Alp dağlarında bir kasaba olan Davos

İsrail Hayfa limanını Çin’e açtı ABD’yi kızdırdı Rusya S300leri Suriye’de konuşlandırdı!

Sait Aleivi: Üsküp’te Türk isimli sokaklar

İlkin MİKAYILOV: Zafer, Ateşkes Bildirisi ve Rus Barış Gücü

Gülnara İnanc: İRAN ILƏ TÜRKIYƏ ARASINDA İRAQDA YARANAN GƏRGINLIK NIYƏ AZƏRBAYCANA QƏDƏR UZANIR

Gündem, İran 8 Mart 2021
56
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Martın 1-də Türkiyənin “Haber7” kanalı ikinci Qarabağ savaşında İranın Azərbaycana aid hərbi sirləri Ermənistana ötürməsi barədə məlumat yaydı. Xəbərdə deyilirdi ki, müharibə dönəmində İran sərhədə ən yaxın nöqtələrdə yerləşdirdiyi xüsusi radar sistemləri və dinləmə qurğuları vasitəsilə əldə etdiyi məlumatları Ermənistanın Baş Qərargahına ötürüb.1.

İranın Bakıdakı səfirliyi bununla bağlı təcili yaydığı bəyanatda müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması, və bunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də səsləndirilməsi xüsusi qeyd olunub. 2.
Həqiqətən Ermənistanla savaş getdiyi zaman İran hərbi texnika və canlı qüvvəsini Azərbaycan sərhəddə gətirmişdi. Ötən il noyabrın 5-də Azərbaycan müdafiə nazirliyinin İran ordusunun Qarabağ ilə sərhəddə “Chieftain” tankları və “M113” zirehli texnikalarını gətirməsinin PUA-dan görüntüsünü yayan ANT kanalı Araz çayına doğru zirehli texnika üçün dəmir körpü sistemlərinin quraşdırıldığını da qeyd etmişdi. 3.

İslam İnqilabı mühafizləri korpusunun (İİMK)bəyanatında deyilirdi ki, hərbi qüvvələrin münaqişə bölgəsi ilə sərhəddə gətirilməsinin məqsədi “milli maraqların qorunması və sülhə dəstək verməkdir”. Elə həmin dövrdə İİMK-nun briqada generalı Hoseyn Salami İranın Şərqi Azərbaycan əyalətində yerləşən Xudafərinə gəlmişdi. 4.

Qeyd edək ki, savaş dönəmində Rusiya da Ermənistandakı Gümrü bazasından hərbi texnika və canlı qüvvəni münaqişə zonasına gətirmişdi.

“Haber7” kanalına açıqlamasında yüksək rütbəli hərbçi İranın savaş zamanı xüsusi məlumatları öyrənməyə çalışdığını , İran kəşfiyyatının müxtəlif yollarla Azərbaycana məxsus PUA, qırıcı təyyarələri və helikopterlərin yerləşməsini, hərbi əməliyyatlara dair məlumatlar və istifadə olunnan döyüş taktikaları haqda bilgilər əldə etməyə çalışdığını bildirib.5.

Həmin dövrdə bütün aparıcı dövlətlərin və bölgədə marağı olan güclərin diqqəti və informasiya toplamaq imkanları Qarabağda idi.

İranın da bölgədə belə bir strateji əhəmiyyət daşıyan, nəticələrinin məntəqədəki geosiyasi və geoiqtisadi situasiyaya təsir edəcək bir savaşın gedişini yalnız müşahidə etdiyini düşünmək sadəlövhlük olardı.

Türkiyə mətbuatının indi yaydığı xəbərdən də göründüyü kimi İranın Qarabağda hərbi əməliyyatlarla bağlı kəşfiyyat aktivliyi savaşın getdiyi dönəmdə artıq məlum olub. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan müdafiə nazirliyi də İranın savaş bölgəsindəki fəaliyyətindən xəbərdar olub. Təbii ki, bu cür məlumatlar olduğu halda, onlar təkbətək görüşlərdə müzakirə olunur və ictimaiyyətə açılmır. Bəs xəbər nədən indi gündəmə gətirilir.

Elə isə , İran səfirliyinin məlumatla bağlı verdiyi təkzibə diqqət edək: “İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur.”6.

Beləliklə , sözügedən xəbərin yayıldığı ərəfədə Türkiyə ilə İran arasında gərginlik yaşanmışdı. Bunun səbəbi Ankaranın PKK ilə mübarizə əməliyyatları çərçivəsində İraqın Sincar (Şənqal) bölgəsinə hərbi müdaxilə edəcəyi ilə hədələməsidir.
İranın İraqdakı səfiri İrac Məscidi “Rudaw” kanalına müsahibəsində deyib ki, Ankara İraqın suverenliyinə müdaxilə etməməlidir: “Biz İraqa hərbi müdaxilənin əleyhinəyik və Türkiyə hərbi gücləri təhlükə yaratmamalı , yaxud İraq ərazisinə müdaxilə etməməlidirlər. Türkiyə qoşunlarını İraqın şimalındakı Kürd bölgəsindəki bazalardan çıxarmalıdır.” 7.
Fevralın 28-də İranın Ankaradakı səfiri Məhəmməd Fərazməndə Türkiyə xarici işlər nazirliyinə dəvət olunaraq Məscidinin çıxışına etiraz bildirilib və İranı Tükiyənin terrorla apardığı mübarizənin qarşısını almağa deyil, yanında olmasını gözləndiyi diqqətə çatdırılıb. Eyni zamanda Türkiyənin bölgədəki hərbi fəaliyyətlərinin PKK ünsürlərinə qarşı mübarizə çərçivəsində aparıldığını və İraq rəsmilərinin məlumatlandırıldığı qeyd olunub.8.
Məscidi həmin müsahibədə Türkiyənin İraqdakı əməliyyatlarını İranın təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.
Daha əvvəl, fevralın 22 -də İranın xarici işlər naziri Cavad Zərif Press TV -yə müsahibəsində demişdi ki, İran Türkiyənin Suriya və İraqdakı hərbi iştirakını rədd edir və Ankaranın Dəməşq və Bağdadla bağlı siyasətini yalnış hesab edir.
Bundan əvvəl 2014 -cü ildə İŞİD-ə qarşı mübarizə üçün yaranan İranın dəstəklədiyi “Həşd əş-Şəabi” hərbi qruplaşmasının tərkibində olan “Hərəkat Hizbulla əl-Nücaba” şiə qruplaşması Türkiyə hərbçiləri İraq ərazisinə girəcəyi təqdirdə onlara hücum edəcəkləri ilə təhdid edərək Sincar (Şənqal) dairəsində 3 briqada yerləşdirib.9
Burda daha bir maraqlı fakt diqqət çəkir. Yezidxanın müdafiə qüvvələrinin komandiri Xayda Şaşo bildirib ki,Şənqalda (Sincar) yerləşmiş İran tərəfindən dəstəklənən Həşd əş-Şəabi silahlılarının məqsədi “Şiə ayparası” planını həyata keçirməkdir. 10. (Qeyd: “Şiə Ayparası” layihəsi 2000-ci illərin əvvəlində ortaya atılıb və ayrıca təhlilə ehtiyacı var)
2017 -ci ildə İraq hökuməti Həşd əç-Şaabi dəstələrinin yaradılmasına razılıq verib. Məqsəd isə Sincarın Kürdüstan Muxtariyyətindən qoparılması olub.

Xatırladaq ki, Sıncarda yezid kürdlir yaşayıb. 2014 -cü ildə İŞİD Sincara hücum edərkənyezid kürdləri qətlə yetirilib, 500 000 -ə qədəri isə qaçmağa məcbur olub.

Sincar ətrafında gərginlik davam etdiyi zamanda Əl-Nucaba, Hizbulla, PKK, Şənqalın özünümüdafiə qüvvələri və İran İslam İnqilabının Mühafizləri korpusunun zabitlərinin görüşü keçirilib. Həşd əş-Şəabi rəhbərliyi Şənqalı tərk etməməsi və İranın dəstəklədiyi Əl Nücaba qüvvələrini oraya yerləşdirməsi, İslam inqilabı mühafizləri korpusu və PKK -nın fəaliyyətinin koordinasiya edilməsi qərara alınıb. Görüşdə Livan Hizbullahının lideri Məhəmməd Kousaraninin də iştirak etdiyi bildirilir.11

Göründüyü kimi, İraqda Türkiyə və İran arasında nüfuz dairəsi uğrunda güclü mübarizə gedir. Qarabağ savaşında Azərbaycanın öz torpaqlarını azad etməsi Xəzər dənizi və Qafqazda tamamilə yeni şərtlər yaratdı. Azərbaycanın Türkmənistanla əldə etdini enerji razılaşması, Naxçıvana çəkiləcək dəmir yolu məntəqəyə marağı və nüfuz dairəsi uğrunda mübarizə şərtlərini dəyişir. Qarabağ savaşında Türkiyənin Azərbaycanı ilk gündən qeyri-şərtsiz dəstəkləməsi Ankaranı Rusiya ilə yanaşı bölgədə gücləndirdi. Türkmənistanla uzun illər mübahisəli olan neft yatağının birgə istismarına əldə olunan razılığa Qarabağdakı qələbə, Türkiyənin bölgəyə fərqli statusla gəlişi də təkan verdi.

İran Qarabağ müharibəsində Azərbaycanı ilk gündən birmənalı dəstəkləməsə də, İranla sərhəddəki torpaqlarımız azad olunduqca, Tehranın bəyanatları daha konkretləşdi.

Azərbaycan savaşdan sonra bölgənin aparıcı dövləti statusunu daha da gücləndirdi və genişləndirdi. Odur ki, Azərbaycan üstündən bölgədə nüfuz dairəsinin bölgüsündə öz yerini tutmaq uğrunda fəaliyyət hələ yeni başlanır.

Azərbaycanla sərhədləri azad olunmuş torparlar sayəsində daha da böyüyən , bölgədəki proseslərə təsir gücünə malik İran da bu sıradadır.

Mənbələr:

Karabağ Savaşı’nda kirli iş birliği! İran Ermenistan’a… – DÜNYA Haberleri (haber7.com)
Международный онлайн информационно-аналитический центр (ethnoglobus.az)
Watch | Facebook
Иран развернул войска на границе с Арменией и Азербайджаном для защиты национальных интересов — «Interfax» — последние новости Азербайджана, Грузии и Армении
Karabağ Savaşı’nda kirli iş birliği! İran Ermenistan’a… – DÜNYA Haberleri (haber7.com)
Международный онлайн информационно-аналитический центр (ethnoglobus.az)
Iran and Turkey appear to be on collision course in Iraq – analysis – The Jerusalem Post (jpost.com)
Son dakika: İran’ın Ankara Büyükelçisi, Dışişleri Bakanlığı’na çağrıldı (hurriyet.com.tr)
: https://eadaily.com/ru/news/2021/03/05/turciya-i-iran-v-bitve-za-irak-ni-mira-ni-voyny
Хайдар Шашо: Цель сил Хашд аш-Шааби — воплотить в жизнь план Шиитского полумесяца в Шангале | RiaTaza
Встреча лидеров вооруженных групп в Шангале: Иран поставляет оружие РПК для отражения атак Турции | RiaTaza

Gülnara İnanc, “Etnoqlobus” (ethnoglobus.az) Beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert

Yorumlar