Fuad Gahramanlı: Putin təkcə döyüş meydanında deyil, neft bazarında da əngəllərlə qarşılaşıb.
Trampın sanksiyaları getdikcə Rusiyanı daha çox küncə sıxır.
Putin təkcə döyüş meydanında deyil, neft bazarında da əngəllərlə qarşılaşıb.
Trampın “Lukoyl” və “Rosneft”ə tətbiq etdiyi sanksiyalar Rusiyanın Ukraynada apardığı müharibəni maliyyələşdirmək imkanlarına ciddi zərbə vurmağa başlayıb. Bununla yanaşı, ABŞ həm də Rusiyadan neft alan ölkələrə gömrük tariflərinin qaldırılacağı ilə bağlı ayrıca xəbərdarlıqlar edir. Nəticədə ucuz neft alan ənənəvi alıcılar Rusiya ilə əməkdaşlıqdan uzaqlaşıb, yeni bazarlara üz tutmağa məcbur olurlar.
Artıq bu sanksiyalar qısa zamanda öz ağır təsirini göstərməyə başlayıb. Hazırda Rusiyanın iki neft nəhəngi – “Lukoyl” və “Rosneft” müxtəlif ölkələrdə neft hasilatı ilə bağlı fəaliyyətlərini tam durdurmaq, paylarını satmaq məcburiyyətində qalıblar. Bu şirkətləe Rumıniya və Bolqarıstandakı neft emalı zavodlarını, İraqdakı hasilat payını, Avropanın bir çox yerlərindəki yanacaqdoldurma məntəqələrini satışa çıxarıblar. Təqribən 12 milyard dollarlıq aktivlərin satıla biləcəyi gözlənilir. Bu gedişlə gündə 9,2–9,4 milyon barel neft istehsal edən Rusiya dünya enerji bazarında oyunçu statusunu itirə, yüksək riskə görə daha çox ucuz qiymət təklif edən treyderlərdən tam asılı vəziyyətə düşə bilər.
Bu məsələdə Rusiya üçün əsas problem Hindistan və Çinin sanksiyalar qorxusu ilə neft alışını məhdudlaşdırmasıdır. Tramp bu günlərdə bildirib ki, o, Konqresin hər iki fraksiyası tərəfindən Rusiyadan neft alan ölkələrə qarşı gömrük tariflərini yüksəltməyi nəzərdə tutan ikili sanksiya layihəsinə razılıq verib. Onun bu bəyanatı fonunda Hindistanın avqust ayında 2,08 milyon barel, oktyabr ayında 1,6 milyon barel neft alması əhəmiyyətli bir azalmanı göstərir. Xatırladaq ki, Tramp bir ay öncə Hindistan bas naziri Modi ilə bu məsələ ilə bağlı ayrıca danışmış və bu ölkənin tədricən Rusiya neftindən imtina edəcəyini bildirmişdi.
Çininə gəldikdə isə Pekin hər nə qədər Rusiyanı dəstəkləsə də, sanksiyalar qorxusuna gorə bu ölkənin neft emalı nəhəngləri Rusiyadan neft alışını qısa müddətdə 500 min barelə qədər azaltnalı olublar. Bir çox ölkələr isə ABŞ-a qarşısında rus neftindən imtina edəcəkləri barədə öhdəlik götürüblər. Ekspertlər isə bunun nəticəsində Rusiyanın neft satışından 5,5 milyard dollar itkisinin olacağını proqnozlaşdırırlar.
Artıq “Urals” markalı Rusiya nefti bazarda 36 dollara təklif olunur. Bəzi məlumatlara görə, sanksiyalar üzündən Rusiyanın kölgə donanması vasitəsi ilə gündəlik satdığı neftdə 1,4 milyon barel azalma müşahidə olunur. Bu da kölgə donanmasının həddən artıq yüklənməsinə və neft dolu tankerlərin uzun müddət dənizlərdə dolu qalmasına səbəb olur. Nəticədə sanksiyalar üzündən onsuz da logistika çətinliyi çəkən Rusiya neft istehsalı həcmini azaltmaq məcburiyyəti ilə üzləşməkdədir.
Digər bir tərəfdən isə Ukraynanın zərbələri nəticəsində neft emalı gücünün 20%-ni itirən Rusiyanın başqa bir çətinliyi də ondadır ki, sata bilmədiyi nefti emal edib daha yüksək qiymətə hazır məhsul kimi dünya bazarına çıxara bilmir.
Bütün bunlar hələ başlanğıcdır. Bu cür davam edəcəyi təqdirdə neft bazarında ABŞ sanksiyalarına məruz qalmaqdan qorxan Rusiyanın əsas alıcıları da ondan uzaqlaşmağa məcbur olacaqlar. Və bu məsələdə Səudiyyə Ərəbistanı yaranmış fürsətdən istifadə edərək Rusiyanın boşaldığı bazarları ələ keçirmək üçün xüsusi fəallıq göstərir. Ər-Riyad Rusiyanın ənənəvi partnyorlarına daha əlverişli qiymətlər təklif etməklə, onlar öz alıcısına çevirməyə, yeni ixrac zəncirləri yaradaraq Çin və Hindistanın əsas tədarükçüsünə çevrilməyə çalışır.
Bu baxımdan ABŞ-nın hazırda Rusiyadan neft alışına qarşı başladığı kampaniyanın Bayden dönəmində Ukraynaya verilən hərbi dəstəkdən heç də az təsirli olmadığı görünür.
Share this content:



Yorum gönder