KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Xerson məğlubiyyəti Putini bitirəcək

Fuad Gahramanlı: Xerson məğlubiyyəti Putini bitirəcək

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
227 0

Rusların geri çəkilməsi davam edəcək.

Ukraynanın Xersonu azad etməsi müharibənin gedişində strateji dönüş mərhələsinin əsasını qoydu. Geri çəkilmə ərəfəsində Rusiyanın guya Xersonda hansısa tələlər qurması ilə bağlı çox saylı dezinformasiyalar dövriyyəyə buraxmışdı. Bunda məqsəd Ukrayna ordusunun sürətli irəliləyişin zəiflədib, canlı qüvvə və texnikanı sol sahilə keçirmək üçün zaman qazanmaq idi. Ancaq göründüyü kimi bu məlumatların heç biri doğrultmadı və Ukrayna ordusu heç bir tələyə düşmədən bu gün Xerson şəhərinə tam nəzarət edir.
Gələn məlumatlar onu göstərir ki, ruslar bu dəfə də qaçarkən çoxsaylı silah – sursat və canlı qüvvə geridə buraxıblar. Xerson ətrafı kəndlərdə mərkəzi komandalıqla əlaqəsi kəsildiyi üçün ilişib qalmış və Dneprin sol sahilinə keçə bilməyən çox sayda rus əsgərləri kiçik birliklər şəklində təslim olurlar.
İndi əminliklə demək olar ki, artıq Rusiyanın Ukrayna cəbhəsində heç bir qırmızı xətti qalmayıb. Əvvəllər çox təhlükəli hesab olunan bütün “qırmızı xətlər” bu gün Ukrayna əsgərlərinin çəkmələri altında tapdalanmaqdadır.
Əslində Xersondan çəkilmə strateji baxımdan o deməkdir ki, Rusiya Cənub cəbhəsində əks hücum qabiliyyətini tamamilə itirib və bundan sonra əllərində olan Melitopoldan, Zaporojetsdən də geri çəkilməyi mümkün ssenari kimi qəbul edir. Ancaq məsələ bununla da bitmir, bu geri çəkilmə həm də Rusiyanın yaxın zamanlarda Krım uğrunda döyüşəcəyi anlamına gəlir. İndi Ukrayna ordusu ruslarla təmas döyüşlərində girmədən, Krımı və Cənub cəbhəsinin əsas hərbi təminat yollarını HİMARS – lar vasitəsi ilə atəş nəzarətində saxlamaq imkanına malikdir.
Rusiya əlində olan bütün imkanlardan istifadə etdikdən sonra bu gün tam tükənmiş vəziyyətə düşüb. Xersonu qorumaq üçün taktiki nüvə və çirkli bomba şantajı bir işə yaramadı, tükənməkdə olan hərbi arsenalda olan ən bahalı (birinin dəyəri13 mln dollar) “X-101” raketləri vasitəsi ilə şəhərlərə təşkil etdiyi hücum ukraynalıların əzmini qıra bilmədi, hərbi səfərbərlik isə itkilərin sayını artırmaqdan başqa bir nəticə vermədi.
Belə bir vəziyyətdə Rusiya Dneprin sol sahilini və Cənubdakı şəhərləri necə qoruyacaq? Əgər qoruya bilsəydi o zaman heç Xersonu təslim etməzdi. Demək ki, Rusiyanın məğlubiyyəti hansısa bir epizod üzrə deyil, taktiki xarakter daşımır, bu bu hərbi resursların çatışmazlığından irəli gəlir. Aydın görünür ki, Rusiya ordusu hərbi imkanlar baxımdan zəif və tükənmiş olduğu üçün məğlub olur və Ukrayna ordusunun güclənməsi fonunda bu fərq getdikcə artdığına görə proses davam edəcək.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir