəlir. Digər tərəfdənsə ,  komandanın xaotik birliyi rəqibləri çaşdırır və  öncədən qurduğu oyunu pozur.

Qələbəni gətirən mərkəz amillərdən biri də xarici və daxili niyyətdir. Daxili niyyət bir fərdin, bir qrupun ( təhlilimizdə komandanın) özü üçün müəyyənləşdirdiyi bir nəticədir.

Xarici niyyət isə, rəqibin emosional-mental-fiziki -taktiki hazırlığı , enerji sahəsi, tərəfdarların gözləntiləri və sair. Daxili və xarici niyyət bir xətt üzərində və harmonik olduğu halda niyyətlər həyata keçir.

“Fənərbaxça” bütün heyəti ilə azarkeşlərini özünə tərəfdaş elan etdi. Maurinhonun bu barədə dedikləri:” Keçən mövsümlə müqayisədə bu sezon həlledici olan şərt tərəfdarlarımızdır. Keşən mövsümdən fərqli olaraq ümumi hesab 3-1 olduğu halda belə meydançada əhval-ruhiyyə pozitiv idi.

TV8 kanalının Fənərbaxça-Feyenoord oyununun şərhçisi isə tərəfdarları “12-ci oyunçu” kimi qeyd etdi.  Bu, açaq bir ifadədir. Futbol matçını yalnlz meydanda olan oyunçular deyil, bütün heyət və tərəfdarlar oynayır. Hər bir kəsin enerjisi, xüsusilə, tərəfdarların emosional enerjisi oyuna axır. Əgər bu halda bütün tərəfdarlar şüur və alt şüurla qələbəyə inanarsa, oyunu qələbəyə gətirəcək. Tərəfdara “tərəfdaş” statusu verilibsə, bu zaman hər bir “fənərbaxşalı” özünü qələbə üçün məsul hiss edir. Artıq o, sadəcə izləyici deyil, oyunun gedişinə və nəticəsinə cavabdehdir, oyunda vacib bir personadır.

Jose Mourinhonun mətbuat konfransındakı sözləri bunu : “Tərəfdarlarımız istədikləri zaman bizim üçün pozitiv ,rəqiblər üçün çox çətin atmosfer yarada bilirlər. Bunun ev sahibinin daha yaxşı oyun sərgiləməsi üçün yardımçı olduğunu düşünürəm. Baş məşqçi həm bu, həm  əvvəl gətirdiyimiz nümunədə də tərəfdarları güclü emosional -energetik dəstəyi ilə komandanın oyun nəticələri üçün məsuliyyət daşımağa məsul olduqları qeyd edir.

Futbol emosional, mental, fiziki güc , texniki bacarıq və bunların bir arada idarə olunmasının nəticəsidir. Fənərbaxça  Feyernood ilə Kadıköydə emosional gücün üstünlüyü ilə oynadı. Emosional enerji üzərində qurulan oyun estetik gözəl , nəticədən asılı olmayaraq yaddaqalan və çılğın olsa da ondan sui istifadə güclü enerji itkisinə gətirir. Nəticədə, oyunun ikinci hissəsində futbolçuların yorgunlugu hissolunan idi.

Bundan əlavə, ard-arda vurulan qollardan sonra yaranan arxayınlıq oyunun sürətini azaltdı. Rəqib isə situasiyadan bir dəfə uğurla istifadə etdi. Sürətin azalması daha az enerjinin istifadəsi deməkdir. Qeyd edək ki, sürət azalandan sonra onu artırmaq özü böyük enerji tələb edir. Qələbə eyforiyası qeyd etdiyimiz yorğunluğu oyunun sürətinin azaltmaq üçün bəhanə kimi seçdi.

Emosional güç ifrat istismar olunmasa, fiziki hazırlıq və professionallıqla sinerji qurulsa, daha az enerji sərf edərək asan nəticə əldə etmək mümükündür.

Gülnara İnanc, kvant psixoloqu, etnopsixoloq və ekspert, ethnoglobus.az Beynəlxalq onlayn araşdırma mərkəzinin qurucusu

Share this content:

Yorum gönder